05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ali Seçki Komissiyası seçkilərlə bağlı təqvimi açıqlayıb

Türkiyənin Ali Seçki Komissiyası (ASK) iyunun 24-də ölkədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təqvimi açıqlayıb.Azərtac xəbər verir ki, ölkədə keçiriləcək 27-ci çağırış parlament seçkilərinə aprelin 30-da start veriləcək. Siyasi partiyalar prezidentliyə namizədlərini mayın 1-dən 5-dək ASK-ya təqdim edə biləcəklər. Mayın 4-dən 9-dək prezidentliyə namizədlər üçün 100 min imza toplanıb təhvil verilməlidir. Ali Seçki Komissiyası təbliğat-təşviqat kampaniyası, eləcə də xaricdəki səsvermə prosesi ilə bağlı qrafiki də müəyyən edib.xeber100.com

Aprel 27, 2018 2:05

“Fastweb” şirkəti 4,4 milyon avro məbləğində cərimələnib

İtaliyanın antiinhisar orqanı “Fastweb” şirkətini 4,4 milyon avro məbləğində cərimələyib.ANSA agentliyi xəbər verir ki, ölkənin antiinhisar orqanı telekommunikasiya nəhəngi “Fastweb” şirkətini optik-lifli kabellərlə bağlı aldadıcı reklam təbliğ etməkdə və bu xidmət haqqında kifayət qədər məlumat verməməkdə ittiham edib.xeber100.com

Aprel 26, 2018 4:32

Qırğızıstanda ölkə qanunvericiliyinə uyğun olaraq andiçmə mərasimi olub

Aprelin 25-də Qırğızıstan parlamenti - Joqorku Keneşdə ölkənin yeni Baş naziri Muxammedkalıy Abulqazievin və hökumətin yeni üzvlərinin ölkə qanunvericiliyinə uyğun olaraq andiçmə mərasimi olub.Azərtac xəbər verir ki, andiçmə mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak edib. Dövlət başçısı Baş naziri və hökumətin yeni üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.Xatırladırıq ki, Muxammedkalıy Abulqaziev aprelin 20-də Qırğızıstanın Baş naziri seçilib.xeber100.com

Aprel 25, 2018 2:44

Yaponiya Cənubi Koreyaya etirazını bildirib

Yaponiya Xarici İşlər Nazirliyi aprelin 27-də keçiriləcək koreyalararası sammitdə təklif ediləcək şokoladın üzərindəki fotoya görə Cənubi Koreyaya etirazını bildirib.NHK telekanalı xəbər verir ki, sammit zamanı planlaşdırılan naharın menyusu Cənubi Koreya Prezidentinin ofisi tərəfindən yayılıb.Yaponiya XİN-in bildirdiyinə görə, nahar zamanı təqdim ediləcək desert üçün nəzərdə tutulan şokoladın üzərində Yapon dənizində yerləşən mübahisəli Takeşima adasının rəsmi də yerləşdirilib. Yaponiya hökumətinin qənaətinə görə, bu ada Yaponiyanın ayrılmaz tərkib hissəsidir.XİN-in Asiya və Okeaniya bürosunun rəhbəri Kenci Kanaşuqi məsələ ilə əlaqədar aprelin 24-də Cənubi Koreya səfirinin müavini ilə Tokioda görüşüb. K.Kanaşuqi bildirib ki, bu addım Yaponiya üçün dərindən kədərləndirici və qəbuledilməz aktdır. O, Cənubi Koreya tərəfini nahar vaxtı desertdən imtina etməyə çağırıb.xeber100.com

Aprel 25, 2018 2:40

“Lockheed Martin” şirkətinin təklifinə əsasən…

ABŞ-ın müdafiə sənayesi sahəsində tanınmış “Lockheed Martin” şirkəti Yaponiyaya gizlilik texnologiyası ilə təchiz edilən qırıcıların konstruksiyasını təklif etməyi planlaşdırır.Azərtac xəbər verir ki, yeni konstruksiyanın ixracı qadağan edilən “F-22 Raptor” və təkmilləşmiş “F-35 Lightning II” qırıcılarına oxşayacağı bildirilir.Məlumatlara görə, məsələ artıq Yaponiya Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirə edilib. ABŞ hökuməti razılıq verdikdən sonra yapon tərəfinin sorğusuna əsasən (RFI) “görünməz” hərbi texnologiya bu ölkəyə təklif ediləcək.Yüksək klassifikasiyalı və proqram təminatlı konstruksiyaların Çini üstələmək üçün Yaponiyaya verilməsi barədə qərar Prezident Donald Trampın ABŞ-ın silah ixracı siyasətini dəyişmək barədə vədini də yoxlamağa imkan yaradacaq.Yeni təyyarə “F-22” və “F-35” qırıcılarının xüsusiyyətlərini özündə birləşdirərək onların hər ikisini üstələyəcək.xeber100.com

Aprel 23, 2018 4:45

Türkiyədə Milli Suverenlik Günü qeyd olunur

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaqlar Günü təntənəli şəkildə qeyd olunur.Azərtac xəbər verir ki, bu münasibətlə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, təhsil naziri İsmət Yılmaz və digər rəsmi şəxslər Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər. Anıtqəbir önünə əklil qoyulub.Milli Suverenlik və Uşaqlar Günü münasibətilə ölkənin hər yerində bayram şənlikləri, beynəlxalq uşaq festivalları və s. mərasimlər təşkil olunub.Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Milli Məclisi çağırılıb. 1921-ci ildə həmin gün milli bayram elan olunub, 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.xeber100.com

Aprel 23, 2018 4:33

İran nüvə proqramını bərpa etməyə hazırdır

ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək.”TASS” xəbər verir ki, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.Onun sözlərinə görə, dünya ictimaiyyəti İranı nüvə sazişinə birtərəfli şəkildə riayət etməyə çağırmamalıdır.Qeyd edək ki, mayın 12-də D.Tramp sanksiyaların “dondurulması”nın uzadılmasına dair qərar verməlidir. Qərar qəbul edilmədikdə sanksiyalar avtomatik bərpa olunacaq.xeber100.com

Aprel 22, 2018 9:42

Qırğızıstan parlamenti növbədənkənar iclas keçirib

Aprelin 20-də Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda 30-cu hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunub.Joqorku Keneş Prezident Aparatının rəhbəri Nuxammedkalıy Abılqazievi ölkənin Baş naziri vəzifəsinə təsdiq edib.Kubatbek Boronov Baş nazirin birinci müavini, Jeniş Razzakov, Zamirbek Askarov, Altınay Omurbekova Baş nazirin müavinləri vəzifələrini tutublar.Bundan başqa, hökumət aparatının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə, maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, nəqliyyat və yollar, fövqəladə hallar, təhsil və elm, səhiyyə, mədəniyyət, informasiya və turizm, əmək və sosial inkişaf nazirləri də təsdiqlənib. Həmçinin milli təhlükəsizlik, müdafiə, sənaye, energetika və yeraltı sərvətlər, informasiya texnologiyaları və rabitə üzrə dövlət komitələrinin sədrləri təsdiq olunublar.Xatırladırıq ki, ölkə parlamenti aprelin 19-da hökumətə etimadsızlıq göstərmiş, dövlət başçısı Sooronbay Jeenbekov hökuməti tam tərkibdə istefaya göndərmişdi.xeber100.com

Aprel 20, 2018 11:37

Növbədənkənar prezident seçkiləri iyunun 24-də keçiriləcək

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri 2018-ci il iyunun 24-də keçiriləcək.Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.Xatırladaq ki, bu gün Ankarada Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı arasında keçirilən görüşdə bu məsələ müzakirə olunub.xeber100.com

Aprel 19, 2018 3:39

Beynəlxalq İslam Akademiyası yaradılıb

Prezident Şavkat Mirziyoyevin Fərmanı ilə Özbəkistan İslam Akademiyası və Daşkənd İslam İnstitutunun bazasında Özbəkistan Beynəlxalq İslam Akademiyası yaradılıb.Yeni qurumun Qaraqalpaq Respublikası, Səmərqənd, Namanqan və Surxandərya vilayətlərində filialları fəaliyyət göstərəcək. Akademiyada Hədis üzrə Elmi Məktəb, İxtisasartırma Mərkəzi fəaliyyət göstərəcək.Akademiya dünyanın müxtəlif ölkələrindən, eləcə də MDB ölkələrindən tələbələr qəbul edəcək. Uğur qazanan tələbələrə İmam Buxari adına dövlət mükafatı da veriləcək.xeber100.com

Aprel 19, 2018 3:36
    Page 121 of 299« First«...102030...119120121122123...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az