30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

ABŞ Dövlət Departamentinin məlumatı

Tramp administrasiyası İtaliyanın yeni hökumət ilə işləməyə hazırdır.Azərtac xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.Məlumatda bildirilir ki, İtaliya uzun illərdir NATO-nun etibarlı müttəfiqi, beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı ölkə və Avropa iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Buna görə də Tramp administrasiyası yeni hökumətlə əməkdaşlıq etməkdə maraqlıdır.xeber100.com  

İyun 4, 2018 3:26

Sloveniyada növbədənkənar parlament seçkiləri keçirilib

Bu gün Sloveniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.TASS agentliyinin verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq.Ölkədə səsvermə hüququna malik 1,7 milyon seçici 88 deputatı seçməlidir. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4 faizlik baryeri aşmalıdır.Sosioloji sorğuların nəticələrinə əsasən hər hansı siyasi qüvvənin təkbaşına hökuməti formalaşdırmaq üçün yetərli səs toplayacağı gözlənilmir. Sorğularda sabiq baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi sağ-mərkəzçi Sloveniya Demokratik Partiyası (SDS) öndə gedir. Buna səbəb isə Y.Yanşanın qaçqın və miqrant problemi ilə bağlı sərt mövqe tutması, bununla da narazı elektoratı öz tərəfinə çəkməyi bacarmasıdır. “Hər şeydən öncə Sloveniya” şüarı altında seçki kampaniyası aparan sağ-mühafizəkar siyasətçi Macarıstan nümunəsi əsasında qaçqın problemini həll etmək niyyətindədir. İkinci yerdə sol-mərkəzi "Maryana Şaretsin Siyahısı"nın qərarlaşacağı proqnozlaşdırılır.Hazırkı hökumətə rəhbərlik edən çaş nazir Miro Tserarın sədri olduğu mərkəz-solçu Müasir Mərkəz Partiyasının (SMC) 2014-cü il parlament seçkilərindəki uğurunu təkrarlama ehtimalı aşağıdır.xeber100.com

İyun 3, 2018 8:55

İspaniya parlamentinin növbəti iclasında…

İspaniya parlamentinin iyunun 1-də keçirilən iclasında İspaniya Sosialist Partiyasının lideri Pedro Sançes ölkənin yeni Baş naziri seçilib.Xatırladaq ki, Pedro Sançesin təşəbbüsü ilə İspaniyanın deputatlar konqresində sabiq Baş nazir Mariano Raxoya etimadsızlıq göstərilməsi məsələsi müzakirə edilib. Konqresin üzvləri Mariano Raxoya etimadsızlıq göstərərək Pedro Sançesi dəstəkləyiblər.Bu qərarı İspaniya Sosialist Partiyasından olan 84 deputatla bərabər, “Podemos”un üzvü olan 67 millət vəkili, katalon və bask millətçilərinin təmsilçiləri də dəstəkləyiblər.xeber100.com

İyun 1, 2018 4:05

“Perkuno griausmas” adlı hərbi təlimlər başlanıb

Bu gün Litvada “Perkuno griausmas” (“Perkunasın gurultusu”) adlı hərbi təlimlər başlanıb. Bu, ölkə tarixində ən iri milli manevrlərdir.Azərtac xəbər verir ki, Litva silahlı qüvvələrinin komandanlığının məlumatına görə iyunun 1-dən 15-dək keçiriləcək genişmiqyaslı təlimlərdə 9 minə yaxın hərbçi və müvafiq qurumların nümayəndələri iştirak edəcək. Müdafiə xarakteri daşıyan bu təlimin məqsədi ordunu ölkənin və regionun təhlükəsizliyini, Litvanın suverenliyini təmin etməyə hazırlamadır.Manevrlərin milli statusuna baxmayaraq, bəzi epizodlarda Litvanın NATO üzrə müttəfiqləri olan Almaniya, Böyük Britaniya və Portuqaliyanın bu ölkədə yerləşdirilmiş yığma batalyonu da iştirak edəcək.xeber100.com

İyun 1, 2018 4:02

“WhatsApp”da yeni funksiya istifadəyə verilib

“WhatsApp” messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.“WhatsApp”da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq “iOS”, daha sonra “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.xeber100.com

May 31, 2018 3:48

İran mətbuatının məlumatı əsasında…

Təbrizdə 23 yaşlı gənc ana ilk hamiləliyində altı övlad dünyaya gətirib.İran mətbuatı xəbər verir ki, doğulan körpələrdən dördü qız, ikisi oğlandır. Körpələrin çəkisi 550-960 qram arasında dəyişir. Vaxtından əvvəl - yeddi aylıq olarkən dünyaya gələn körpələrdən ikisi süni tənəffüs aparatına qoşulub, qızlardan biri isə vəfat edib.İranda sonuncu dəfə şirazlı ana altı il əvvəl, məşhədli qadın isə dörd il əvvəl ilk hamiləliklərində altı uşaq dünyaya gətiriblər.xeber100.com

May 31, 2018 3:44

Aİ-nin xarici siyasət xidmətinin bəyanatında

Avropa İttifaqı miqrasiya böhranına qarşı mübarizəyə təqribən 0,5 milyard avro ayırıb. Azərtac xəbər verir ki, Aİ-nin xarici siyasət xidmətinin mayın 31-də Brüsseldə yayılmış bəyanatında belə deyilir.Sənəddə deyilir: “Aİ 467 milyon avro həcmində yeni yardım toplayır”.xeber100.com

May 31, 2018 3:38

İstanbulun fəth olunması münasibətilə mərasim keçirilib

İstanbulun fəth olunması münasibətilə “Fatehin 565-ci ili” devizi altında mərasim keçirilib.Azərtac xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1453-cü ildə İstanbulun fəth olunmasını türk dünyasının yeni qalibiyyət tarixinin başlanğıcı kimi dəyərləndirib.Qeyd edək ki, 1453-cü il mayın 29-da Fatih Sultan Mehmetin sərkərdəliyi ilə İstanbul boğazı fəth olunaraq Osmanlının tabeliyinə keçib.xeber100.com

May 30, 2018 3:20

“RİA Novosti”nin məlumatı əsasında…

Qəzza zolağında baş verən silahlı qarşıdurmalardan sonra “Həmas” İsrailə atəşkəsi bərpa etmək üçün razılığa gəldiyini açıqlayıb.“RİA Novosti” xəbər verir ki, "Həmas"ın məlumatına görə, İsraillə atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub. Lakin bununla bağlı İsrail tərəfindən heç bir mövqe bildirilməyib. Yayılan məlumatı təsdiq etməyən İsrail mediası isə Təl-Əvivin də eskalasiyada maraqlı olmadığı haqqında məlumat dərc edib.Sözügedən razılaşma haqqında daha əvvəl də məlumat yayılmışdı. Razılaşmanın Misir vasitəsilə əldə olunduğu deyilirdi. Lakin hər iki tərəf arasında davam edən gərgin münasibətlər informasiyanın əsassız olduğunu sübuta yetirmişdi.Qeyd edək ki, “Həmas” ötən gecə İsrailin cənubunu raket atəşinə tutub. İsrail tərəfi isə Qəzza zolağındakı döyüş bölgələrini bombalayıb. Ancaq səhər saatlarında qarşıdurma zonasında sabitlik bərpa olunub, itki qeydə alınmayıb.xeber100.com

May 30, 2018 3:07

İran parlamentinin xüsusi iclasında

Əli Laricani yenidən İran İslam Şurası Məclisinin (parlamentin) sədri seçilib.Azərtac xəbər verir ki, parlamentin xüsusi iclasında keçirilən sədr seçkilərində 279 deputat iştirak edib ki, bunların da 147–si Ə.Laricaninin lehinə səs verib. Ə.Laricaninin rəqibi Məhəmməd Rza Arif isə 123 səs alaraq məğlub olub. İran parlamenti 296 deputatdan ibarətdir.Xatırladaq ki, İran qanunlarına əsasən parlament hər iki ildən bir idarə heyətini yenidən seçir.xeber100.com

May 30, 2018 3:03
    Page 118 of 301« First«...102030...116117118119120...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az