30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Fransada hökumətin yeni tərkibi elan olunub

Fransada iki həftədir gözlənilən hökumətin yeni tərkibi elan olunub.Azərtac xəbər verir ki, Kristofer Kastaner Fransanın daxili işlər nazir təyin olunub. Sabiq mədəniyyət naziri Fransuaz Nisseni Frank Riester əvəz edib. Didye Giyom Stefan Traveri əvəz edərək Fransanın yeni kənd təsərrüfatı və ərzaq naziri təyin olunub.Kristofer Kastaner daxili işlər naziri təyin olunduğu üçün onun parlamentlə əlaqələr üzrə dövlət katibi vəzifəsini Mark Fesno tutub.xeber100.com

Oktyabr 16, 2018 10:32

Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı davam edir

Brexit barədə sazişin oktyabrın 17-dək əldə olunmasının vacibliyinə baxmayaraq, Krallığın Aİ-nin tərkibindən çıxması barədə danışıqlarda Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı hələ də qalır.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında deyib. Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Londonla Brüssel arasında saziş mümkün olsa da, onun nə vaxt baş tutacağı məlum deyil.Hant Böyük Britaniyanın Baş naziri Tereza Meyin heç vaxt ölkəsi üçün sərfəli olmayan sazişi imzalamayacağını da qeyd edib.xeber100.com

Oktyabr 15, 2018 12:40

“Gitex” Yüksək Texnologiyalar Həftəsi çərçivəsində

Dubayda keçirilən “Gitex” Yüksək Texnologiyalar Həftəsi çərçivəsində ölkənin Yollar və Nəqliyyat İdarəsi Amerikanın “Diversey” şirkəti tərəfindən yaradılmış robot-süpürgəçini nümayiş etdirib.Azərtac xəbər verir ki, robot insanın müdaxiləsi olmadan bütün işi yerinə yetirməyi bacarır. Bundan ötrü onun su və təmizləyici vasitələr üçün nəzərdə tutulan xüsusi rezervuarlarını doldurmaq kifayət edər. Robot əlçatmaz künclərin təmizlənməsi üçün hərlənən fırçaya, məkanda səmti müəyyənləşdirmək üçün 8 optik ötürücü cihaza və müxtəlif iş rejimi seçmək və hərəkət etməkdən ötrü sensorlu ekrana malikdir.Gələn ilin əvvəllərindən başlayaraq, metro stansiyalarında test çərçivəsində istifadə ediləcək robotlar ətraf mühit üçün təhlükəsizdir. Robot, həmçinin istifadə edilən suya 76 faizədək, kimyəvi vasitələrə isə 70 faizədək qənaət edir. Bundan əlavə, saatda 2 kilometr hərəkət edən robot-süpürgəçi cəld və effektli işləyir.xeber100.com

Oktyabr 15, 2018 12:37

5,3 bal gücündə zəlzələ olub

Oktyabrın 12-də yerli vaxtla saat 13:16 dəqiqədə Tokio yaxınlığındakı Çiba prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.Azərtac Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri prefekturanın şimal-şərqində, ocağı 50 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.Yeraltı təkanlar Çiba və İbaraki prefekturalarında, o cümlədən paytaxt Tokioda hiss olunub.xeber100.com

Oktyabr 12, 2018 3:23

İspaniya Konqresi ədliyyə nazirinin istefasını tələb edir

İspaniya Konqresi ədliyyə naziri Dolores Delqadonun istefa verməsini tələb edir.Azərtac xəbər verir ki, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.Sənədin mətnində “ədliyyə nazirinin dərhal istefa verməli” olmasından danışılır. Bu təşəbbüsü irəli sürənlərin fikrincə, keçmiş polis komissarı Xose Vilyarexo ilə D.Delqadonun söhbətinin naziri hörmətdən salan yazısı yayılandan sonra Delqado bu vəzifədə qala bilməz.Hökumətin sədri Petro Sançes D.Delqadonu vəzifəsindən kənarlaşdırmaq hüququna malikdir, lakin Konqresin qərarı onun üçün məcburi deyil.xeber100.com

Oktyabr 12, 2018 3:20

“BMW Group” Çinə sərmayə yatıracaq

Almaniyanın məşhur avtomobil istehsalçısı “BMW Group” Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq.Azərtac xəbər verir ki, BMW-nin Çindəki partnyoru “Brilliance China Automotive Holdings” ilə əməkdaşlığı növbəti 22 il müddətinə uzadılmasına dair müqavilədə belə qeyd olunur. Razılaşmaya əsasən, birgə müəssisə olan “BMW Brilliance Automotive”in Çinin Şenyan şəhərindəki iki zavodunun sahəsi genişləndirilməklə, istehsal çoxaldılacaq. Qarşıdakı 3-5 ildə ümumi istehsal gücü ildə 650 min avtomobilə çatdırılacaq, 5 min yeni iş yeri yaradılacaq.BMW-nin yaydığı məlumata əsasən, şirkət “BMW Brilliance Automotive”dakı payını 50 faizdən 75 faizə qaldırmaq niyyətindədir.Qeyd edək ki, 2003-cü ildə yaradılan “BMW Brilliance Automotive” birgə müəssisəsi BMW avtomobillərinin istehsalı, idxalı və satışı ilə məşğuldur. Ötən il Çində 560 min BMW avtomobili satılıb ki, onun üçdə ikisi Şenyan şəhərindəki zavodlarda yığılıb.xeber100.com

Oktyabr 11, 2018 4:06

Əməkdaşlıq məsələləri müzakirə edilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fransaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşüb.Azərtac Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin görüşündə iki ölkə arasında iqtisadi-ticarət, sərmayə qoyuluşu, energetika, elm və texnologiya, təhsil, turizm, səhiyyə, arxeologiya, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regionda sabitliyin və təhlükəsizliyin qorunması məsələləri müzakirə edilib.Görüşdə Əfqanıstanda təhlükəsizliyin qorunması, sabitliyin bərpa olunması ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.Danışıqlarda Fransanın “Eyrbas”, “Vinçi”, “Orano”, “Total Eren”, “Veoloya”, “Fivs Şteyn”, “Buiq”, “Ranjis” və digər şirkətlərinin Özbəkistanda layihələr həyata keçirməsi məsələləri də diqqət mərkəzində olub.Söhbət zamanı Özbəkistanda Fransanın aparıcı universitetlərinin filiallarının açılması ilə bağlı razılıq əldə edilib.xeber100.com

Oktyabr 10, 2018 3:13

BMT-nin iki mühüm tədbiri keçiriləcək

Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq, bu il Astanada BMT çərçivəsində iki mühüm tədbir keçirəcək.Bunlar transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyasının sessiyası, Dünya Səhiyyə Təşkilatı və UNICEF arasında ilkin səhiyyə xidmətinə dair qlobal konfransdır.Bu barədə dövlət başçısı Nursultan Nazarbayev diplomatik nümayəndələrin etimadnaməsinin qəbulu zaman bildirib.xeber100.com

Oktyabr 9, 2018 12:51

Prezident seçkilərinin ikinci turu oktyabrın 28-də baş tutacaq

Braziliyanın yeni prezidenti seçkilərin ikinci turundan sonra məlum olacaq.Azərtac xəbər verir ki, dünən keçirilmiş seçkilərdə namizədlərdən heç biri tələb olunan 50 faizdən yuxarı səs toplaya bilməyib.Sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonaru və sol Zəhmətkeşlər Partiyasının namizədi Fernandu Addad seçkilərinin ikinci turuna keçiblər. Bolsonaru seçicilərin 46,46 faizinin, Addad isə 28,69 faizinin səsini toplayıb.Prezident seçkilərinin ikinci turu oktyabrın 28-də baş tutacaq.xeber100.com

Oktyabr 8, 2018 1:06

Britaniyanın hərbi komandanlığı kiberhücum həyata keçirəcək

Böyük Britaniyanın hərbi komandanlığı Rusiyaya qarşı kiberhücum həyata keçirməyə hazırdır.Milli.az xəbər verir ki, bu barədə "Sandi Tayms" informasiya yayıb.Nəşrin məlumatına görə, Britaniya hökuməti sözügedən addıma Rusiyanın Qərbə hücumu zamanı gedə bilər. Rəsmi Londonun Moskva istiqamətində bu tip hücumu bütün Rusiyanı elektrik enerjisiz qoya bilər.xeber100.com

Oktyabr 7, 2018 2:58
    Page 105 of 301« First«...102030...103104105106107...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az