“TurkStream” şirkətinin məlumatına görə…

“Türk axını” qaz boru kəmərinin (“Turkish Stream”) dəniz hissəsinin tikintisinin 30 faizi tamamlanıb.Azərtac “TurkStream” şirkətinə istinadla xəbər verir ki, boru kəmərinin Qara dənizin altında inşa edilən iki xəttinin ümumi uzunluğu 555 kilometrə çatıb. Bu hissə çox qısa müddətdə tamamlanıb.Boru kəmərini dəniz yatağına döşəyən “Pioneering Spirit” gəmisi hazırda Qara dənizdə işlərini davam etdirir. Gəmi 2 min 191 metr dərinlikdə boru kəmərinin çəkilişini həyata keçirir. Gəminin boru döşəmə gücü gündəlik təxminən 4 kilometrdir.İki xətdən ibarət olan və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq layihənin dəniz hissəsinin tikintisini Rusiyanın “Gazprom” şirkətinin 100 faizlik törəməsi olan “South Stream Transport B.V.” həyata keçirir.Qeyd edək ki, “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.xeber100.com

Noyabr 30, 2017 2:54

Yaponiya Nazirlər Kabinetinin məlumatı

Noyabrın 29-da Şimali Koreyanın son ballistik raket sınağı ilə əlaqədar Yaponiya Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.Yaponiya Nazirlər Kabinetindən Azərtac-ın xüsusi müxbirinə verilən məlumatda bildirilir ki, Şimali Koreyanın qərbindən yerli vaxtla gecə saat 3:18-də buraxılan raket Yaponiya üzərindən uçaraq bu ölkəyə məxsus iqtisadi zonaya düşüb. Hazırda raket buraxılışı ilə bağlı məlumatların toplanması və təhlili davam edir. Bildirilir ki, sınaqla əlaqədar hava və dəniz nəqliyyatında problemin yaranması barədə hələlik məlumat daxil olmayıb. Eyni zamanda, özünümüdafiə qüvvələri tərəfindən raketin vurulması ilə bağlı tədbir də görülməyib. Yaponiyaya məxsus iqtisadi zonaya düşən raket ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir.Məlumatda qeyd edilir ki, səhər saat 6:10-da başlayan Milli Təhlükəsizlik Şurasının iclasında Şimali Koreya tərəfindən son ballistik raket sınağı ilə əlaqədar daxil olan məlumatlar müzakirə edilib. Baş nazir Şinzo Abenin göstərişinə uyğun olaraq, üç istiqamətdə - beynəlxalq ictimaiyyətlə əməkdaşlığın genişləndirilməsi, Şimali Koreyaya təzyiqlərin artırılması və BMT Təhlükəsizlik Şurası tərəfindən daha qəti tədbirlərin görülməsinə nail olmaq istiqamətlərində fəaliyyətin davam etdirilməsi qərara alınıb.xeber100.com

Noyabr 29, 2017 3:15