ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,3 milyon barrel (0,3 faiz) azalaraq 463,2 milyon barrelə enib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 8,9 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 8 həftədir ki azalıb.Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları 1,2 milyon barrel (0,5 faiz) azalaraq 229,9 milyon barrel olub. Bazar proqnozları isə 0,6 milyon barrel azalacağı istiqamətində idi.xeber100.com