“Prelude” gələn il Avstraliya sahillərində işlərə başlayacaq

Nəhəng maye təbii qaz axtarışı və saxlama platforması “Prelude” gələn il Avstraliya sahillərində işlərə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” məlumat yayıb.Bildirilir ki, 488 metr uzunluğu olan nəhəng maye təbii qaz axtarışı və saxlama platformasının “Prelude” gələn il Avstraliya sahillərində işə başlayaqcaq.“Shell”in nəhəng üzən təbii qaz platformasının tikintisinə 2012-ci ildə başlanılıb və o, Koreya Respublikasının “Samsung” şirkətinin ağır sənaye zavodunda qurulduqdan sonra Avstraliya sahillərinə aparılıb. Avstraliyanın qərbində sahildən 125 kilometr uzaqlıqda qurulan platforma gələn il dənizdə təbii qaz çıxarılması və emalına başlayacaq. Təbii qaz birbaşa platformaya çıxarılacaq, maye qaz isə 162 dərəcədə soyudularaq Asiya ölkələrinə yük daşıyan təbii qaz tankerlərinə doldurulacaq.“Shell”ə görə, platforma ildə 5,3 milyon don maye qazı emal edə bilər. “Prelude” maye təbii qazın soyudulması üçün saatda 50 milyon litr su istifadə edəcək. Şirkət platformanın xərclərini açıqlamır. Lakin mütəxəssislərin fikrincə platforma təxminən 10-12 milyard dollara başa gəlib.Qeyd edək ki, platformanın göyərtəsi 4 futbol meydançası uzunluğunda, anbarları isə 175 olimpiya hovuzu böyüklükdədir. Uzunluğu Nyu-Yorkdakı məşhur göydələn “Empire State” binasından daha uzun olan platformanın eni “Boeing 747” laynerinin qanadından da böyükdür.xeber100.com

Dekabr 27, 2017 3:11

Rusiya Kommunistləri Partiyası qurultayının yekunlarına əsasən…

Rusiya Kommunistləri Partiyasının prezident seçkilərində namizədi məlum olub.TASS agentliyinin verdiyi məlumata görə, Rusiya Kommunistləri Partiyasının bu gün keçirilən qurultayının yekunlarına əsasən partiyanın lideri Maksim Suraykin 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində partiyanın namizədi olub.M. Suraykin qurultayda səsvermə başa çatandan dərhal sonra sənədlərini Rusiya Mərkəzi Seçki Komitəsinə təqdim etməyə yollanıb. Parlamentdə təmsil olunmayan partiya kimi Rusiya Kommunistləri Partiyası namizədlərinin qeydiyyata alınması üçün ən azı 100 min imza toplamalıdır.Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək. Bazar ertəsindən rəsmən seçki kampaniyası başlayıb. Partiyaların namizədlərini irəli sürməsi üçün 25 gün, şəxslərin özlərinin namizədliyini irəli sürməsi üçün 20 gün nəzərdə tutulur. İndiyə qədər M. Suraykinlə bərabər Rusiyanın hazırkı prezidenti Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, teleaparıcı Kseniya Sobçak, "Yabloko" partiyasının lideri Qriqoriy Yavlinskiy, İnkişaf Partiyasının sədri Boris Titov, politoloq, Sosial Texnologiyalar Mərkəzinin rəhbəri Andrey Boqdanov, "Qadın Dialoqu" Partiyasının sədri Yelena Semerikova, biznesmen Sergey Polonskiy, müğənni və hüquq müdafiəçisi Yekaterina Qordon seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.xeber100.com

Dekabr 24, 2017 2:55