TASS informasiya agentliyinin məlumatı

Angela Merkelin mühafizəkar bloku hökuməti formalaşdırmaq üçün Almaniya sosial-demokrat partiyası ilə danışıqlara hazırdır.TASS informasiya agentliyi xəbər verir ki, bunu noyabrın 27-də Xristian-Demokratik İttifaqının (XDİ) başçısı Angela Merkel partiyanın idarə heyətinin Berlində keçirilən iclasından sonra jurnalistlərə müsahibəsində bildirib. “Biz məhz belə hökumətin qurulmasını istəyirik və ASDP ilə danışıqlara hazırıq”, - deyə o qeyd edib.Bununla yanaşı, Angela Merkelin sözlərinə görə, Almaniyanın avropalı tərəfdaşları hesab edirlər ki, AFR Aİ çərçivəsində vacib rol oynamağa qadirdir. “Yaxın Şərq münaqişəsini, Rusiya ilə vəziyyəti, ABŞ-da cərəyan edən hadisələri nəzərə alsaq, Almaniyanın qərar qəbuletmə bacarığının olması daha yaxşıdır”, - XDİ lideri belə deyib.Almaniya sosial-demokrat partiyasının (ASDP) rəhbərliyi Prezident Frank-Valter Ştaynmayerin vasitəçiliyi ilə mühafizəkarların başçısı Angela Merkellə danışıqlar aparmağa razılıq verib. Bunu bazar ertəsi günü ASDP lideri Martin Şults bəyan edib.Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Bundan başqa, sosial-demokratlarla indiyədək razılıq əldə olunmaması ölkədə vəziyyəti siyasi böhran həddinə çatdırıb.xeber100.com

Noyabr 28, 2017 12:09

“Bloomberg” agentliyinin məlumatı

Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər.Azərtac xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.Avropa İttifaqı bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq vəziyyət düzəlmir. Beynəlxalq qurumun ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 milyard avro itirdiyi bildirilir. Bunun əsas hissəsi Ermənistanın üzərinə düşür. Ötən il Avropa İttifaqı bu ölkəyə maliyyə yardımını dayandıracağı ilə bağlı xəbərdarlıq da edib. Çünki beynəlxalq qurum büdcədən ayrılan vəsaitin məqsədyönlü şəkildə xərclənməsinin marağında olsa da, Ermənistanda daim problemlərlə üzləşir. Hakimiyyət bu pulları istiqaməti üzrə yox, başqa məqsədlərə xərcləyir. Ona görə də Ermənistanda hər ötən il iqtisadi böhran bir qədər də dərinləşir.2018-ci ildə də Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq. Bu haqda parlamentin büdcə müzakirələri zamanı ölkənin Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilir ki, ölkənin xarici borcu artıq gəlirləri 60 faiz üstələyir. Gələn il büdcə kəsiri 156,9 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur. Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara yaxınlaşacaq. Bu isə defoltu sürətləndirəcək.İqtisadçı Vahan Arzumanyan hökumətin özünü gülünc vəziyyətə qoyduğunu deyib. O bildirib ki, Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların haqlı etirazına səbəb olur. Ona görə də ölkədə tez-tez xaos və qarşıdurmalar baş verir. Hakimiyyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər isə hökumətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.xeber100.com

Noyabr 24, 2017 2:51