Avropa Komissiyası cərimə prosedurunu müzakirə edib

Avropa Komissiyası Polşa barəsində cərimə prosedurunu müzakirə edir. Rumıniyada on minlərlə nümayişçi hüquqi dövlət prinsiplərinin saxtalaşdırılmasına qarşı etiraz edir. İstər Budapeşt olsun, istərsə Buxarest və ya Varşava – hər üçündə ümumi cəhət ondan ibarətdir ki, bu dövlətlərin hökumətləri məhkəmə təsisatları üzərində nəzarət etməyə və hakimiyyət bölgüsü prinsipini pozmağa cəhd göstərirlər.Azərtac xəbər verir ki, Avropa Komissiyasının fikrincə, “dəmir pərdə” götürüləndən təxminən 30 il sonra Şərqi Avropa ölkələrində demokratiya prinsipləri “təhlükə qarşısındadır”.“Alman dalğası” yazır ki, Polşa, Macarıstan və Rumıniya hökumətləri tərəfindən bu ölkələrdə məhkəmə hakimiyyətinə birbaşa nəzarət etmək cəhdləri qismən uğurlu olub, lakin məhkəmə təsisatlarının müstəqilliyinin pozulması hakimiyyət bölgüsü prinsipini və dövlətdə qüvvələrin tarazlığını təhlükə altına alır.Rumıniyada hakimiyyət orqanları korrupsiya ilə bağlı işlərin təhqiqatının qarşısını almaq imkanı əldə etmək üçün prokurorluğun səlahiyyətlərini məhdudlaşdırmağa çalışırlar. Polşada məhkəmə islahatı ədliyyə nazirliyinə öz mülahizəsinə əsasən məhkəmələrin sədrlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilməsini nəzərdə tutur. Macarıstanda 2011-ci ildə yeni Konstitusiya qəbul ediləndən sonra Konstitusiya Məhkəməsinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb, hakimlərin və prokurorların pensiya yaşının azaldılması isə “namünasib” dövlət qulluqçularından yaxa qurtarmağa imkan verib.xeber100.com  

Yanvar 16, 2018 4:10

Vyanada etiraz mitinqi keçirilib

Avstriyada yeni hökumətin fəaliyyətinə etiraz olaraq Vyananın mərkəzində 20 mindən artıq nümayişçinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib.Azərtac xəbər verir ki, şəhərin əsas küçələri ilə hərəkət edən nümayiş Prezident Aparatı və Federal Kansler Aparatının yerləşdiyi Heldenplatz meydanında etiraz mitinqi ilə yekunlaşıb. Bir neçə siyasi qurumun birgə təşkil etdiyi etiraz yürüşündə Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) təşkil etdiyi hökumət rassist və sağçı eksremist tendensiyalarına meyilli olmaqda tənqid olunub. “Humanist sığınacaq siyasəti”, “Sağçılara qarşı hücum”, “Radikal solçular” platformaları ilə yanaşı, aksiyaya yaşlı nəslin nümayəndələrindən ibarət “Nənələr sağçılara qarşı” kimi sosial şəbəkələr vasitəsilə formalaşmış qruplar da qatılıblar.Nümayişçilərin əsas hədəfi isə yeni hökumətdə daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl (FPÖ) olub. Qaçqın və miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların tətbiqinə tərəfdar olan H. Kiklin gələcəkdə ölkəyə gələn qaçqınları mərkəzləşdirilmiş şəkildə kamplarda saxlamaq təklifi mediada böyük səs-küyə səbəb olub. Daxili işlər nazirini tənqid edənlər onu bilərəkdən nasist əsir düşərgələri ilə assosiasiya yaradan anlayışlardan istifadə etməkdə və siyasətini də bu istiqamətdə təşkil etməkdə günahlandırıblar.xeber100.com

Yanvar 16, 2018 4:02