30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Qazaxıstanda vergi güzəşti tətbiq olunacaq

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev parlamentin hər iki palatasının birgə iclasında əməkhaqqısı aşağı olan vətəndaşlardan tutulan verginin məbləğini on dəfə azaltmağı təklif edib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, dövlət başçısı nisbətən az əməkhaqqı alan qazaxıstanlılara yardım məqsədilə 2019-cu il yanvar ayının 1-dən həmin şəxslərin vergi yükünün on dəfə azaldılmasını və onlardan 1 faiz həcmində vergi tutulması təklifini irəli sürüb.Onun sözlərinə görə, bu addımın atılması ölkənin iki milyon sakininin yaşayışına müsbət təsir göstərəcək: “Muzdlu işçilərin üçdə birindən çoxunun - bu, iki milyondan artıq insan deməkdir - əməkhaqqı işəgötürənlərə əlavə vergi yükü düşmədən artacaq”.N.Nazarbayev onu da bildirib ki, gələcəkdə Qazaxıstanda fiziki şəxslərin gəlir vergisinin proqressiv şkalası qəbul edilə bilər.xeber100.com

İyul 13, 2018 3:19

Gürcüstanda hökumətin yeni tərkibi elan edilib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə hökumətin yeni tərkibini elan edib.Azərtac xəbər verir ki, yeni strukturda üç nazir vəzifəsini itirib.Bildirilib ki, yeni hökumətdə əvvəlki kimi 14 deyil, 10 nazirlik və bir dövlət naziri vəzifələri qalıb.Nazirlərdən üçü isə dəyişib: elm, təhsil və mədəniyyət naziri vəzifəsinə Biznes Universitetinin rektoru Mixail Batiaşvili təyin olunub. İqtisadiyyat və davamlı inkişaf naziri postuna Georgi Kobuliya gətirilib. Q.Kobuliya Rusiyada özəl sektorda bizneslə məşğul olub. Maliyyə naziri vəzifəsinə isə “Gürcüstan Bank”ın sabiq baş direktoru Arçil Qaçeçiladze təyin olunub.Digər nazirlər isə vəzifələrində qalıblar.Regional inkişaf naziri Mayya Tsikitaşvili, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili, xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Georgi Qaxariya, ədliyyə naziri Teya Tsulukiani, müdafiə naziri Levan İzoria, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri David Serqeenko, barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri isə Ketevan Tsexelaşvilidir.Yaxın günlərdə parlament hökumətin yeni tərkibinə münasibət bildirəcək.xeber100.com

İyul 12, 2018 12:18

“Showa Shell” şirkəti “Idemitsu” şirkətinin filialına çevriləcək

Yaponiyanın iki nəhəng neft emalı şirkəti “Idemitsu Kosan” və “Showa Shell Sekiyu” birləşmə barədə razılığa gəliblər.NHK telekanalı xəbər verir ki, iki şirkət arasında üç ildən çoxdur davam edən danışıqlar, nəhayət, müsbət nəticə verib və onlar gələn ilin aprelində birləşmək qərarına gəliblər.Danışıqların uzanmasına səbəb kimi “Idemitsu” şirkətinin əsasını qoymuş ailənin bu birləşməyə qarşı olması göstərilir.Əldə edilən razılaşmaya görə, “Showa Shell” şirkəti səhmlərin mübadiləsi müqabilində “Idemitsu” şirkətinin filialına çevriləcək.Xatırladaq ki, həmin şirkətlər ilk dəfə 2015-ci ildə birləşmək niyyətində olduqlarını bildirmişdilər. Lakin həmin vaxt səhmlərin əksəriyyətinə malik olan İdemitsu ailəsi bu addımın qarşısını almışdı.xeber100.com

İyul 11, 2018 12:47

2020-ci ildə ilk qaz tədarükü həyata keçiriləcək

İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək.Xarici KİV-lər xəbər verir ki, 2020-ci ilin əvvəlində İsrail təbii qazının İordaniyaya çatdırılması gözlənilir. İsraildəki “Leviathan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır.İsrail-İordaniya sərhədindən İordaniyanın Mafraq bölgəsinə qədər uzanan və tikintisinə başlanılan 65 kilometrlik boru kəməri 2020-ci ildə təbii qaz nəql etməyə başlayacaq. Kəmərlə hər il 3 milyard kubmetr qaz nəql ediləcək.Bu boru kəməri tamamlandıqdan sonra Mafraqdakı qaz xəttinə birləşəcək və sonra ölkədəki enerji sisteminə paylanacaq. 2020-ci ilin əvvəlində isə “Noble Energy” qaz tədarükünə başlayacaq.İsrail tərəfində də boru kəmərinin çəkilməsi işləri davam edir. İşlər İordaniyanın “NEPCO” dövlət enerji şirkəti və “Noble Energy” arasında 2016-cı ildə imzalanan 15 illik və 10 milyard dollarlıq müqavilə çərçivəsində aparılır.xeber100.com

İyul 9, 2018 12:33

“NHK” telekanalının məlumatı əsasında…

Yaponiyada leysan yağışlar nəticəsində 35 nəfər ölüb.“NHK” telekanalının verdiyi xəbərə görə, 4 nəfər ağır vəziyyətdədir. 47 nəfərin isə itkin düşdüyü bildirilir.Hazırda 48 min polis, xüsusi mühafizə qüvvələri, yanğından mühafizə xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır.Baş nazir Şinzo Abe daşqınlardan təsirlənən ərazilərdə vəziyyətin olduqca ciddi qiymətləndirib.Qeyd edək ki, cümə günündən başlayan güclü yağışlar Yaponiyanın mərkəzi və cənub-qərb hissələrində ciddi fəsadlar törədib.xeber100.com

İyul 7, 2018 8:45

Gürcüstanın Fövqəladə Hallar Xidməti xəbərdarlıq edib

Gürcüstanın Fövqəladə Hallar Xidməti Qara dəniz sahillərində gözlənilən növbəti qasırğa ilə əlaqədar yerli əhali və bu ölkəyə gələn turistlərə xəbərdarlıq edib.Azərtac xəbər verir ki, Fövqəladə Hallar Xidməti Qara dənizdə sahilboyu bütün xilasetmə məntəqələrində qırmızı fənərlər yandırılıb.Bildirilir ki, iyulun 6-7-də Qara dəniz sahillərində 4 ballıq qasırğa gözlənilir. Bu da insan həyatı üçün çox təhlükəlidir.Xatırladaq ki, iyulun 4-5-də də Qara dəniz sahillərində qasırğa olub. İyulun 4-də iki nəfər dənizdə boğulub.Ekspertlər bildirirlər ki, Gürcüstanın Svaneti bölgəsində baş vermiş təbii fəlakət də həmin qasırğadan sonra baş verib.xeber100.com

İyul 6, 2018 1:47

Çin ABŞ mallarına rüsum tətbiq edəcək

Çin Pekin vaxtı ilə iyulun 6-na keçən gecədən başlayaraq ABŞ-dan idxal olunan, təqribən 34 milyard dollar məbləğində mallara rüsum tətbiq edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.TASS informasiya agentliyi xəbər verir ki, “Bloomberg” iyun ayında sözügedən rüsumun ABŞ-dan idxal edilən avtomobilə, kənd təsərrüfatı və  dəniz məhsullarına tətbiq olunacağını bildirib. “Bloomberg”in məlumatına görə, ümumilikdə, 50 milyard məbləğində ABŞ malına rüsum tətbiqi planlaşdırılır.xeber100.com

İyul 4, 2018 2:56

Antiterror əməliyyatının növbəti mərhələsi başa çatıb

Türkiyənin və ABŞ-ın hərbi bölmələrinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi antiterror əməliyyatının səkkizinci hissəsi uğurla başa çatıb.Azərtac rəsmi mənbələrə istinadla xəbər verir ki, xüsusi hərbi əməliyyatın aparıldığı Münbiç bölgəsi ABŞ-ın dəstəyi ilə 2016-cı ilin avqustunda İŞİD terrorçu qruplaşmasından təmizlənərək YPG/PKK terrorçu qruplaşmasının əlinə keçib. Türkiyə YPG/PKK terrorçu qruplaşmasının bölgədə mövcudluğunu yolverilməz hesab edir.Qeyd edək ki, Münbiç əhalisinin 90 faizini ərəblər təşkil edir.xeber100.com

İyul 3, 2018 12:50

KXDR məsələsi müzakirə ediləcək

Cənubi Koreya, Yaponiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri xanım Kan Kyun-hva, Taro Kono və Mayk Pompeo bu həftə Yaponiyada görüşərək, Şimali Koreya mövzusunu müzakirə edəcəklər.Yonhap agentliyi xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo iyulun 5-də Pxenyana səfəri çərçivəsində Koreya Xalq Demokratik Respublikası ilə nüvə silahının ləğvi üzrə əldə olunan razılaşmanın icrasına dair müzakirələr aparacaq. Bundan sonra Yaponiyaya səfər edəcək Mayk Pompeo Cənubi koreyalı və yaponiyalı həmkarları ilə danışıqlar aparacaq.Qeyd edək ki, Mayk Pompeonun bu səfəri ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın Sinqapur görüşündən sonra Birləşmiş Ştatların yüksəkvəzifəli rəsmisinin Pxenyana ilk səfəridir.xeber100.com

İyul 3, 2018 12:43

Prezident seçkilərində pensiyaların iki dəfə artırılması vəd olunub

Meksikada prezident seçkilərində liderlik edən Andres Manuel Lopes Obrador iyulun 1-də ölkədə pensiyaları iki dəfə artırmağı vəd edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Milli Seçki İnstitutunun ilkin məlumatlarına əsasən, sol qüvvələrin lideri Lopes Obrador seçkilərdə 47, 22 faiz səs toplayıb. İkinci yerdə Rikardo Anayya (27,03 faiz), sonrakı yerlərdə Xose Antonio Mid (16,91 faiz) və Xayme Rodriges Kalderon (6,22 faiz) gedir. Artıq hər üç namizəd Lopes Obradorun qələbəsini etiraf edib.“İlk gündən qocalar üçün pensiyanı iki dəfə artıracağıq və bu pensiyanın universal olacağına zəmanət veririk”, - deyə yeni seçilmiş prezident qeyd edib. O, həmçinin ölkədə korrupsiyaya qalib gələcəklərinə də söz verib.Lopes Obrador hakimiyyətin təhvil verilməsi barədə danışıqlar aparmaq üçün iyulun 3-də ölkənin hazırkı Prezidenti Enrike Penya Nieto ilə görüşünün planlaşdırıldığını bildirib.Qeyd edək ki, yeni prezident bu postda vəzifələrinin icrasına cari il dekabrın 1-də başlayacaq.xeber100.com

İyul 2, 2018 3:57
    Page 114 of 301« First«...102030...112113114115116...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az