Yaponiya hökuməti sülh müqaviləsini imzalamaq niyyətindədir

Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsini həll etməyə çalışır və hər iki tərəf üçün məqbul əsaslarla sülh müqaviləsini imzalamaq niyyətindədir.Azərtac xəbər verir ki, bu barədə Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.“Biz ərazi mübahisəsinin həllinə çalışırıq, həmçinin Yaponiya və Rusiya üçün məqbul variant çərçivəsində gələcəyə istiqamətlənmiş sülh müqaviləsini imzalamaq niyyətindəyik”, -deyə baş katib bildirib.Bununla yanaşı, Y.Suqa qeyd edib ki, dörd şimal adasında Rusiyanın hərbi iştirakının güclənməsi Yaponiyanın mövqeyi ilə üst-üstə düşmür. “Biz müxtəlif imkanlardan istifadə edərək, buna etirazımızı bildirmişik. Bu məsələnin fundamental həlli üçün “şimal əraziləri” problemini bütünlüklə həll etmək lazımdır”, - deyə baş katib vurğulayıb.Ötən əsrin ortalarından başlayaraq Yaponiya və Rusiya İkinci Dünya müharibəsinin yekunları ilə əlaqədar sülh müqaviləsini imzalamaq üçün fasilələrlə məsləhətləşmələr aparırlar. Müqavilənin imzalanmasına əsas maneə Kuril adalarının cənubunda yerləşən adaların kimə məxsusluğu məsələsidir. İturup, Kunaşir, Şikotan və Yaponiyanın Habomai adlandırdığı Kiçik Kuril silsiləsinə daxil olan bir sıra adalar müharibənin yekunu olaraq SSRİ-nin tərkibinə daxil edilib. Lakin Tokio bu adaların Yaponiyaya məxsus olduğunu iddia edir. Rusiya tərəfi isə bildirir ki, beynəlxalq hüquqa əsasən rəsmi Moskvanın bu adalar üzərində suverenliyi heç bir şübhə doğurmur.xeber100.com  

Sentyabr 3, 2018 12:00

ABŞ-ın “Time” jurnalı yazır…

ABŞ-da nəşr olunan "Time" jurnalı dünyada əm görməli yerlərin siyahısını açıqlayıb.Milli.az bildirir ki, bunlardan biri ABŞ-ın Florida ştatında yerləşən "Pandora" parkıdır. 2017-ci ildə açılan park "Avatar" filmində heyran qaldığımız, ovsunlayan parıltılı meşələr kimi düzəldilib. Bu parkda gəzinti sizi "Avatar" filminin içində hiss etdirəcək.Görülməli yerlərdən biri Cənubi Koreyanın paytaxtı Seulda yerləşən "Seoullo 7017" adlı parkdır. Parkda 200 müxtəlif yerli ağac, bitki və çiçək növü var. Bu park göydə olan bağçanı canlandırır. Eyni zamanda burada Cənubi Koreyanın təbii irsi nümayiş etdirilir. "Seoullo 7017" həftənin 7 günü 24 saat ərzində xalqa açıqdır.Cənubi Afrika Respublikasında "Zeitz" Afrika Müasir İncəsənət Muzeyi dünyada Afrika müasir incəsənət əsərlərinə ayrılmış ən böyük muzeydir. 9 mərtəbədən ibarət olan muzey bütövlükdə 9500 kvadratmetr sahəni əhatə edir.Səudiyyə Ərəbistanında Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzi dünyanın görməli yerlərindən biridir. 10 ildir tikintisi davam edən Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzində kitabxana, muzey, sərgi və kino salonları və s. yerləşir. Kompleksin mərkəzində ucalan monolit bir qüllə var.Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Roma İmperiyasının tanrısı "Mithra" adına inşa edilmiş yeraltı məbəd görməli yerlərdən biridir. Bura qısa bir müddət əvvəl geniş rekonstruksiya işləri tamamlandıqdan sonra əhalinin ziyarətinə açılıb.Vyetnamda "Ba Na" təpələri üzərində qurulan qızıl körpü ölkənin son dövrdəki ən populyar məkanı halına gəlməyi bacardı. Körpü fantastik əsərləri xatırladır. 150 metrlik qızıl körpüyə gələn ziyarətçi sayının 1.5 milyon nəfəri aşması gözlənilir. 2 milyard dollara inşa edilib. Qızıl körpünün ən cəlbedici xüsusiyyətlərindən biri də dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olmasıdır.xeber100.com

Sentyabr 1, 2018 10:03

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya, İran və Türkiyəyə Suriyanın İdlib təhlükəsizlik zonasında keçiriləcək istənilən hərbi əməliyyatın milyonlarla mülki əhaliyə təsir edəcəyi, həmçinin, kimyəvi savaşa yol açacağına dair xəbərdarlıq edib.Milli.az bildirir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib. Onun sözlərinə görə, İdlibdə çox sayda xarici hərbçilər və 10 min nəfər də silahlı terrorçular yerləşib. Bu səbəbdən də, İdlibə hərbi hücum planlaşdırmaq əvəzinə, bölgəyə humanitar dəhlizlərin açılmasına kömək edilməlidir.Mistura xüsusilə xəbərdarlıq edib ki, İdlibə hücum həyata keçirilərsə, bu oradakı müxtəlif silahlı qrupları kimyəvi silahdan istifadəyə təşviq edəcək.Qeyd edək ki, Rusiya və İranın dəstəyi ilə Bəşər Əsəd hökumətinə bağlı ordunun suriyalı müxalifətin son dayaq nöqtəsi kimi tanınan, Əl Qaidənin bir qolu olan "Həyat Təhriri Şam" qruplaşmasının nəzarətində olan İdlibə hücum planlaşdırdığına dair mlumatlar yayılıb. Ötən həftə Moskvaya səfərində rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, radikal qrupları neytrallaşdırmaq üçün İdlibə hücum etmək humanitar fəlakət olacaq, 3,5 milyon insan yenidən qaçqın düşəcək. Türkiyəli nazirə görə, bu cür hücum planı Astana danışıqlarının ruhuna ziddir.xeber100.com

Avqust 30, 2018 7:26

ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb

ABŞ mart ayında Solsberi şəhərində baş verən insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi hələ keçən həftə dərc edib və sanksiyalar avqustun 27-də səhər saatlarında qüvvəyə minib.Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır. Sənədə hərbi sahədə bəzi məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı), həmçinin 1961-ci il “Xarici yardım barədə” qanun çərçivəsində Moskvaya göstərilən xarici köməyə (humanitar yardım, ərzaq və kənd təsərrüfatı məhsullarının çatdırılması istisna olmaqla) qadağalar daxildir.Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək.Eyni zamanda, sanksiyalar ölkələrin kosmosdakı əməkdaşlığına şamil olunmayacaq.Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Daha “ağrılı” olacaq ikinci paket diplomatik münasibətlərin azaldılması, Rusiyanın “Aeroflot” dövlət kompaniyasının ABŞ-a uçuşlarının qadağan olunması, həmçinin ixrac və idxalın demək olar ki, tamamilə dayandırılması ilə nəticələnə bilər.Sanksiyalar Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə zəmanət verməyəcəyi və BMT tərəfindən “lokal yoxlamalara” razı olmayacağı təqdirdə reallaşa bilər.Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini bildirmişdi.xeber100.com

Avqust 27, 2018 8:28