“Apple” şirkətinin xahişinə əsasən…

“Apple” şirkəti Hindistan hökumətindən vergi güzəştlərinin bu şirkətin tədarükçülərinə də tətbiq olunmasını xahiş edib.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, yalnız bu halda ölkə “iPhone” cihazları və onların hissələrinin istehsalı sahəsində mərkəzə çevrilə bilər.Hökumət rəsmilərinin sözlərinə görə, bu xahişin yerinə yetirilməsi üçün qanunvercilik dəyişdirilməlidir.Xatırladaq ki, keçən ilin may ayından ABŞ-ın bu nəhəng texnologiya şirkəti Hindistan hökuməti ilə danışıqlar aparır. Bu danışıqların nəticələri barədə Hindistanın Baş naziri Narendra Modi və şirkətin baş direktoru Tim Kuk arasında “iPhone” cihazlarının ölkə ərazisində istehsalına baza yaratmaq barədə razılaşma əldə edilib.Tərəflər amerikalıların hələ keçən il oktyabr ayında irəli sürdükləri bütün “zəruri şərtlərin” siyahısını müzakirə ediblər. Danışıqların mövzusuna vergi güzəştləri, o cümlədən ayrı-ayrı komponentlərin hazırlanması üçün avadanlıqların və xammalın 15 il müddətinə gömrük rüsumundan azad edilməsi də daxildir.“Apple” şirkəti Tayvandan olan podratçısı “Winstron” ilə birlikdə bu ilin may ayından Hindistanın Banqalor şəhərində “iPhone” istehsalına başlayıb. Buna qədər isə həmin telefonlar yalnız Çində hazırlanırdı.xeber100.com

Avqust 15, 2017 12:57

Vergi qanunvericiliyinin sabitləşdirilməsi təklifi irəli sürülüb

ABŞ Konqresinin vergi siyasəti üzrə alt komitəsi kiçik biznes üçün vergi islahatlarını nəzərdən keçirməyə başlayıb.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, qanunverici orqanlar ilə vergiödəyiciləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün biznes nümayəndələri ilə məsləhətləşmələr aparılıb, vergi dərəcələrinin azaldılması, Vergi Məcəlləsinin sadələşdirilməsi və vergi qanunvericiliyinin sabitləşdirilməsi kimi təkliflər irəli sürülüb.Biznes təmsilçiləri qeyd ediblər ki, vergi dərəcələrinin aşağı salınması onların fəaliyyətinə daha çox investisiya qoyulmasına şərait yarada, bu da yeni iş yerlərinin açılmasına təkan verə bilər.Vergi islahatlarının əleyhinə çıxış edənlərin sözlərinə görə isə vergilərin azaldılması yalnız iri müəssisələrin təmsilçilərinə real mənfəət gətirəcək və bundan öz gəlirlərini gizlətmək üçün offşor zonalara meyillənən şirkətlərin yüksək vəzifəli rəhbərləri sui-istifadə edəcəklər.Bundan əvvəl isə mətbuatda yer alan məlumatda bildirilir ki, ABŞ-ın yüksək gəlirli vergi rezidentləri səbirsizliklə korporativ vergi dərəcəsinin 15 faizə endirilməsini gözləyirlər. Bu addımın atılması onlar üçün daha az gəlir vergisi ödəməyə şərait yaradacaq.xeber100.com

Avqust 9, 2017 1:24