Yaponiya Nazirlər Kabineti hökumətin yeni tərkibini elan edib

Oktyabrın 2-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa hökumətin yeni tərkibini elan edib.Azərtac xəbər verir ki, əvvəlki hökumətin tərkibinə daxil olan və Şinzo Abeyə yaxınlığı ilə seçilən altı nazir öz vəzifəsində saxlanılıb. Onlar Baş nazirin müavini və maliyyə naziri Taro Aso, baş katib Yoşihide Suqa, xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Horişiqe Seko, dövlət torpaqları və nəqliyyat naziri Keyiçi İşii və iqtisadi bərpa naziri Toşimitsu Moteqidir.Hökumətin üçdəikisi - 12 nazir tamamilə yenidir: müdafiə naziri Takeşi İvaya, ətraf mühit naziri Yoşiaki Harada, Okinava və şimal torpaqları, həmçinin inzibati islahatlar naziri Mitsuhiroşi Miyakoşi, ümummilli işlər və kommunikasiyalar naziri Masatoşi İşida, Olimiada və Paralimpiada üzrə nazir Yoşitaka Sakurada, elm və texnologiyalar naziri Takuya Hirai, təbii fəlakətlərdən sonra bərpa naziri Hiromiçi Vatanabe, təhsil, mədəniyyət və idman naziri Masahiko Şibayama, kənd, meşə və balıqçılıq təsərrüfatı naziri Takamori Yoşikava, ictimai təhlükəsizlik və əvəzçiliklə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Zyunzyo Yamamoto, yeni hökumətdə yeganə qadın - regionların inkişafı naziri Satsuki Katayama, səhiyyə və sosial təminat naziri Takumi Nemoto və ədliyyə naziri Takaşi Yamaşita.Həmin gün səhər Şinzo Abe özünün sayca üçüncü kabinetinin tam tərkibdə istefa ərizələrini qəbul edib.Bu gün Yaponiya hökuməti yeni tərkibdə İmperator Akihito tərəfindən təsdiq olunma mərasimində iştirak edəcək və bundan sonra rəsmi şəkildə formalaşmış hesab olunacaq.xeber100.com

Oktyabr 2, 2018 12:19

İkitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi BMT Baş Assambleyasının iclası çərçivəsində görüş zamanı iki ölkənin strateji tərəfdaşlığı və müxtəlif sahələrdə əməkdaşlığı məsələlərini müzakirə ediblər.Azərtac Misirin dövlət başçısının dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radiyə istinadla xəbər verir ki, prezidentlər həmin görüşdə Yaxın Şərq məsələlərinə və onların həllinə dair səyləri əlaqələndirməyə çalışdıqlarını bildiriblər. Tərəflər terrorizmə qarşı mübarizə məsələsinə də toxunublar. ABŞ Prezidenti Misirin bu bəlaya qarşı mübarizədə böyük səylərini yüksək qiymətləndirərək, bu mübarizədə Misiri ABŞ-ın mühüm tərəfdaşı adlandırıb və ABŞ-ın Misiri tamamilə dəstəklədiyini vurğulayıb.Misir Prezidenti də öz növbəsində, terrorizmə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığı davam etdirməyin zəruri olduğunu bildirib. O qeyd edib ki, Yaxın Şərq regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün Misir və ABŞ arasında strateji tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir.B.Radi onu da vurğulayıb ki, iki ölkənin liderləri iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və ABŞ Prezidenti Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib. Tramp qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin və Amerika şirkətləri tərəfindən Misir iqtisadiyyatına investisiyaların artırılması ABŞ-ın maraqlarına uyğundur.xeber100.com

Sentyabr 25, 2018 11:53