30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Beynəlxalq Bankın açılış mərasimi keçirilib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Astanada “Azzənginləşdirilmiş Uran” Beynəlxalq Bankının açılışı mərasimi keçirilib.Azərtac xəbər verir ki, mərasimdə çıxış edən Prezident Nursultan Nazarbayev Astanada nüvə təhlükəsizliyi üzrə qlobal sammitin keçirilməsini təklif edib.“Azzənginləşdirilmiş Uran” Bankı Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki Ulbinsk metallurgiya zavodunda yerləşəcək. MAQATE bu layihənin maliyyələşməsinə təxminən 150 milyon ABŞ dolları ayırıb.xeber100.com

Avqust 29, 2017 3:48

Yeni proqram təminatı yaradılıb

“Google” və “Facebook”un mühəndisləri mobil qurğularda artırılmış reallıqla işləmək üçün proqram təminatı yaradıblar.“therunet.com” saytı xəbər verir ki, “8th Wall” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk artırılmış reallıq platforması həm “iOS”, həm də “Android” sistemli qurğularda işləyir. Həmçinin “ARKit” (“Apple”) və “Tango” (“Google”) ilə inteqrasiya olunur. “8th Wall XR” adlı pulsuz plaqin istənilən smartfonda işləyir.“8th Wall” şirkəti “Google” və “Facebook”un keçmiş mühəndisləri tərəfindən təsis edilib. Startapın yaradıcıları artırılmış reallıq proqramlarını smartfon sahiblərinin 90 faizi üçün əlçatan etməyə çalışırlar. Startapın nümayəndələri, həmçinin bildiriblər ki, “Norwest”, “Betaworks”, “VR Fund”, “SV Angel” və başqa şirkətlərdən 2,4 milyon məbləğində investisiya cəlb ediblər.“8th Wall”ın “XR” plaqini artırılmış reallıq obyektlərinin real dünyaya daha yaxşı uyğunlaşması üçün qurğuya işığın istiqaməti və səthin strukturunu müəyyənləşdirməyə imkan verir.xeber100.com

Avqust 29, 2017 3:29

Türkiyə Statistika İdarəsinin məlumatı

İyul ayında Türkiyənin enerji idxalı artıb. Ölkənin xam neft idxalı isə 7,81 faiz azalıb.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb. Bildirilir ki, Türkiyənin enerji idxalı iyul ayında keçən ilin eyni ayına görə 38,5 faiz nisbətində artaraq 2 milyard 908 milyon dollar olub.Türkiyənin ümumi idxalı isə bu ilin iyul ayında keçən ilin eyni ayına görə 46,2 faiz artaraq 21 milyard 484 milyon dollar təşkil edib. Bu həcmin 2 milyard 908 milyon dollarlıq hissəsini enerji idxalı təşkil edib.İyul ayında Türkiyə 2 milyon 154 min 735 ton xam neft idxal edib. Beləliklə, iyulda ötən ilin eyni ayına nisbətən xam neft idxalatı 7,81 faiz azalıb.Ötən ilin iyul ayında isə ölkəyə cəmi 2 milyon 337 min 286 ton xam neft idxal edilmişdi.xeber100.com

Avqust 29, 2017 3:16

“Indian Commodity Exchange” əmtəə birjasında

Hindistanın "Indian Commodity Exchange" (ICEX) əmtəə birjası dünyada ilk dəfə almaz fyuçersləri üzrə ticarətə başlayıb."lenta.ru" xəbər verir ki, ilkin olaraq əməliyyatlar 1 karatlıq daşlarla aparılacaq. Daha sonra 0,3 və 0,5 karatlıq brilyantlarla ticarətin aparılması planlaşdırılır.ICEX-in rəhbəri Sancit Prasad bildirib ki, fyuçers əməliyyatlarının həyata keçirilməsi almaz investisiyalarını şəffaf, onların effektivliyi və təhlükəsizliyini təmin edəcək. Zinət əşyaları istehsalçılarına isə qiymətlərdəki dalğalanmalardan qorunma imkanı yaradacaq.xeber100.com

Avqust 28, 2017 3:25

4,9 bal gücündə zəlzələ baş verib

İranın Şərqi Azərbaycan əyalətinin Şərəbiyan mahalında 4,9 bal gücündə zəlzələ baş verib.Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:44-də baş verib.Episentri 6 kilometr dərinlikdə yerləşən zəlzələ bəzi evlərə ziyan vurub. Təbii fəlakət nəticəsində ən azı 8 nəfərin yaralandığı bildirilib.Təbriz şəhərindən 100 kilometr cənubda yerləşən Şərəbiyan mahalına axtarış-xilasetmə dəstələri cəlb edilib.xeber100.com

Avqust 28, 2017 3:20

Təhlükəsizlik qüvvələri tərəfindən 1094 əməliyyat təşkil olunub

Türkiyədə son bir həftə ərzində terror təşkilatları ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən 1094 əməliyyat təşkil olunub. Əməliyyatlarda 34 terrorçu məhv edilib.Anadolu Agentliyi xəbər verir ki, əməliyyatlarda terrorçulara kömək etdikləri iddia olunan 127, o cümlədən İŞİD terror təşkilatı ilə əlaqəli olduqları güman edilən 44, FETÖ ilə mübarizə çərçivəsində 400 şübhəli şəxs həbs edilib. Həmçinin 585-i terror, 6-sı kiber təhlükəsizlik, 2258-i narkotik və qaçaqçılıq cinayətlərindən şübhəli bilinən 2849 nəfər tutulub.Türkiyənin Bingöl, Hakkari və Diyarbəkir bölgələrində həyata keçirilən əməliyyatlarda terrorçular tərəfindən istifadə edilən doqquz sığınacaq, 351 kiloqram partlayıcı maddə, 32 qumbara, 3415 müxtəlif silah tapılıb.xeber100.com

Avqust 28, 2017 3:15

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini azaldıb.Azərtac xəbər verir ki, bu barədə “Fitch” məlumat yayıb. Bildirilir ki, agentlik Qətərin kredit reytinqini bir pillə azaldaraq “AAA” səviyyəsindən “AAA-”yə endirib. Buna səbəb kimi Qətərin qonşu ölkələr ilə diplomatik əlaqələrində yaranan problemlər göstərilib. “Fitch Ratings” “Qətər böhranı”nın yaxın gələcəkdə həll olunmayacağı qənaətindədir.Səudiyyə Ərəbistanının və bəzi ölkələrin Qətərə qarşı sanksiyalar tətbiq etdiyinə işarə edən “Fitch Ratings” ölkənin geosiyasi risklər ilə üz-üzə qaldığını bildirib. Bildirilir ki, böhran ən çox ölkənin nəqliyyat və turizm sektoruna təsir edəcək.“Fitch” hesab edir ki, 2016-cı ildə 2,2 faiz iqtisadi artım olan ölkədə bu il həmin göstərici 2 faiz, 2018-2019-cu illərdə isə 1,3 faiz artacaq.xeber100.com

Avqust 28, 2017 3:06

Mədəni tədbirlərin təşkili barədə razılıq

Yaponiya, Çin və Cənubi Koreyanın mədəniyyət nazirləri bu ölkələrdə 2018-2022-ci illər ərzində keçiriləcək Olimpiya və Paralimpiya oyunları zamanı birgə mədəni tədbirlərin təşkili barədə razılığa gəliblər.Avqustun 26-da Yaponiyanın mədəniyyət naziri Yoşimasa Hayaşi özünün çinli və Cənubi koreyalı həmkarları Lo Şuqan və Do Conq Xvan ilə Yaponiyanın keçmiş paytaxtı Kiotoda görüşüblər.Görüşdən sonra tərəflər “Kioto bəyənnmaəsini” imzalayıblar.Sənədə əsasən tərəflər 2018-ci ildə Pxyonçxanda keçiriləcək Qış Olimpiadası, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadası və 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiadası zamanı birgə mədəni proqramlar təşkil edəcəklər.Gələn il Pxyonçxanda keçiriləcək Qış Olimpiadası zamanı rəsm və kalliqrafiya sərgilərinin təşkili, eyni zamanda Koreya əfsanələrində xüsusi yeri olan pələnglər barədə teatr tamaşalarının göstərilməsi planlaşdırılır.Yaponiyanın mərkəzi hissəsində yerləşən Kanazava şəhəri gələn il üçün “Şərqi Asiyanın üç mədəniyyət şəhəri”ndən biri seçilib və onun mübadilə proqramını qəbul edəcəyi bildirilir.xeber100.com

Avqust 27, 2017 9:31

TASS agentliyinin məlumatı

Amerika yazıçısı Stiven Kinq Prezident Donald Trampa əsərləri əsasında çəkilmiş film və seriallara baxmağa qadağa qoyub.TASS agentliyi xəbər verir ki, bu barədə məşhur yazıçı “Twitter” hesabında yazıb.“Tramp “Twitter”də məni blokladı. Mən də ona “O” və “Mister Mercedes” filmlərinə baxmağı qadağan edirəm”, - deyə yazıçı bildirib.xeber100.com

Avqust 26, 2017 6:18

ABŞ raket buraxılışları barədə məlumat yayıb

ABŞ Silahlı Qüvvələrinin yaydığı məlumata görə, avqustun 26-da səhər Şimali Koreya kiçik radius məsafəli üç ballistik raket buraxıb. Həmin raketlərdən ikisi şimal-şərq istiqamətində 250 kilometr uçub, üçüncü isə buraxılışdan dərhal sonra partlayıb.Beləliklə, ABŞ-ın Sakit okean komandanlığı özünün əvvəlki qiymətləndirməsini dəyişdirib. Belə ki, əvvəlcə buraxılışlardan heç birinin uğurlu olmadığı bildirilirdi.Cənubi Koreya Silahlı Qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi isə bəyan edib ki, şərqdə yerləşən Kanvon əyalətinin Kitteryon rayonu yaxınlığından Yapon dənizi istiqamətində bir neçə raket buraxılıb. Raketlərin 250 kilometr uçaraq şimal-şərqi Xamqyon-Punkto əyalətinin Kimçxeq sahilləri yaxınlığında dənizə düşdüyü bildirilir.Cənubi Koreya Prezidentinin dəftərxanasının yaydığı məlumata görə, buraxılışların təhlili və Cənubi Koreyanın Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini qiymətləndirmək üçün Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb.xeber100.com

Avqust 26, 2017 6:09
    Page 158 of 301« First«...102030...156157158159160...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az