23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Huawei” şirkəti ilk smartfonunu təqdim edəcək

Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.“life.ru” saytı bildirir ki, “Huawei” şirkəti 2019-cu ilin iyununda “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək. Bu haqda şirkətin icraçı direktoru Erik Syuya istinadən “Digitimes” nəşri yazıb.“5G” mobil rabitəsinin dəstəyi “Wi-Fi” qoşulması olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə imkan verəcək. “Huawei” şirkəti “5G” mobil rabitəsinin hazırlanmasında aktiv iştirak edir.“5G” tezlik parametrləri artıq məlumdur. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir.xeber100.com

İyun 29, 2018 11:17

JAXA aerokosmik agentliyinin məlumatı əsasında…

Yaponiyaya məxsus “Hayabusa-2” zondu kosmosda 3 illik səyahətdən sonra hədəfinə - Ryuqu asteroidinin 20 kilometrliyinə çatıb.Azərtac xəbər verir ki, Yaponiyanın JAXA aerokosmik agentliyinin məlumatına əsasən, zond bu müddət ərzində 3,2 milyard kilometr məsafə qət edib.Kosmik zond 2014-cü ildə fəzaya buraxılaraq Yerdən 2,8 milyard kilometr məsafədə yerləşən asteroidə doğru yola düşüb. O, diametri 900 metr olan Ryuqu asteroidinin yaxınlığında yarım il qalaraq üç dəfə torpaq nümunəsi götürməyə çalışacaq və sonra Yerə qayıdacaq. Onun ilk cəhdi payız aylarına planlaşdırılıb.Qeyd edək ki, “Hayabusa-2” zondunun sələfi “Hayabusa” 2010-cu ildə İtokava asteroidində analoji tapşırıq yerinə yetirib. Ryuqunun orbiti Yerlə Marsın orbitləri yaxınlığından keçdiyi üçün alimlər burada su və orqanik maddələrin aşkarlanacağına ümid edirlər.xeber100.com

İyun 27, 2018 2:03

“RİA Novosti” agentliyinin məlumatına görə…

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib."RİA Novosti" agentliyinin verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.A. Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər: "Əgər bu illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi diz çökdürəcəklər".xeber100.com

İyun 24, 2018 8:23

Prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb.“Anadolu” agentliyinin verdiyi xəbərə görə, ilk yeri səslərin 54,11%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur.İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,96%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,49%).xeber100.com

İyun 24, 2018 8:14

ABŞ hərbi təlimləri dayandırıb

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.Məlumata əsasən, söhbət “Freedom Guardian” təlimi və hərbi-dəniz mübadiləsi proqramından gedir. Bundan əvvəl Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə məlumat verilmişdi.Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.xeber100.com

İyun 23, 2018 10:23

Avropa Statistika İdarəsinin məlumatı əsasında…

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən, 2017-ci ildə italiyalı gənclər arasında işsizliyin səviyyəsi 25,7 faiz olub. Belə ki, İtaliyada 18-24 yaşlı hər dörd gəncdən biri işsizdir. Bu, Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən yüksək göstəricidir.ANSA agentliyi xəbər verir ki, Aİ ölkələrində həmin yaş qrupu üzrə işsizliyin səviyyəsinə görə orta göstərici 14,3 faizdir. Avropa ölkələrində gənclər arasında işsizliyin səviyyəsinə görə İtaliyadan sonrakı yerləri Kipr (22,7 faiz), Yunanıstan (21,4 faiz), Xorvatiya (20,2 faiz), Rumıniya (19,3 faiz) və Bolqarıstan (18,6 faiz) tutur.Bu kateqoriya üzrə ən yaxşı göstərici (5,3 faiz) Niderlanda məxsusdur. Sonrakı yerlərdə Sloveniya və Avstriya durur.Eurostatın məlumatda qeyd olunub ki, 2017-ci ildə Aİ ölkələrində yaşı 18-24 arasında olan 5,5 milyon nəfər nə işləməyib, nə təcrübə keçməyib, nə də ali təhsil almayıb. Bu rəqəm Slovakiyanın və ya Finlandiyanın əhalisinin sayına bərabərdir.xeber100.com

İyun 21, 2018 3:56

Hökumət daxilində struktur dəyişiklikləri çərçivəsində

“Gürcüstanda nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq”.Apa-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş nazirliyinə namizəd Mamuka Baxtadze bildirib.M. Baxtadze deyib ki, dəyişikliklər hökumət daxilində struktur dəyişiklikləri çərçivəsində həyata keçiriləcək: “Bu islahat dərhal yerinə yetirilməlidir. Yeni Nazirlər Kabinetində bir neçə yeni sima olacaq”.xeber100.com

İyun 18, 2018 8:04

Kolumbiyada prezident seçkiləri keçirilir

Bu gün Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb."RİA Novosti" agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da 36,2 milyon seçicinin səs verməsi üçün 11 min seçki məntəqəsi açılıb.Mayın 27-də keçirilən prezident seçkilərinin birinci turunda 31,14 faiz səs toplayan İvan Duke və 25,08 səs toplayan Qustavo Petro ikinci turda mübarizə aparır. Hələ 10 gün əvvəl aparılan sosioloji sorğulara əsasən, Demokratik Mərkəz Partiyasının namizədi İ. Dukeni seçicilərin 45,5 faizi, "İnsan Kolumbiyası" Koalisiyası və Hindu və Sosial Alternativ Hərəkatının namizədi Q. Petronu isə seçicilərin 40 faizi dəstəkləyir. Aralarındakı fərqin az olması səbəbindən hər iki namizədin şansı yüksək qiymətləndirilir.Kolumbiya prezidenti 4 il müddətinə seçilir. Bir şəxs ikinci dəfə prezident seçilə bilməz.xeber100.com

İyun 17, 2018 4:20

Bu gün 7 maqnitudalı zəlzələ olub

Bu gün Yaponiyada 7 maqnitudalı zəlzələ olub.TASS agentliyinin verdiyi məlumata görə, zəlzələ Xonsyu adasının mərkəzindəki Qumma əyalətində qeydə alınıb.Yaponiya Meteoroloji İdarəsi zəlzələnin ocağının 20 km dərinlikdə yerləşdiyini açıqlayıb.Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.xeber100.com

İyun 17, 2018 4:12

Anadolu agentliyinin məlumatı əsasında…

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulda eyni vaxtda 14 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində terror aktı törətmək hazırlığında olan 8 şübhəli şəxs saxlanılıb.Anadolu agentliyi xəbər verir ki, həbs edilən şəxslər İŞİD terrorçu qruplaşmasının üzvləridir. Bildirilir ki, yaxalanan şəxslər terrorçu-kamikadze təlimi keçiblər. Dəstəyə daxil olduğu ehtimal edilən digər 3 nəfərin axtarışına başlanılıb.xeber100.com

İyun 14, 2018 3:14
    Page 114 of 299« First«...102030...112113114115116...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az