23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.Kazinform agentliyini xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.Prezident seçkilərində səsvermə saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək. Bəzi hallarda yerli seçki komissiyaları məntəqələrin iş vaxtını uzada bilər.Qazaxıstan MSK-nın məlumatına görə, seçkilərin ilk beş saatı ərzində ən çox seçici fəallığı Türkistan vilayətində qeydə alınıb – 64,21 faiz. Paytaxtda səsvermədə iştirak edənlərin sayı 19,33 faiz, Almatı şəhərində 16,88 təşkil edir. İndiyədək səsvermədə seçici siyahılarına daxil olunmuş 11 milyon 950 min 485 seçicidən 4 milyon 607 minə qədəri iştirak edib.Dövlət başçısı postu uğrunda hazırkı Prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.xeber100.com

Noyabr 20, 2022 12:08

İtaliyanın paytaxtı Romada yürüş və mitinq keçirilib

İtaliyanın paytaxtı Romada yüz minlərlə insanın iştirakı ilə yürüş və mitinq keçirilib.Ölkənin qabaqcıl həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və katolik təşkilatları tərəfindən təşkil olunan və “Avropa sülh üçün” şüarı altında baş tutan yürüşdə “Sülh” və “Müharibəyə yox” plakatları açılıb. Yürüşdə Roma meri Roberto Qualtieri, Demokratik Partiyanın lideri Enriko Letta, “Beş Ulduz Hərəkatı”nın rəhbəri Cüzeppe Konte, parlamentarilər və siyasətçilər iştirak ediblər.Yüz mindən çox insanın qatıldığı yürüşdən sonra keçirilən mitinqdə də sülh çağırışları edilib.xeber100.com

Noyabr 7, 2022 11:34

Yaponiya hökuməti Rusiyaya PUA-lar göndərilməsini kəskin tənqid edib

Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) göndərməsini pisləyir və bu ölkəni regionda sülhün və sabitliyin təmin edilməsi üçün konstruktiv rol oynamağa çağırır.Bu sözləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno noyabrın 7-də Tokioda keçirilən mətbuat konfransında səsləndirib.“Biz İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsini kəskin pisləyirik”, - deyən baş katib Tokionun Tehranla Ukraynadakı vəziyyətlə əlaqədar yüksək səviyyədə fikir mübadiləsi apardığını qeyd edib.“Biz İranı regionda və ümumiyyətlə, dünyada sülhün və sabitliyin təmin olunması üçün konstruktiv rol oynamağa çağırırıq. Bu hərəkəti gələcəkdə də davam etdircəyimizi bildiririk”, - deyə baş katib əlavə edib.Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Fars” xəbər agentliyinə müsahibəsində Ukraynada əməliyyatlar başlayandan bəri İranın hər ay Moskvaya az sayda PUA-lar göndərdiyini bildirib. “Al Mayadden” telekanalının məlumatına qeyd olunur ki, nazir, həmçinin Ukraynanın ABŞ-ın təzyiqi səbəbindən Polşada İran nümayəndə heyəti ilə görüşdən imtina etdiyini deyib. Bildirib ki, bu hərbi sursat təchizatı ilə bağlı təşkil edilən görüş olub.xeber100.com  

Noyabr 7, 2022 11:32

Avropa Şurasının təşkilatçılığı ilə “Ümumdünya demokratiya Forumu” keçiriləcək

Strasburqda noyabrın 7-dən 9-dək “Demokratiya: yeni ümid?” adlı Ümumdünya Demokratiya Forumu (ÜDF) keçiriləcək.Avropa Şurasının təşkilatçılığı ilə keçirilən Forum dünyanın müxtəlif ölkələrindən ziyalıları, siyasətçiləri, ekspertləri və gəncləri dünyada demokratiyanın tənəzzülünün səbəblərini müzakirə etmək üçün bir araya gətirəcək.Forumun açılışında İslandiyanın Baş naziri Katrin Jakobsdóttirin, İrlandiyanın xarici İşlər və müdafiə naziri Simon Koveneyin, Gürcüstan Prezidenti Salome Zurabişvilinin, Belarus demokratik hərəkatının lideri Svetlana Tixanovskayanın, Ukrayna parlamentinin vitse-prezidenti Aleksandr Kornienkonun, Fransa hökumətinin sözçüsü və demokratik yenilənmə naziri Olivye Veranın, Rumıniyanın mədəniyyət naziri Lucian Romaulturenin, eləcə də, Madrid Klubunun üzvlərinin, Monqolustanın keçmiş Prezidenti Tsaxia Elbeqdorjun və Çilinin sabiq Prezidenti Rikardo Laqosun iştirak edəcəyi bildirilir.Demokratik İnnovasiyalar üzrə Avropa Şurasının mükafatı bu sahədə beyin mərkəzlərinin ən populyar təşəbbüsünün müəllifinə təqdim ediləcək.Forumda müxtəlif mövzulara dair fikir mübadilələri aparılacaq.xeber100.com

Oktyabr 28, 2022 3:09

Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunub

Rusiya Prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzalayıb.V.Putin Təhlükəsizlik Şurasının iclasında Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzaladığını bildirib. Rusiya Federasiya Şurasının fərmanı qısa müddətdə müzakirə edəcəyi bildirilir.Bundan əlavə, V.Putin regionlarda təhlükəsizliyin qorunması üçün qubernatorlara xüsusi səlahiyyətlər verilməsi və əlaqələndirmə komitəsinin yaradılması barədə tapşırıq verib. O, həmçinin Rusiya hökumətinin sədri Mixail Mişustinin rəhbərliyi ilə Ukraynada xüsusi əməliyyatla bağlı məsələlərin həlli üçün əlaqələndirmə şurası yaradılacağını bildirib.xeber100.com

Oktyabr 19, 2022 2:54

“Fitch Ratings” Böyük Britaniyanın iqtisadi proqnozu ilə bağlı hesabat yayıb

Beynəlxalq kredit reytinqi agentliyi “Fitch” Böyük Britaniya iqtisadiyyatının gələn il 1 faiz kiçiləcəyini proqnozlaşdırıb.“Fitch Ratings” Böyük Britaniyanın iqtisadi proqnozu ilə bağlı hesabat yayıb.Agentlik İngiltərə Bankının faiz dərəcələrini gözləniləndən daha sürətli artırması və maliyyə bazarlarındakı qeyri-sabitlik səbəbindən Böyük Britaniyanın daha dərin resessiyaya girə biləcəyi barədə xəbərdarlıq edib. Hesabatda faiz dərəcələrindəki sürətli artım, enerji böhranının təsiri və Avrozonadakı daralma ilə ölkənin 2022-ci ilin 4-cü rübündən etibarən tənəzzülə girəcəyi proqnozlaşdırılıb.Digər tərəfdən “Fitch” keçən həftə Böyük Britaniyanın kredit reytinqini “AA-“ olaraq təsdiqləmiş və kredit reytinqinin proqnozunu stabildən neqativə dəyişdirmişdi.xeber100.com

Oktyabr 12, 2022 10:48

İtaliyada cari ildə iqtisadi artım 3,2 faiz təşkil edəcək

Avropanın aparıcı iqtisadiyyatlarından olan İtaliyada cari ildə iqtisadi artım 3,2 faiz təşkil edəcək. Gələn il isə İtaliya iqtisadiyyatının 0,2 faiz kiçilməsi gözlənilir.Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.Bildirilib ki, Avropada yaşanan enerji böhranı müvəqqəti deyil. Böyük iqtisadiyyatlarda daha çox ehtiyatlı davranmaq lazımdır, çünki ən pis ssenari hələ yaşanmayıb. İtaliya 2023-cü ildə iqtisadi tənəzzüllə üzləşəcək.Qeyd edək ki, IMF cari il üzrə qlobal iqtisadi artım proqnozunu 3,2 faiz səviyyəsində saxlayıb, gələn ilə dair proqnozunu isə 2,9 faizdən 2,7 faizə endirib.Avrozonada iqtisadi artımla bağlı proqnoz bu il üçün 2,6 faizdən 3,1 faizə yüksəldilib, 2023-cü il üzrə proqnoz 1,2 faizdən 0,5 faizə endirilib.xeber100.com

Oktyabr 12, 2022 10:45

Çexiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb

Çexiya vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb.Çexiyanın Xarici İşlər Nazirliyi Rusiyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşə biləcəyi ehtimalını nəzərə alaraq, öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.Qeyd edək ki, son həftələr ərzində bir neçə ölkə, o cümlədən ABŞ, İtaliya, Rumıniya, Polşa, Bolqarıstan, Latviya vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.xeber100.com

Oktyabr 4, 2022 3:01

ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75 faiz artırıb

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb.FED xəbər verir ki, bununla da, uçot faiz dərəcəsi 3-3,25 faizə çatdırılıb.Qeyd edək ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri bu ilin sonuna qədər uçot dərəcəsinin daha da artıracağını gözləyirlər.xeber100.com

Sentyabr 21, 2022 1:59

Associated Press agentliyinin məlumatı əsasında…

Papua-Yeni Qvineyanın şərqindəki Morobe əyalətində zəlzələnin səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 3 nəfər həlak olub.Associated Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.Məlumata görə, təbii fəlakət nəticəsində yaralananlar da var. Bir neçə tibb mərkəzi, binalar və yollar zədələnib. Digər təfərrüatlar barədə məlumat verilməyib.Hazırda zəlzələnin vurduğu ziyanın miqyasının qiymətləndirilməsi üzrə işlər aparılır.Avropa Aralıq Dənizi seysmoloji mərkəzinin məlumatına görə, bazar günü Papua-Yeni Qvineyada 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri ada dövlətin paytaxtı Port Morsbi şəhərindən 348 kilometr şimal-qərbdə yerləşib.xeber100.com

Sentyabr 11, 2022 2:52
    Page 16 of 299« First«...10...1415161718...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az