ABŞ-ın “Time” jurnalı yazır…

ABŞ-da nəşr olunan "Time" jurnalı dünyada əm görməli yerlərin siyahısını açıqlayıb.Milli.az bildirir ki, bunlardan biri ABŞ-ın Florida ştatında yerləşən "Pandora" parkıdır. 2017-ci ildə açılan park "Avatar" filmində heyran qaldığımız, ovsunlayan parıltılı meşələr kimi düzəldilib. Bu parkda gəzinti sizi "Avatar" filminin içində hiss etdirəcək.Görülməli yerlərdən biri Cənubi Koreyanın paytaxtı Seulda yerləşən "Seoullo 7017" adlı parkdır. Parkda 200 müxtəlif yerli ağac, bitki və çiçək növü var. Bu park göydə olan bağçanı canlandırır. Eyni zamanda burada Cənubi Koreyanın təbii irsi nümayiş etdirilir. "Seoullo 7017" həftənin 7 günü 24 saat ərzində xalqa açıqdır.Cənubi Afrika Respublikasında "Zeitz" Afrika Müasir İncəsənət Muzeyi dünyada Afrika müasir incəsənət əsərlərinə ayrılmış ən böyük muzeydir. 9 mərtəbədən ibarət olan muzey bütövlükdə 9500 kvadratmetr sahəni əhatə edir.Səudiyyə Ərəbistanında Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzi dünyanın görməli yerlərindən biridir. 10 ildir tikintisi davam edən Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzində kitabxana, muzey, sərgi və kino salonları və s. yerləşir. Kompleksin mərkəzində ucalan monolit bir qüllə var.Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Roma İmperiyasının tanrısı "Mithra" adına inşa edilmiş yeraltı məbəd görməli yerlərdən biridir. Bura qısa bir müddət əvvəl geniş rekonstruksiya işləri tamamlandıqdan sonra əhalinin ziyarətinə açılıb.Vyetnamda "Ba Na" təpələri üzərində qurulan qızıl körpü ölkənin son dövrdəki ən populyar məkanı halına gəlməyi bacardı. Körpü fantastik əsərləri xatırladır. 150 metrlik qızıl körpüyə gələn ziyarətçi sayının 1.5 milyon nəfəri aşması gözlənilir. 2 milyard dollara inşa edilib. Qızıl körpünün ən cəlbedici xüsusiyyətlərindən biri də dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olmasıdır.xeber100.com

Sentyabr 1, 2018 10:03

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya, İran və Türkiyəyə Suriyanın İdlib təhlükəsizlik zonasında keçiriləcək istənilən hərbi əməliyyatın milyonlarla mülki əhaliyə təsir edəcəyi, həmçinin, kimyəvi savaşa yol açacağına dair xəbərdarlıq edib.Milli.az bildirir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib. Onun sözlərinə görə, İdlibdə çox sayda xarici hərbçilər və 10 min nəfər də silahlı terrorçular yerləşib. Bu səbəbdən də, İdlibə hərbi hücum planlaşdırmaq əvəzinə, bölgəyə humanitar dəhlizlərin açılmasına kömək edilməlidir.Mistura xüsusilə xəbərdarlıq edib ki, İdlibə hücum həyata keçirilərsə, bu oradakı müxtəlif silahlı qrupları kimyəvi silahdan istifadəyə təşviq edəcək.Qeyd edək ki, Rusiya və İranın dəstəyi ilə Bəşər Əsəd hökumətinə bağlı ordunun suriyalı müxalifətin son dayaq nöqtəsi kimi tanınan, Əl Qaidənin bir qolu olan "Həyat Təhriri Şam" qruplaşmasının nəzarətində olan İdlibə hücum planlaşdırdığına dair mlumatlar yayılıb. Ötən həftə Moskvaya səfərində rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, radikal qrupları neytrallaşdırmaq üçün İdlibə hücum etmək humanitar fəlakət olacaq, 3,5 milyon insan yenidən qaçqın düşəcək. Türkiyəli nazirə görə, bu cür hücum planı Astana danışıqlarının ruhuna ziddir.xeber100.com

Avqust 30, 2018 7:26

ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb

ABŞ mart ayında Solsberi şəhərində baş verən insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi hələ keçən həftə dərc edib və sanksiyalar avqustun 27-də səhər saatlarında qüvvəyə minib.Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır. Sənədə hərbi sahədə bəzi məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı), həmçinin 1961-ci il “Xarici yardım barədə” qanun çərçivəsində Moskvaya göstərilən xarici köməyə (humanitar yardım, ərzaq və kənd təsərrüfatı məhsullarının çatdırılması istisna olmaqla) qadağalar daxildir.Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək.Eyni zamanda, sanksiyalar ölkələrin kosmosdakı əməkdaşlığına şamil olunmayacaq.Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Daha “ağrılı” olacaq ikinci paket diplomatik münasibətlərin azaldılması, Rusiyanın “Aeroflot” dövlət kompaniyasının ABŞ-a uçuşlarının qadağan olunması, həmçinin ixrac və idxalın demək olar ki, tamamilə dayandırılması ilə nəticələnə bilər.Sanksiyalar Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə zəmanət verməyəcəyi və BMT tərəfindən “lokal yoxlamalara” razı olmayacağı təqdirdə reallaşa bilər.Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini bildirmişdi.xeber100.com

Avqust 27, 2018 8:28