30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Britaniyanın Müdafiə Nazirliyi yeni ixtisarlar planlaşdırır

Böyük Britaniyanın Müdafiə Nazirliyi yeni ixtisarlar planlaşdırır. Krallığın hərbi büdcəsi növbəti 10 ildə 27 milyard dollar azala bilər. Həmçinin 14 min əsgərin ordudan tərxis olunacağı gözlənilir.“The Times” qəzeti xəbər verir ki, tərxis olunacaq əsgərlər arasında 11 min hərbçi, 2 min dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 1200 mütəxəssisi var. Bundan başqa, qənaət məqsədilə dəniz piyadaları və desantlar bir bölmədə birləşdiriləcək.Qeyd edək ki, hazırda Böyük Britaniya Silahlı Qüvvələrinin sayı 83 min nəfər təşkil edir. 2003-cü ildə bu göstərici 112 min nəfər idi. İxtisarlardan sonra Birləşmiş Krallıq ordusunun heyəti son 200 il ərzində ən aşağı miqdara enəcək. Yeri gəlmişkən, 2017-ci ildə britaniyalılar müdafiəyə 60 milyard dollar ayırıb.xeber100.com

Yanvar 12, 2018 3:50

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatı…

Qanunsuz yollarla İrana daxil olan terrorçu dəstə zərərsizləşdirilib.Azərtac-ın məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi bəyanat yayıb.Bəyanatda deyilir ki, İranın qərbində yerləşən Sərdəşt şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onların üzərinə baxış keçirilib və qanunsuz olaraq “Kalaşnikov” avtomatı aşkar edilib. Həbs olunanların yaşadıqları mənzillərə baxış zamanı “Molotov kokteyli” hazırlamaq üçün maddə aşkar edilərək müsadirə olunub.Bəyanatda bildirilib ki, bu adamlar Avropada təlim keçərək İrana göndərilib və burada sabitliyi pozmaq tapşırığı alıblar.Hələlik istintaq davam edir. Həbs olunanların İrandakı əlaqələri və sabitliyi pozmaq planları araşdırılır.xeber100.com

Yanvar 11, 2018 3:10

ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib

Yanvarın 11-də İtaliyanın ATƏT-də sədrliyinin başlaması münasibətilə Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda təşkilatın fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.Xüsusi iclasdan öncə yayılan bəyanatda qeyd edilib ki, İtaliya beynəlxalq təşkilata sədrliyi dövründə “Dialoq, himayədarlıq, məsuliyyət” şüarı altında açıq, şəffaf və əhatəli fəaliyyət göstərəcək. Bildirilib ki, İtaliya sədrlik dövründə ATƏT-in bütün iştirakçı dövlətləri daxilində və onlar arasında bölünmələri aradan qaldırmaq üçün səylərini aparmağa çalışacaq.Çıxışında, həmçinin ATƏT məkanında münaqişələrə toxunan sədr ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.xeber100.com

Yanvar 11, 2018 3:07

İtaliya Milli Statistika İnstitutunun məlumatı

2017-ci ilin noyabrında İtaliyada işsizlik səviyyəsi 11 faizə düşüb.ANSA agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (İSTAT) məlumat yayıb.İSTAT-ın məlumatına görə, ölkədə işsizlik səviyyəsi 2016-cı ilin noyabr ayı ilə müqayisədə 1 faiz aşağı enib. Bildirilir ki, noyabr ayına olan məlumatlara əsasən, işsizlərin sayı 2,855,000 nəfər təşkil edib. Bu rəqəm oktyabr ayının göstəriciləri ilə müqayisədə 18000 nəfər, 2016-cı ilin noyabr ayı ilə müqayisədə isə 243,000 nəfər azdır.xeber100.com

Yanvar 10, 2018 2:03

“Türk Hava Yolları”nın 2018-ci il proqnozu əsasında

“Türk Hava Yolları” 2018-ci ildə 74 milyon sərnişin daşımağı planlaşdırıb.Azərtac xəbər ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin 2018-ci il üçün açıqladığı proqnozunda bildirilib.Qeyd olunub ki, daşınan sərnişinlərin 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq.Reyslərin yüklənmə səviyyəsi 79-80 faiz təşkil etdiyi halda kreslo-kilometrlərin sayı 2017-ci il ilə müqayisədə təxminən 5-6 faiz artacaq və 183 milyarda çatacaq. Minik yerlərinin sayı Türkiyə üzrə 10 faiz, Yaxın Şərq üzrə 9 faiz, Avropa üzrə 6 faiz, Uzaq Şərq üzrə 6 faiz, Amerika üzrə 4 faiz və Afrika üzrə 3 faiz artacaq.2018-ci ildə yükdaşımaların həcmi 21 faiz artaraq 1,3 milyon tona çatacaq.Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları”nın habı İstanbulun üçüncü aeroportu olacaq.xeber100.com

Yanvar 10, 2018 1:56

Tbilisi beynəlxalq aeroportu fəaliyyətini bərpa edib

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu yanvarın 8-də fəaliyyətini tam bərpa edib. Yanvarın 7-də axşam saatlarında Gürcüstan ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti və qatı duman səbəbindən təxirə salınmış aviareyslərin böyük əksəriyyəti yerinə yetirilib.Tbilisi beynəlxalq aeroportundan Azərtac-a bildiriblər ki, yanvarın 8-də duman çəkildikdən sonra bir sıra istiqamətlərdə uçuşlar bərpa olunub. Lakin bununla belə Türkiyə, Dubay və Münxenə nəzərdə tutulmuş reyslər hələ də yerinə yetirilməyib. Bu istiqamətlərə uçuşların nə vaxt bərpa olunacağı qarşı tərəflərdən asılıdır.Qeyd edək ki, yanvarın 7-də qatı duman səbəbindən aeroportda uçuş və eniş zolaqlarında görmə qabiliyyətinin çox pis olması səbəbindən Bakıdan Tbilisiyə uçan təyyarə də daxil olmaqla 20-yə yaxın aviareys təxirə salınmışdır.xeber100.com

Yanvar 8, 2018 3:42

5 bal gücündə zəlzələ baş verib

İran-İraq sərhədində 5 bal gücündə zəlzələ olub.“RİA Novosti”nin verdiyi xəbərə görə, yeraltı təkanlar Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.xeber100.com

Yanvar 6, 2018 11:14

ABŞ-ın yeni hərbi strategiyası açıqlanacaq

ABŞ müdafiə nazirliyi ölkənin yeni hərbi strategiyasını yanvarın 19-da açıqlayacaq.TASS agentliyinin verrdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.Onun sözlərinə görə, ictimaiyyət yalnız sənədin qeyri-məxfi hissəsi ilə tanış ola biləcək. "Strategiyanın qısa və qeyri-məxfi variantı dərc ediləcək”, deyə C.Mettis qeyd edib.2017-ci ilin sonunda ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası açıqlanıb. Sənəddə əsas diqqət Rusiya, Çin, KXDR, İran və Yaxın Şərqə yetirilib.xeber100.com

Yanvar 6, 2018 11:07

Amerika Neft İnstitutunun məlumatına görə…

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.Azərtac xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 4,9 milyon barrel azalaraq 427,8 milyon barrel olub. Analitiklər ehtiyatların 5,1 milyon barrel azalacağını nəzərdə tuturdu. Beləliklə də, API-nin son 5 həftəlik hesabatına görə, ABŞ-ın neft ehtiyatlarında azalma müşahidə olunub. Ölkədə xam neft emalı isə gündəlik 309 min barrel artıb.ABŞ-da benzin ehtiyatları ötən həftə 1,8 milyon barrel artıb. Beləliklə də, benzin ehtiyatları son 8 həftədə 5-ci dəfə artım göstərib.Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.xeber100.com

Yanvar 4, 2018 3:47

Çexiyada məcburi qeydiyyat sistemi fəaliyyətə başlayıb

Çexiyada “eRecept” elektron reseptlərin məcburi qeydiyyat sisteminin tətbiqinin ilk günündə 100 mindən artıq elektron resept verilib. Artıq apteklər dərmanların əksəriyyətini pasiyentlərə veriblər. Çexiyanın səhiyyə naziri Adam Voytehin sözlərinə görə, sistemin işində praktik olaraq problem yoxdur. Yalnız SMS vasitəsilə elektron reseptləri göndərmək mümkün deyil.Azərtac xəbər verir ki, bu ildən həkimlər yazdıqları bütün reseptləri mərkəzi məlumat bazasında mütləq qeydiyyatdan keçirməlidirlər.Çexiyada il ərzində 450 minədək saxta resept aşkar edilir. Səhiyyə Nazirliyinin başçısının fikrincə, elektron sistem bu cür reseptlərin yayılmasının qarşısını almağa imkan verəcək. Elektron resept sistemi xəstəyə həkimin qəbulunda olmadan da ona müalicəyə lazım olan dərmanları yazmağa şərait yaradır. Reseptlərin elektron poçtla göndərilməsi işində problem yoxdur. Nazir bildirir ki, bir neçə gündən sonra reseptlərin SMS-lə göndərilməsi də qaydaya salınacaq.xeber100.com

Yanvar 4, 2018 3:41
    Page 136 of 301« First«...102030...134135136137138...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az