30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək

2019-cu ildə “Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək.Azərtac xəbər verir ki, bu haqda “Economic Daily News” nəşri məlumat yayıb.Məlumata görə, yeni qurğunun dizaynı artıq internetdə əlçatandır. Üç kamera ənənəvi yerdə yerləşdiriləcək. Belə kameranın stereoskopik “3D” görüntü üçün istifadə olunacağı bildirilir. İki obyektiv müxtəlif bucaqlardan obyektin təsvirini qeydə alacaq, üçüncü obyektiv isə daha güclü miqyası böyütmə üçün nəzərdə tutulub.xeber100.com

May 30, 2018 3:00

İsrail parlamenti təklif edilmiş qərar layihəsini gündəlikdən çıxarıb

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar təklif edilmiş qərar layihəsini gündəlikdən çıxarıb.RİA Novosti agentliyi xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.Bildirilir ki, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb. “Belə ki, qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, - spikerin mətbuat katibi vurğulayıb.xeber100.com

May 29, 2018 12:51

Rusiya mətbuatının məlumatı əsasında…

Rusiyada bu ilin sonuna qədər facebook bağlana bilər.Rusiya mətbuatı xəbər verir ki, bunu ölkənin "Roskomnadzor" nəzarətedici orqanının rəhbəri Aleksandr Jarkov bildirib. O qeyd edib ki, milyonlarla istifadəçisi olan sosial şəbəkənin Rusiyanın daxili qanunlarını pozması ilə əlaqədar monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı aşkarlanacaq qanunsuzluqlara görə facebook külli miqdarda cərimələnə bilər.Onun sözlərinə görə, şəbəkədə qlobal problemlər əsassız şəkildə yayılır. “Bu, ciddi məsələdir. Qaydalara riayət edilmədiyi təqdirdə, müqaviləyə birtərəfli son veriləcək. Əgər facebook rəhbərliyi Rusiya qanunlarına məhəl qoymazsa, o zaman bu ilin sonunda ölkə daxilində şəbəkənin fəaliyyəti dayandırılacaq”, - deyə Aleksandr Jarkov vurğulayıb.Xatırladaq ki, bu ilin aprelində Rusiyanın Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasının qarşısını almaq məqsədilə ümumilikdə 50 milyon rubl cərimə tətbiq edib.xeber100.com

May 29, 2018 12:43

5,7 bal gücündə zəlzələ baş verib

Çinin şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Tszilin əyalətində, ocağı 2 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.xeber100.com

May 28, 2018 2:11

Güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Merilend ştatının Ellikot şəhərində güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu Merilend ştatın qubernatoru Larri Hoqan bəyan edib.Məlumata əsasən, 2016-cı ildə güclü güclü yağış və daşqınlarla üzləşmiş şəhər yenidən su altında qalıb.Yerli hökumət əhalini təhlükəli əraziləri tərk etməyə, xəbərləri izləməyə və təlimatlara riayət etməyə çağırıb.Qeyd edək, Ellikot şəhərində 70 minədək insan yaşayır.xeber100.com

May 28, 2018 2:06

Almaniya Federal Hesablama Palatasının hesabatında

Almaniya Federal Hesablama Palatasının hesabatında Almaniya ordusunun acınacaqlı durumda olması əksini tapıb.Apa-nın məlumatına görə, bu barədə "Bild" nəşri məlumat yayıb.Hesablama Palatası Almaniya müdafiə naziri Ursulu fon der Lyayenni hərbi texnikanın istifadəyə yararsız durumda olmasını gizlətməkdə ittiham edib. Sənəddə qeyd edilir ki, müdafiə nazirinin hərbi gəmi və təyyarələrin döyüşə hazır olması barədə bəyanatı həqiqətə uyğun deyil. Hesabatda nəzərə çatdırılır ki, keçən il heç bir sualtı qayıq istismara yararlı olmayıb. Döyüş gəmilərinin və tankların yarıdan azı, hərbi vertolyotların isə 1/3-i istismar üçün yararlı olub. Sənəddə qeyd olunur ki, müdafiə nazirinin döyüşə hazır olduğunu bəyan etdiyi gəmilər idarə olunan raketlər, müvafiq silahlar olmayıb, sualtı qayıqlar üçün isə heyət çatışmır.xeber100.com

May 27, 2018 2:36

Kolumbiyanın NATO-ya daxil olması rəsmiləşdiriləcək

Kolumbiyanın prezidenti Xuan Manuel Santos NATO ilə tərəfdaşlığa dair razılaşmanın əldə edildiyini bəyan edib.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət başçısı özünün “Tvitter” hesabında yazıb.“Gələn həftə biz Kolumbiyanın NATO-ya qlobal tərəfdaş qismində daxil olmasını rəsmiləşdirəcəyik", X.M.Santos yazıb.Onun sözlərinə görə, Kolumbiya belə imtiyazı olan yeganə Latın Amerikası ölkəsi olacaq.xeber100.com

May 26, 2018 10:12

Yonhap agentliyinin məlumatı

KXDR ordusunun hərbçiləri xarici jurnalistlərin iştirakı ilə mayın 24-də “Phunqeri” nüvə poliqonunda üç sınaq şaxtasını partladıb.Cənubi Koreyanınyi Yonhap agentliyi xəbər verir ki, poliqondakı yerüstü müşahidə məntəqələri və digər obyektlər də məhv edilib. “KXDR-in Nüvə Silahı İnstitutu nüvə sınaqlarının dayandırılması məsələsində şəffaflıq nümayiş etdirmək üçün 2018-ci il mayın 24-də şimal sınaq poliqonunun sökülməsi mərasimini həyata keçirib”, - institutun mərasim başa çatdıqdan sonra yayılan bəyanatında belə deyilir.Poliqonun sökülmə prosesini beş ölkədən - Koreya Respublikası, Böyük Britaniya, Rusiya, Çin və ABŞ-dan olan jurnalistlər izləyiblər.Qeyd edək ki, 6 nüvə sınağından 5-i poliqonun şimal şaxtasında aparılıb. Poliqonda ümumilikdə 4 şaxta mövcud olub. Birinci şaxta cəmi bir dəfə - ilk yeraltı sınağın həyata keçirildiyi 2006-cı ildə istifadə olunub və sonra bağlanılıb.xeber100.com

May 25, 2018 4:15

Yaponiya hökumətinin növbəti bəyanatında…

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Şimali Koreyaya qarşı təzyiqləri davam etdirməyin zəruri olduğunu bildirib.Y.Suqa bu barədə bəyanatla ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə planlaşdırılan ikitərəfli sammiti gözlənilmədən ləğv etdikdən sonra çıxış edib.Baş katib deyib ki, əsas məsələ sammitin keçirilməsi yox, onun Şimali Koreyanın nüvə və raket proqramları, həmçinin bu ölkənin agentləri tərəfindən oğurlanmış yapon vətəndaşları kimi problemlərin həllinə göstərəcəyi təsirdir. O əlavə edib ki, Yaponiya ABŞ və Cənubi Koreya ilə Pxenyanın öz siyasətindən əl çəkməsi və tezliklə yapon vətəndaşlarını qaytarması üçün sıx əməkdaşlığı davam etdirəcək. Yaponiya hökuməti Vaşinqton və Seul ilə birlikdə Şimali Koreyanın nüvə-raket proqramları ilə bağlı bütün kəşfiyyat məlumatlarını toplayaraq təhlil etməkdə davam edəcək.xeber100.com

May 25, 2018 4:10

Avropa İttifaqı Türkiyəyə 1,5 milyard yardım ayıracaq

Avropa İttifaqı miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün 2019-cu ildə Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq. Azərtac xəbər verir ki, mayın 23-də Avropa Komissiyası tərəfindən açıqlanmış Aİ-nin büdcə layihəsində belə deyilir.Avropa Komissiyası xatırladıb ki, miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün bu ilin büdcəsi çərçivəsində Ankaraya daha əvvəl vəd olunduğu kimi, 500 milyon avro təqdim ediləcək.Xatırladaq ki, Brüssel və Ankara 2016-cı il martın 17-18-də Aİ-Türkiyə sammitində miqrasiya axınının azaldılması üzrə tədbirləri nəzərdə tutan saziş imzalayıblar. O vaxt Avropa İttifaqı Türkiyəyə 6 milyard dollar ayırmağı, Aİ ilə Türkiyə arasında vizasız rejim tətbiq olunmasını, habelə Ankaranın ittifaqa üzv qəbul edilməsi üzrə danışıqları irəlilətməyi öhdəsinə götürmüşdü. Bunun müqabilində Yunanıstan adalarına Türkiyə ərazisindən gələn qeyri-qanuni miqrantlar geriyə - Türkiyəyə qaytarılacaq. Aİ isə Türkiyənin miqrasiya xidməti tərəfindən yoxlanılmış, leqal status almış və müvafiq sənədlər paketi olan qaçqınları birbaşa bu ölkənin ərazisindən qəbul etməlidir.O vaxtdan Brüssel Türkiyəyə yalnız 3 milyard avro ayırıb.xeber100.com

May 24, 2018 3:02
    Page 119 of 301« First«...102030...117118119120121...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az