30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Fransa parlamenti yeni qərar qəbul edib

Fransa parlamenti tərəfindən qəbul edilmiş qanun məktəb və kolleclərdə müəyyən elektron qurğuların istifadəsini qadağan edir. 62 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib.“itc.ua” saytı xəbər verir ki, yeni qanun təhsil müəssisələrində smartfon, planşet, noutbuk və hətta “ağıllı” saat daxil olmaqla istənilən elektron qurğudan istifadəni qadağan edir. Lakin əlil uşaqlar üçün elektron cihazlardan istifadəyə dair istisnalar nəzərdə tutulub. Qanun, həmçinin təhsillə bağlı, amma açıq havada keçirilən tədbirlərdə (məsələn, idman tədbirləri) elektron qurğulardan istifadəni qadağan edir.xeber100.com

Avqust 1, 2018 1:32

İndoneziyada min nəfərdən çox insan təxliyə olunub

İndoneziyada Rincani dağından min nəfərdən çox insan təxliyə olunub.Bu barədə “Jakarta Post” qəzeti Lombok Milli Parkının rəhbərliyinə istinadla məlumat yayıb.Milli parkın nümayəndəsinin bildirdiyinə görə, dağdan ümumilikdə 1090 nəfər təxliyə edilib. Parkın rəhbərinin sözlərini sitat gətirən qəzet yazır: “Sonuncu təxliyə bir saat bundan əvvəl həyata keçirilib. Əməliyyat zamanı yeddi nəfər yerli alpinist aşkar olunub. Xilasetmə əməliyyatları sonuncu şəxs təxliyə olunanadək davam etdiriləcək”.Xatırladaq ki, iyulun 29-da Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələnin yaratdığı torpaq sürüşməsi nəticəsində Rincani dağı rayonunda dağılmış evlərin altından 16 cəsəd çıxarılıb, 100-dən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Əcnəbilər də daxil olmaqla, dağa qalxan yüzlərlə insan torpaq sürüşməsi nəticəsində yamaclarda qalıb. Onların təxliyəsi üçün əməliyyatlara bazar günü başlanıb.Nəşrin bildirdiyinə görə, zəlzələ vaxtı dağın başında olanların sayı daha çox ola bilər. Belə ki, bir neçə gün əvvəl dağın zirvəsinə qalxanlar enmək üçün kifayət qədər vaxta malik olmayıblar.xeber100.com

Avqust 1, 2018 1:26

5,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın mərkəzi adası olan Hönşünün şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.NHK telekanalı xəbər verir ki, yeraltı təkanlar 2011-ci ildə atom qəzasının baş verdiyi “Fukusima-1” atom elektrik stansiyasında da hiss olunub.Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 20 kilometr dərinlikdə yerləşib.Zəlzələ paytaxt Tokioda hiss olunmayıb, sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

İyul 31, 2018 12:38

İspaniya sahillərində 200-dən çox miqrant xilas edilib

İspaniya sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində köməksiz vəziyyətdə qalan daha 211 miqrantı xilas ediblər.“figaro.fr” saytı xəbər verir ki, 11 qayıqda olan 200-dən çox miqrant İspaniya ilə Mərakeşi ayıran Cəbəllütariq boğazında sahilə çıxarılıb. Onlar İspaniyanın cənubunda yerləşən Əndəlis bölgəsindəki Əlcəzirə limanına aparılıblar.xeber100.com

İyul 30, 2018 1:20

RİA Novosti agentliyinin məlumatı əsasında…

Misirdə ağır yol qəzası baş verib.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Port-Səid şəhərində tikiş fabrikinin işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub.Hadisə nəticəsində 10 nəfər ölüb, 17 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, qəzaya yüksək sürət və hər iki sürücünün diqqətsizliyi səbəb olub.Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il Misirdə müxtəlif yol qəzalarında 12-dək insan həyatını itirir.xeber100.com

İyul 29, 2018 10:41

İtaliya hökuməti vergi tətbiq etməyə hazırlaşır

İtaliya Senatının büdcə komitəsi bir sıra onlayn satış əməliyyatları üçün vergi tətbiq olunması təklifini qəbul edib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, 2018-ci il üzrə dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinə daxil olan bu təklifdə göstərilir ki, axtarış sistemləri və sosial şəbəkələr kimi iri onlayn platformalar vasitəsilə xidmətlər əldə edən şirkətlər və fiziki şəxslər məbləğin altı faizini tutaraq həmin vəsaiti İtaliyanın vergi orqanına köçürməlidirlər.Təklif edilən vergi “Google” və “Facebook” kimi iri internet şirkətlərindən vergi yığımının artırılmasına yönəldilib və bu addımın atılması büdcəyə ildə 114 milyon avro əlavə gəlir daxil olmasına şərait yaradacaq. Kiçik müəssisələr qəbilindən olan müəyyən vergiödəyiciləri, eləcə də əməliyyatının məbləği 30 avrodan az olan fiziki şəxslər bu verginin yığılmasından azad ediləcəklər.İlin sonuna qədər parlament tərəfindən təsdiq ediləcəyi təqdirdə, qanunun qüvvəyə minməsi 2019-cu ilin əvvəlinə gözlənilir. Hökumət avqust ayına qədər tədbirlərin ümumi həcmini dəqiqləşdirmək niyyətindədir.xeber100.com

İyul 27, 2018 4:44

Ödənişli əsgərliklə bağlı qanun layihəsi qəbul edilib

Türkiyə Böyük Millət Məclisi (TBMM) ödənişli əsgərliklə bağlı qanun layihəsini qəbul edib.Azərtac xəbər verir ki, Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 3000 ABŞ dolları) ödəyib 21 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar. Bildirilir ki, 1 yanvar 1994-cü ildən bu tərəfə doğulan çağırışçılar bu xidmətdən istifadə edə biləcəklər.Qeyd edək ki, qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyasının tərəfindən TBMM-nə təqdim olunub.xeber100.com

İyul 26, 2018 2:14

“Rosneft” şirkəti neft layihələrinə başlamaq niyyətindədir

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti İraq Kürd Regional Rəhbərliyindəki (İKRR) neft layihələrinə başlamaq niyyətindədir.TASS xəbər verir ki, “Rosneft” ilin sonunadək Şimali İraqdakı neft yataqlarının işlənməsini, bu ərazilərdə neft və qaz hasilatı daxil olmaqla bəzi layihələrə başlamağı planlaşdırır.“Rosneft”in rəhbərliyi ilə Şimali İraqdakı Duhok bölgəsindən bəzi səlahiyyətlilər görüşüb. Görüşdə ötən ilin oktyabrında tərəflər arasında imzalanan razılaşmaya əsasən, “Rosneft” cari ilin sonunadək regionun bəzi neft yataqlarının işlənməsi, neft və təbii qaz hasilatını əhatə edən layihələrə başlayacağı müzakirə edilib.Qeyd edək ki, daha əvvəl “Rosneft” İKRR ilə Şimali İraqdakı 5 blokda neft axtarışına başlamaq üçün razılığa gəldiyini açıqlayıb.“Rosneft”, həmçinin İKRR-dən neft almaq üçün də razılığa gəlib, lakin Rəsmi Bağdad bu müqavilələrin etibarsız olduğunu söyləyib.xeber100.om  

İyul 25, 2018 2:33

5,8 bal gücündə zəlzələ baş verib

İranda növbəti zəlzələ ölkənin cənub-şərqində Kerman ostanında baş verib. Bu barədə ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloji mərkəzinə istinadla məlumat yayıb.RİA Novosti agentliyi xəbər verir ki, 5,8 bal gücündə zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur.Xatırladaq ki, iyulun 22-də İranda üç dəfə zəlzələ baş verib. Onlardan ən güclüsünün maqnitudu 5,9 bal olub. Kermanşah ostanında baş verən bu zəlzələ, demək olar, ölkənin hər yerində hiss edilib. Nəticədə 287 nəfər xəsarət alıb, 101 bina tamamilə, 850 bina qismən dağılıb. Bölgəyə 15 xilasetmə qrup göndərilib. Habelə İranın cənubunda Hörmüzgan ostanında 4,6 və 5,4 bal gücündə zəlzələ olub.xeber100.com

İyul 23, 2018 12:44

“The Telegraph” qəzeti yazır…

Əgər Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə yeni ticarət sazişi imzalamaqdan imtina edərsə, London Brexit ilə əlaqədar Avropa İttifaqına 39 milyard funt ödəməyəcək."The Telegraph" qəzetinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Dominik Raab bəyan edib.D. Raab deyib ki, tərəflərdən biri sənəd üzrə razılaşdırılmış öhdəliyi qəbul edirsə, ancaq digər tərəf qəbul etmirsə, bu situasiya qəbuledilməzdir: "Əgər Avropa İttifaqı Böyük Britaniya ilə ticarət sazişi razılaşdırmağı bacarmırsa, biz Brexit-ə görə 39 milyard funt ödəməkdən imtina edəcəyik.Qeyd edək ki, 30 mart 2019-cu il Böyük Britaniya rəsmən Aİ-dən çıxacağı tarix olacaq. Böyük Britaniyanın Avropa İttifaqından çıxması və gələcək münasibətlərin formatı bu ilin oktyabrında müəyyənləşməlidir.xeber100.com

İyul 22, 2018 2:55
    Page 112 of 301« First«...102030...110111112113114...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az