03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Fitch Ratings” iqtisadi artım üzrə proqnozunu dəyişib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il üçün qlobal iqtisadi artım üzrə proqnozunu dəyişib.Azərtac agentliyə istinadla xəbər verir ki, “Fitch Ratings” bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,9 faizdən 3 faizə yüksəldib. Agentlik 2018-ci ilə dair qlobal iqtisadi artım proqnozunu isə 3,1 faizdən 3,2 faizə qaldırıb.Beynəlxalq reytinq agentliyinin hesabatında bu ilin ikinci rübündə Çində iqtisadi artımın illik göstəricidə 6,9 faiz səviyyəsində olduğu bildirilir. “Fitch Ratings” Çinin cari ilə dair iqtisadi artım proqnozunu 0,2 faiz artıraraq 6,7 faizə çatdırıb.xeber100.com

Avqust 8, 2017 12:49

“The Guardian” qəzeti yazır…

Təxminən 200 min fransalı Prezident Emmanuel Makronun həyat yoldaşına birinci xanım rəsmi statusunun verilməsinin əleyhinə keçirilən petisiyanı imzalayıb.Fransa Prezidentinin parlament üzvlərinə qohumlarını işə götürməyi qadağan edən qanunun qəbul edilməsinin vacibliyi barədə bəyanatından sonra Brijit Makronun birinci xanım statusuna qarşı imzalar toplanmağa başlayıb.Makaronun özü seçki kampaniyası zamanı hazırkı vəziyyəti tənqid edərək birinci xanım statusunu rəsmi qaydaya salacağına söz vermişdi. Hazırda Prezidentin həyat yoldaşı rəsmi statusa malik deyil, onun xərcləri Yelisey sarayı tərəfindən ödənilir.“The Guardian” qəzetinin məlumatına əsasən, Fransada Makronun populyarlığı son zamanlar xeyli aşağı düşüb. Son sorğuların nəticələrinə görə, fransızların 36 faizi (keçən ayla müqayisədə 7 faiz az) öz liderlərindən razıdır. Onun sələfləri Fransua Olland və Nikola Sarkozi eyni prezidentlik dövründə müvafiq olaraq 56 və 66 faiz populyarlığa malik olub.xeber100.com

Avqust 8, 2017 12:44

“Tasnim” informasiya agentliyinin məlumatı

İranın şimal-qərbində iki terrorçu zərərsizləşdirilib.Azərtac xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanına istinadla yayılan məlumatda bildirilir ki, hərbçilər Qərbi Azərbaycan vilayətində, Türkiyə ilə İran sərhədində terror qruplaşmasının daha 4 üzvünü yaralayıblar.Terrorçulardan hərbi sənədlər, silah-sursat götürülüb.xeber100.com

Avqust 7, 2017 12:37

Yaponiya və ABŞ əməkdaşlıq edəcəklər

Yaponiya yeni xarici işlər naziri Taro Kono və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında Manilada keçirilən görüş zamanı BMT TŞ-nin Şimali Koreyaya qarşı yeni sanksiyalarının yerinə yetirilməsi ilə əlaqədar razılığa gəlinib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.Məlumatda qeyd edilir ki, görüş Filippində, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ACEAN) ölkələrinin regional təhlükəsizlik məsələlərinə həsr olunan forumunun sessiyası çərçivəsində baş tutub.T.Kono R.Tillersondan əlavə olaraq Avstraliya sahillərində ABŞ dəniz piyadaları korpusuna məxsus MV-22 Osprey konvertoplanının qəzaya uğramasının səbəblərini aydınlaşdırmağı da xahiş edib. Belə konvertoplanlar ABŞ-ın Yaponiyadakı hərbi bazalarında da yerləşdirilib.xeber100.com

Avqust 7, 2017 12:33

Avropa Komissiyasının Fransa hökumətinə müraciəti

Avropa Komissiyasının Fransa hökumətinə müraciətində xarici mənbələrdən gəlir əldə edən vətəndaşların gəlir vergisinin hesablanması ilə bağlı xarici gəlirlərin vergiyə cəlb edilməsi qaydalarında düzəlişlər aparmaq xahiş edilib.Azərtac Vergiler.az saytına istinadla bildirir ki, müraciətə əsasən, Fransada yaşayan vətəndaşların xaricdə qazandıqları gəlirlərinin vergiyə cəlb edilməsi Avropa İttifaqı qanunları çərçivəsində olmalıdır. Bu isə o deməkdir ki, həmin şəxslər ölkənin daxilində əldə edilən gəlirlər üçün tətbiq olunan vergi güzəştlərindən istifadə edə bilməzlər.Avropa Komissiyası ekspertlərinin fikrincə, hazırda qüvvədə olan qaydalar nəticəsində Fransa işçilərin sərbəst yerdəyişməsi və kapitalın yaradılması prinsipləri ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri pozur.Komissiyanın müraciətində qeyd olunub ki, Fransa hökuməti iki ay ərzində xarici gəlirlərin vergiyə cəlb olunması qaydalarında düzəlişlər etməlidir. Əks halda, ölkə Avropa Məhkəməsində məsuliyyətə cəlb edilə bilər.xeber100.com

Avqust 7, 2017 12:28

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qətnamə qəbul edib. ABŞ-ın təklif etdiyi yeni sanksiyaları bütün ölkələr dəstəkləyib.Son sanksiyalar iyulda Pxenyan tərəfindən iki qitələrarası raketin buraxılması ilə əlaqədardır.Yeni sanksiyalar BMT-yə daxil olan ölkələrə Şimali Koreyadan kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalına qadağa qoyur. Eyni zamanda, bu ölkələr Şimali Koreyadan olan işçilərin sayını artıra və bu ölkə ilə birgə müəssisələr təşkil edə bilməzlər. Bundan əlavə, əvvəllər yaranmış birgə müəssislərə investisiya yönəldilməsi də qadağan edilir. Güman olunur ki, yeni sanksiyalar Şimali Koreyanın ixracdan əldə etdiyi illik gəlirin üçdə birə qədər azalmasına səbəb olacaq. Diplomatların qənaətinə görə, bu rəqəm təqribən 3 milyard dollara bərabərdir.Qətnamə, həmçinin Şimali Koreyanın doqquz vətəndaşının və dörd şirkətinin BMT-nin qara siyahısına salınmasını da nəzərdə tutur. Onların aktivləri dondurulur. Şimali Koreyanın xaricdə yerləşən böyük valyuta bankı da həmin siyahıya daxildir.xeber100.com

Avqust 6, 2017 8:43

Ria Novosti agentliyinin məlumatı

Ötən gecə Fransa polisi Eyfel qülləsinə girməyə cəhd göstərən bıçaqla silahlanmış şəxsi saxlayıb.Ria Novosti agentliyi xəbər verir ki, polis həmin vaxt ziyarətçilərdən qülləni vaxtından 15 dəqiqə tez tərk etməyi tələb edib.xeber100.com

Avqust 6, 2017 8:33

ABŞ Dövlət Departamentinin rəsmi bəyanatına əsasən…

Amerika Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən çıxması barədə BMT-yə rəsmi bildiriş göndərib.Euronews telekanalı xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti bu barədə rəsmi bəyanatı öz saytında yerləşdirib.Bəyanatda Birləşmiş Ştatların Amerika biznesi, işçiləri, xalqı və vergiödəyicisi üçün daha sərfəli şərtlər yaradılacağı təqdirdə Sazişə yenidən daxil ola biləcəyi qeyd olunur.Sazişdən çıxma proseduru 3 il davam edə bilər. Bu müddət ərzində ABŞ BMT-nin təşkil etdiyi beynəlxalq iqlim konfranslarında iştirakını davam etdirmək niyyətindədir.ABŞ Prezidenti Donald Tramp iqlim üzrə Paris sazişindən çıxacaqlarını iyun ayının ortalarında elan edib.Xatırladaq ki, Paris sazişi qlobal istiləşmənin qarşısının alınması üçün 2015-ci ildə qəbul olunub.xeber100.com

Avqust 5, 2017 6:19

“Rosneft”in xalis mənfəəti 19,8 faiz azalıb

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in xalis mənfəəti bu ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq 81 milyard rubl (təxminən 1,3 milyard dollar) olub.Azərtac xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin qeyd edilən dövrdəki ümumi satışı isə 23,2 faiz artaraq 2,8 trilyon rubl təşkil edib.Yanvar-iyun aylarında “Rosneft”in gündəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 5 milyon 740 min barrel, təbii qaz istehsalı isə 2,9 faiz çoxalaraq 34,2 milyard kubmetr olub.Bu dövrdə şirkətin xalis borcu isə 700 milyard rubl artaraq 2,2 trilyon rubla çatıb.xeber100.com

Avqust 4, 2017 2:36

Yaponiya hökuməti istefa verib

Avqustun 3-də Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib. Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata görə, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr Baş nazir tərəfindən qəbul edilib.Yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, Baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla nazirlərin yarısını dəyişməyi planlaşdırır.Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri Baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verir. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.xeber100.com

Avqust 3, 2017 1:04
    Page 161 of 299« First«...102030...159160161162163...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az