30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Beynəlxalq Valyuta Fondunun məlumatı

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, Cənubi Afrika Respublikasında (CAR) keçən il vergilərin artırılması dövlət büdcəsinə gözlənilən gəlirləri gətirməyib.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, dövlətin planlarına əsasən, 3 il ərzində büdcə daxilolmaları 3,7 milyard ABŞ dolları həcmində artmalı, konsolidasiya olunmuş məqsədli gəlirlər isə 2016-2017-ci illər üçün ÜDM-in 30,2 faizini təşkil etməli idi.CAR-da vergi islahatı benzinin hər litri üçün yığımın 0,30 rend (0,02 dollar) artırılmasını, alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin 7 faiz artırılması əhatə edirdi.Bundan əlavə, dəyəri 10 milyon renddən (747 min 268 dollar) artıq olan daşınmaz əmlakın satışı üçün rüsum 11 faizdən 13 faizə qaldırılıb.CAR-ın vergi sistemində aparılan bu dəyişikliklərə baxmayaraq, BVF təmsilçilərinin rəyinə əsasən, iqtisadi artım gözlənildiyindən xeyli aşağı olub.xeber100.com

İyul 31, 2017 12:12

NHK telekanalının məlumatına görə…

Yaponiyanın tanınmış avtomobil şirkətləri elektromobil istehsalını sürətləndirməyə çalışırlar.NHK telekanalının yaydığı məlumatda bildirilir ki, “Toyota” şirkəti 2019-cu ildən başlayaraq Çində həmin tələblərə cavab verən elektromobillərin satışına başlayacaq. Qeyd edilir ki, bu şirkət indiyədək heç vaxt yalnız elektrik enerjisi ilə işləyən avtomobil satmayıb. O, daha çox hibrid maşınların istehsalı ilə məşğuldur.“Nissan” şirkəti isə cari ilin sonlarında Yaponiya, ABŞ və Avropada elektromobillərin yeni modelinin satışına başlamağı planlaşdırır. Həmin elektromobil tam enerji ilə doldurulduqdan sonra digərlərinə nisbətən daha uzun məsafə qət edəcək.xeber100.com

İyul 31, 2017 12:08

“Soyuz MS-05” gəmisi buraxılıb

Baykonur kosmodromundan “Soyuz MS-05” gəmisi buraxılıb. “actualnews.org” saytı xəbər verir ki, aparat kosmos tarixində ilk dəfə komandiri alim olan heyəti Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırmalıdır.BKS heyətinin rəhbəri Sergey Ryazanski M.V.Lomonosov adına Moskva Dövlət Universitetini biologiya ixtisası üzrə bitirib. O, kosmik stansiyada fizika və tibb sahələrində MDU alimləri tərəfindən işlənib hazırlanmış eksperimentlər aparacaq. Universitetdə hesab edirlər ki, birgə proqram üzərində iş davam edir. Ola bilsin, heç də bütün tədqiqatlar lap əvvəldən aparılmayacaq, amma əsas məsələ bu prosesi işə salmaqdır.Stansiyada çəkisizlik şəraitində vestibülyar sistemin xüsusiyyətlərini öyrənməyə imkan verən unikal “Vektor” eksperimenti də aparılacaq. Bu tədqiqat kosmonavtların hərəkətində kosmik xəstəliyin əmələ gəlməsinin səbəblərini müəyyənləşdirməyə kömək edəcək. “Yırğalama” deyilən vəziyyət görmə orqanının fəaliyyətini pozur və nəticədə kosmonavt səmti itirir. Alimlər görməni sabitləşdirməyə kömək edən cihaz hazırlamaq istəyirlər.xeber100.com

İyul 30, 2017 1:58

DF-31AG qitələrarası ballistik raket ilk dəfə nümayiş etdirilib

Bazar günü Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 90 illiyi münasibətilə keçirilən hərbi paradda milli istehsal olan yeni DF-31AG qitələrarası ballistik raket ilk dəfə nümayiş etdirib.Azərtac xəbər verir ki, Çin mərkəzi Televiziyasının reportajında raketin maksimal uçuş məsafəsinin 10 min kilometrə çatdığı qeyd olunub. Paradda 12 minə yaxın hərbi qulluqçu və aralarında 100-dən çox təyyarənin olduğu 600 hərbi texnika iştirak edib. Silahların bir çox nümunələri ilk dəfədir nümayiş etdirilir.Çin Xalq Azadlıq Ordusunun tarixi 1927-ci il avqustun 1-nə, Nançan üsyanına gedib çıxır. Çin Xalq Respublikasının (ÇXR) gələcək hərbi-siyasi rəhbərliyinin özəyinin əsası məhz bu üsyanın gedişində yaranmışdı.1949-1959-cu illərdə hərbi paradlar hər il oktyabrın 1-də, ÇXR-in yaranması günü keçirilirdi. Sonradan ölkə rəhbərliyi büdcəyə qənaət məqsədilə paradları yalnız yuvarlaq tarixlərdə - hər on ildən bir keçirməyi qərara alıb.xeber100.com

İyul 30, 2017 1:48

Avropa Ittifaqı məhkəmə islahatlarına görə…

Avropa Ittifaqı məhkəmə islahatlarına görə Polşa əleyhinə sanksiya prosedurunu işə salıb. Brüsselin fikrincə, islahatlar ölkədə məhkəmə sisteminin müstəqilliyinə zərər vurur.Interfax informasiya agentliyi xəbər verir ki, Avropa Komissiyası Varşavaya qanun pozuntularının qarşısının alınması üzrə prosedur barədə rəsmi xəbərdarlıq göndərib.Bir qədər əvvəl Aİ-nin icra kollegiyası keçirdiyi iclasda Polşada məhkəmə islahatları ilə bağlı vəziyyəti müzakirə edib. İclasda vəziyyətin əvvəlki kimi qənaətbəxş olmadığı qərarına gəlinib və bununla yanaşı, Prezident Anjey Dudanın ən təzadlı iki qanun layihəsinə veto qoyduğu qeyd edilib. Lakin Duda Brüsselin tənqid etdiyi digər iki layihəni, o cümlədən ordinar yurisdiksiya məhkəmələrinin fəaliyyəti barədə qanun layihəsini imzalayıb.xeber100.com

İyul 29, 2017 4:44

Vergi güzəştlərinin tətbiq olunması müzakirə edilib

Honkonqda kiçik və orta biznes üçün vergi güzəştlərinin, eləcə də tədqiqat və inkişaf sahəsində çalışan şirkətlər üzrə vergi çıxılmalarının tətbiqi məsələləri nəzərdən keçirilir.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, hökumətin verdiyi açıqlamaya görə, “Vergi siyasətinin yeni bölməsi” vergi islahatlarının tərkib hissəsini təşkil edir. İlkin məlumatlara əsasən, gəlir vergisinin ikisəviyyəli sistemini tətbiq etmək təklif olunub.Belə ki, illik gəliri 256 min ABŞ dollarından az olan şirkətlər 10 faiz dərəcə üzrə vergi ödəyəcəklər. Hazırda isə bu göstərici 16,5 faiz təşkil edir.Xəzinadarlığın katibi Ceyms Lau bildirib ki, əcnəbi işçilərə tətbiq olunan verginin sadələşdirilməsi, həmçinin ikiqat vergitutmanın və maliyyə cinayətlərinin qarşısının alınması üzrə informasiyaların mübadilə edilməsi ilə bağlı Çin hökuməti ilə danışıqlar aparılır.xeber100.com

İyul 28, 2017 12:24

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatı

Ukrayna ərazisində iki gündür davam edən qasırğa ölkənin 5 vilayətinin 109 yaşayış məntəqəsini işıqsız qoyub.Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, iyulun 28-də ölkənin əksər bölgələrində, o cümlədən paytaxt Kiyevdə qasırğa, dolu və tufan olacağı proqnozlaşdırılır.xeber100.com

İyul 28, 2017 12:18

Federal Ehtiyatlar Sisteminin növbəti iclası keçirilib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib.RİA Novosti agentliyinin məlumatına görə, iclasın yekunlarına əsasən, FED baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində sabit saxlayıb.Xatırladaq ki, FED 2017-ci ildə uçot dərəcəsini iki dəfə - martda illik 0,75 faizədək, iyunda isə 1,25 faizədək artırmışdı.Federal Ehtiyatlar Sistemi rəsmilərinin açıqlamasında bildirilir ki, 4,5 trilyon dollara qədər artan maliyyə balansının azaldılmasına yaxın vaxtlarda başlanılacaq.xeber100.com

İyul 27, 2017 3:48

Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir

ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və Prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.Xarici KİV-lər xəbər verir ki, qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub. Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün Prezidentə göndəriləcək.Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.Telekanal qeyd edir ki, Moskva ilə sövdələşməyə dair yeni ittihamlar Trampın yaxın ətrafı tərəfindən onun Hamburqda Putin ilə görüşündən dərhal sonra irəli sürülüb. RF Dövlət Dumasında bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.xeber100.com

İyul 26, 2017 3:38

RİA Novosti informasiya agentliyinin məlumatı

İyulun 26-na keçən gecə Fransanın cənubunda yeni təbiət yanğınları səbəbindən 10 min insan təxliyə olunub.RİA Novosti informasiya agentliyi xəbər verir ki, bu ərazidə yanğınların sahəsi 400 hektaradək genişlənib. Yanğınsöndürmə xidmətinin məlumatına əsasən alov gecə yarısından etibarən Var departamentinin Lond-le-Mor və Kap Benat yaşayış məntəqələri yaxınlığında yayılmağa başlayıb.Fransanın cənub-şərqində tüğyan edən meşə yanğınlarının miqyası artaraq 3 min hektarı ötüb. Fransa hökuməti yanğınlarla mübarizəyə iki əlavə təyyarə ayırması üçün Avropa İttifaqına müraciət edib. Hazırda alovla mübarizəyə 19 xüsusi təyyarə və yanğınsöndürmə xidmətinin iki mindən çox əməkdaşı cəlb olunub.xeber100.com

İyul 26, 2017 3:32
    Page 164 of 301« First«...102030...162163164165166...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az