23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Samsung Galaxy S10” smartfonu Mobil Dünya Konqresində təqdim olunacaq

“Samsung Galaxy S10” smartfonu 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim olunacaq.Azərtac xəbər verir ki, bu barədə “Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin məlumat verib. Onun sözlərinə görə, smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini - 5G-ni dəstəkləməyəcək.“5G şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, - deyə o bildirib.Bildirilir ki, şirkət müstəsna olaraq 5G şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona 5G şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. Bildirib ki, “Note” müstəqil qurğu olaraq qalacaq.Şirkət təmsilçisi “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində olmadığını da qeyd edib.xeber100.com

Avqust 20, 2018 4:24

“New York Times” qəzetinə sərt reaksiya…

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın "New York Times" qəzetində dərc olunan xəbərə sərt reaksiya göstərdi."New York Times"ın separatçı terror təşkilatı PKK ilə əlaqədar bir xəbərində Türkiyəni hədəf alan zərhi barəsində: "bu, jurnalistika deyil" deyərək sosial media hesabından reaksiya göstərən Kalın: "Bu, "New York Times" tərəfindən PKK terrorizmini qanuniləşdirmək və ört-basdır etmək üçün açıq bir təşəbbüsdür. Eyni məntiqlə Bin Laden bəzilərinə görə qəhrəman idimi? " dedi.xeber100.com

Avqust 18, 2018 10:53

Yeni Zelandiya parlamenti yeni qanun qəbul edib

Yeni Zelandiya parlamenti evlərin xarici ölkə vətəndaşlarına satılmasını məhdudlaşdıran qanun qəbul edib.Azərtac xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbilər burada ev almazdan öncə sövdələşmənin ölkəyə xeyir gətirəcəyini sübut edərək xarici investisiyalar üzrə yerli idarənin razılığını almalıdır. Məhdudiyyətlər Avstraliya və Sinqapur vətəndaşlarına şamil olmayacaq.“The Financial Times” nəşrinin məlumatına görə, əhalisi 4,7 milyon nəfərə çatan Yeni Zelandiyada evlərin qiyməti son on ildə 60 faiz bahalaşıb. Bununla yanaşı, əhali arasında evə malik olanların payı isə 70 ildə ən minimum həddə enib.Ticarət naziri Devid Parker ötən kvartalda Oklend şəhərindəki evlərin 20 faizinin və ölkədə ən bahalı daşınmaz əmlakın olduğu Kuinstaun gölləri rayonundakı evlərin 10 faizinin xarici ölkə vətəndaşları tərəfindən satın alındığını bildirib. Qanunun əleyhdarları isə evlərin satışına qoyulan məhdudiyyətlərin ölkənin tikinti sahəsinə investisiyaların azalmasına gətirib çıxaracağını deyirlər. Buna baxmayaraq, 2017-ci ildə keçirilən sorğunun nəticələrinə əsasən, Yeni Zelandiya əhalisinin 72 faizi torpaqlara xarici ölkə vətəndaşlarının nəzarətinin sərtləşdirilməsini dəstəkləyir.xeber100.com  

Avqust 15, 2018 3:37

“The Jakarta Post” qəzeti yazır…

İndoneziyada avqustun əvvəllərində baş verən güclü silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 436 nəfərə çatıb.Azərtac xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinə (BNPB) istinadla məlumat yayıb.BNPB-dən bildirilib ki, zəlzələ nəticəsində 1353 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 67 mindən artıq ev dağılıb. Ümumilikdə 387 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.xeber100.com  

Avqust 13, 2018 11:51

5 bal gücündə zəlzələ qeydə alınıb

Çinin cənub-qərbində 5 bal gücündə zəlzələ olub.Anadolu informasiya agentliyi xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi ölkənin cənub-qərbindəki Yünnan ştatında yerləşən Yüşi şəhərinə bağlı Tonghay rayonunda 5 bal gücündə zəlzələ qeydə alıb.Ocağı 7 kilometr dərinliyində yerləşən zəlzələ bir nəfərin yaralanması, iki evin qismən dağılması ilə nəticələnib.Təcili olaraq zəlzələnin baş verdiyi əraziyə mütəxəssislər göndərilib.xeber100.com

Avqust 13, 2018 11:37

Rusiya Xarici İşlər Nazirliyinin məlumatı

Bəzi kateqoriyadan olan Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq ediləcək.Milli.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib."İki ölkə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırırıq", - nazirlikdən bildirilib.Qeyd edək ki, Rusiya 2015-ci ilin noyabrından Türkiyə ilə viza rejimi tətbiq etmişdi.xeber100.com

Avqust 12, 2018 9:41

Almaniya Federal Statistika İdarəsinin məlumatı

Almaniyada 2006-2016-cı illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.Azərtac bildirir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.2020-ci ildən sonra yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrdə güclü şəkildə hiss olunacağı təxmin edilir.xeber100.com

Avqust 10, 2018 8:03

ABŞ administrasiyası etibarsız tərəfdaş kimi qəbul olunur

"ABŞ ona etibar ediləcək tərəfdaş deyil".Milli.az bildirir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə görüşü zamanı İran Prezidenti Həsən Ruhani deyib.O bildirib ki, Vaşinqton öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:"Vaşinqtonun son illərdəki fəaliyyəti ona gətirib çıxarıb ki, ABŞ administrasiyası bütün dünyada öz öhdəliklərini icra etməyən etibarsız tərəfdaş kimi qəbul olunur".xeber100.com

Avqust 9, 2018 9:25

Amerika Neft İnstitutunun məlumatı

Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.Azərtac xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 6 milyon barrel azalaraq 407 milyon 200 min barrel olub.Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.xeber100.com

Avqust 8, 2018 1:05

Yaponiyada 156 aviareys təxirə salınıb

Avqustun 8-də Yaponiyaya yaxınlaşan “Şanşan” tufanına görə ən azı 156 aviareys təxirə salınıb.Azərtac xəbər verir ki, Yaponiyada sayca “13 nömrəli” adlandırılan “Şanşan” tufanı hazırda paytaxt Tokioya yaxınlaşır.Yaponiya Meteorologiya Agentliyindən bildirilir ki, paytaxt yaxınlığında yerləşən Çiba prefekturasında 100 mindən çox sakin təxliyə barədə xəbərdarlıq alıb. Onlara təxliyə məqsədilə hazırlanmış xüsusi mərkəzlərə getmək tövsiyə olunub.Sakit okeandan Yaponiyanın mərkəzi Hönşü adası istiqamətində irəliləyən tufanın avqustun 8-dən 9-na keçən gecə Çiba və İbaraki prefekturalarına çatacağı gözlənilir. Tufanın paytaxta avqustun 9-da günorta saatlarında çatacağı bildirilir. Artıq Çiba və İbaraki prefekturalarında, həmçinin Tokioda aramsız yağışlar başlayıb. Hava şəraitinin pisləşməsi səbəbindən Tokionun mərkəzində təqribən 600 evə elektrik enerjisinin verilişi kəsilib.xeber100.com

Avqust 8, 2018 12:59
    Page 109 of 299« First«...102030...107108109110111...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az