Kataloniya genişmiqyaslı əməliyyata başlayıb

İspaniya polisi və korrupsiya ilə mübarizə üzrə xüsusi prokurorluq Kataloniyada 2017-ci ilin oktyabrında keçirilən müstəqillik barədə referendumun qanunsuz maliyyələşməsi ilə bağlı genişmiqyaslı əməliyyata başlayıb.Europa Press agentliyi xəbər verir ki, əməliyyat çərçivəsində 22 nəfər saxlanılıb və yeni həbslər istisna edilmir. Saxlanılan şəxslər arasında “Kataloniya uğrunda birgə” partiyasının deputatı Fransesk de Dalmasesin də olduğu bildirilir.Kataloniya ali məhkəməsinin məlumatına görə, hazırda iqtisadi və maliyyə cinayətləri üzrə polis dəstələri və korrupsiya ilə mübarizə üzrə prokurorluq əməkdaşları Barselona Şurası və Jeneralitet binalarında, həmçinin digər müəssisələrdə axtarışlar aparır. Madrid tərəfindən göndərilən polis əməkdaşları Barselonadan başqa, Tarraqona və Jironada da axtarış əməliyyatlarına cəlb olunublar.Bir ildən artıq davam edən təhqiqatın nəticəsinə əsasən, müxtəlif kompaniyalar vasitəsi ilə müstəqillik tərəfdarı olan assosiasiya və təşkilatların hesablarına 2 milyon avro vəsait köçürülüb. Bununla əlaqədar dövlət vəsaitini mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət məmurları tərəfindən qanuna zidd fəaliyyət, sənəd saxtakarlığı və dələduzluqla bağlı cinayət işləri açılıb.Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum 2017-ci il oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib. Səsvermə günü bəzi məntəqələrdə polis və seçicilər arasında toqquşmalar qeydə alınıb.xeber100.com

May 24, 2018 2:57

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib

Rusiya Prezidenti Vladimir Putin hökumətin Baş nazir Dmitri Medvedev tərəfindən təqdim olunan yeni tərkibini təsdiqləyib.Azərtac xəbər verir ki, yeni kabinetdə bir sıra dəyişikliklər baş verib. Məsələn, birinci vitse-premyer - maliyyə naziri vəzifəsi yaradılıb, Təhsil və Elm Nazirliyi Maarif Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi kimi iki quruma bölünüb, Rabitə Nazirliyinin adı dəyişilərək Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi adlandırılıb.Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Onun kurasiyasına maliyyə-iqtisadiyyat sahəsi daxildir. Baş nazirin digər müavinləri Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets, Maksim Akimov, Yuliya Trutnyova və Konstantin Çuyçenko təyin ediliblər.Xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinski, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvortsova, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin, energetika naziri Aleksandr Novak vəzifələrində qalıblar.Bir neçə nazirliyə yeni rəhbərlər təyin edilib. Yevgeni Ziniçev fövqəladə hallar naziri, Dmitri Patruşev kənd təsərrüfatı naziri, Vladimir Yakuşev tikinti və mənzil-kommunal təsərrüfatı naziri, Dmitri Kobılkin təbii ehtiyatlar və ekologiya naziri, Yevgeni Ditrix nəqliyyat naziri, Aleksandr Kozlov Uzaq Şərqin inkişafı naziri təyin olunub. Maarif Nazirliyinə Olqa Vasilyeva, Elm və Ali Təhsil Nazirliyinə Mixail Kotyukov, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə Konstantin Noskov rəhbərlik edəcək.xeber100.com

May 18, 2018 3:32

Avropa İttifaqının sammiti nüvə sazişini dəstəkləyib

İranla nüvə sazişini nəinki qoruyub saxlamaq, həm də raket probleminin həlli yolları və İranın regiondakı rolu ilə bağlı məsələləri daxil etməklə onu genişləndirmək lazımdır.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə mayın 17-də Sofiya şəhərində keçirilən Avropa İttifaqı – Qərbi Balkan ölkələri sammitinə gələn Fransa Prezidenti Emmanuel Makron bildirib. O, həmçinin mayın 16-da sammitin işgüzar şam yeməyi zamanı Aİ liderlərinin Avropa müəssisələrini ABŞ-ın İran üzrə yeni sanksiyalarından qorumaq barədə razılığa gəldiklərini deyib.Emmanuel Makronun sözlərinə görə, Avropa Komissiyası kompaniyaların müdafiəsi üçün texniki təkliflər paketini formalaşdırıb. Bununla yanaşı, Fransa lideri beynəlxalq korporasiyaların öz maraqları çərçivəsində İranla işləmək barədə müstəqil qərar verməli olduqlarını da qeyd edib.Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları qaytaracağını, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.xeber100.com

May 17, 2018 1:41