30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Moto Z2 Force” smartfonu rəsmən təqdim edilib

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim edib.“Life” resursu xəbər verir ki, “ShatterShield” texnologiyası üzrə zədələnmələrdən mühafizə olunan 5,5 düym diaqonallı “Quad HD” ekranı ilə təchiz edilən qurğu möhkəm metal korpusa malikdir. Bundan başqa, smartfonun əsas kamerası 12 meqapikselli rəngli və monoxrom modullardan ibarətdir. Sensorlu ön kamera isə 5 meqapikselli olmaqla işıqlandırıcı ilə təchiz edilib.Məlumata görə, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Moto Z2 Force” smartfonu “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ yaddaş və “microSD” kartları ilə genişlənmə imkanına malik 64 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub.Bundan əlavə, suyadavamlı yeni qurğu “TurboPower” sürətli enerji toplama funksiyası ilə 2730 milliamper/saat tutumlu akkumulyatora malikdir və 2 SİM kartdan istifadəni dəstəkləyir. Həmçinin smartfonda “USB Type-C” portu və barmaq izi skaneri quraşdırılıb.ABŞ-da ilkin qiyməti 720 dollar təşkil edən “Moto Z2 Force” smartfonunun satışlarına avqustun 10-dan başlanılması planlaşdırılır. Yayın sonunadək smartfonun digər ölkələrin bazarlarına da çıxarılması gözlənilir.xeber100.com

İyul 26, 2017 3:29

CNN telekanalının məlumatına görə…

ABŞ-ın 91 yaşlı sakini Kristina Farley gözəllik kraliçası seçilib.CNN telekanalı xəbər verir ki, Kristina Farley yaşlıların qatıldığı “Ms Connecticut Senior America” adlı müsabiqədə iştirak edib və qalib gəlib.K.Farley bildirib ki, insanlar 60 yaşından sonra həyatın bitdiyini düşünür, amma bu, doğru deyil. O qeyd edib ki, belə müsabiqələrin ən yaxşı cəhəti insanlara müsbət təsir göstərməsidir. Bu cür yarışlar həyatı sevmək üçün onlara bir daha fürsət verir.xeber100.com

İyul 26, 2017 3:26

“GulfNews” yazır…

Birləşmiş Ərəb Əmirliklərinin “GulfNews” nəşrinin yazdığına görə, Dubayda yeni texnologiya - yeməyin və fərdi sifarişlərin pilotsuz uçuş aparatlarının köməyi ilə mənzil başına çatdırılması texnologiyası sınaqdan çıxarılacaq.Gözlənildiyinə görə, yerli “Space Autonomous Drones” və ABŞ-ın “Skycart” şirkətləri tərəfindən işlənib hazırlanmış “ağıllı xidmət” logistika servisində çevriliş edəcək. Dronlar supermarket və restoranlardan çəkisi beş kiloqramdan çox olmayan malları sifarişdən sonra bir göz qırpımında bütün BƏƏ ərazisi boyu mənzil başına çatdıracaq.Bildirilir ki, servis rəsmi surətdə 2018-ci və ya 2019-cu ildə işə salınacaq.xeber100.com

İyul 25, 2017 4:08

“BİAS-2017” aviaşousu keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə Aurel Vlayku adına Baneasa Beynəlxalq Aeroportunda “BİAS-2017” (Bucharest İnternational Air Show) aviaşousu keçirilib.Azərtac tədbirin rəsmi səhifəsi bias.aero-ya istinadən xəbər verir ki, artıq 9-cu dəfə təşkil olunan tədbirə müxtəlif ölkələrdən 200-dən çox elit pilot və paraşütçü qatılıb, həmçinin 100-dən çox mülki və hərbi təyyarə nümayiş olunub. Paralel olaraq Baneasa Beynəlxalq Aeroportunda aviatexnika istehsalçılarının “General Aviation Exhibition” sərgisi də keçirilib.“BIAS-2017” çərçivəsində Rumıniya da daxil olmaqla, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Polşa, ABŞ, Türkiyə və Litvanın hərbi hava qüvvələrinin nümayəndələri heyranedici hava manevrləri göstəriblər.Builki aviaşou Rumıniya Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilmiş “F-16 Fighting Falcon” təyyarələrinin istifadəyə verilməsinə həsr olunub. Bu təyyarələrlə bərabər, aviaşou çərçivəsində “MIG 21 Lancer”, “C 130 Hercules”, “C 27 Spartan” təyyarələri, həmçinin hava polisi və hava desantları tamaşaçılara maraqlı şou göstəriblər.xeber100.com

İyul 24, 2017 4:57

Beynəlxalq Valyuta Fondunun məlumatı

Beynəlxalq Valyuta Fondundan verilən məlumata əsasən, 2017-ci ildə Britaniya iqtisadiyyatında artım ötən illərlə müqayisədə zəifləyib.2017-ci il üçün artım proqnozu 1,7 faizdir, ötən il isə bu göstərici 2 faiz olub. Buna baxmayaraq, ölkənin ümumi qlobal artım proqnozu dəyişməz qalıb. Bu göstərici 2018-ci il üçün 1,6 faiz müəyyənləşdirilib.Birləşmiş Krallığın bundan sonrakı iqtisadi göstəriciləri, “Brexit” prosesi vaxtı Avropa İttifaqı ilə razılaşmalardan və “Brexit”dən sonra qurulan iqtisadi anlaşmalardan asılı olacaq.xeber100.com

İyul 24, 2017 4:43

“Welt am Sonntag” qəzeti yazzır…

Almaniya rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqində digər inkişaf etmiş ölkələrdən xeyli geri qala bilər. Bu barədə “Welt am Sonntag” qəzeti Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin Fraunhofer adına Sistem və İnnovativ Tədqiqatlar İnstitutu ilə birgə hazırladığı məruzəsinə istinadla məlumat yayıb.Sənədə əsasən Almaniya Finlandiya, ABŞ və Böyük Britaniyadan geri qalır və reytinqdə Fransadan sonra 17-ci yeri tutur.AFR-in iqtisadiyyat naziri Brigitte Tsipris qəzetə müsahibəsində bildirib ki, Almaniya genişzolaqlı internetin yeni şəbəkələrini qurur. Lakin bu, çox zəif sürətlə gedir və gələcəkdə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə təsir göstərə bilər. Bununla belə, nazir qeyd edib ki, Industrie 4.0 – internet-texnologiyalarında işləyən tam avtomatlaşdırılmış istehsalat yaradılması üçün rəqəmsal texnologiyalardan istifadə edilməsi sahəsində Almaniya dünya liderlərindən biridir.xeber100.com

İyul 24, 2017 4:39

5,5 bal gücündə zəlzələ qeydə alınıb

İyulun 23-də İndoneziyanın Sulavesi adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yerli vaxtla saat 7:55 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Tinaboqan yaşayış məntəqəsindən 65 kilometr cənubda, ocağı 55,8 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

İyul 23, 2017 8:38

Hərbi vəziyyətin uzadılması təklifi bəyənilib

Filippin parlamenti ölkənin cənubunda hərbi vəziyyətin 2017-ci il dekabrın 31-dək uzadılması təklifini bəyənib. Bu barədə “CNN Philippines” telekanalı məlumat yayıb.Filippin konqresi senatının və nümayəndələr palatasının üzvləri Prezident Rodriqo Dutertenin ölkənin cənubunda hərbi vəziyyətin uzadılması barədə təklifini müzakirə ediblər. Konqresin hər iki palatasının birgə sessiyasında 261 deputat təklifin lehinə, 18 nəfər isə əleyhinə səs verib. Sessiyada ümumilikdə 279 deputat iştirak edib.Xatırladaq ki, Mindanao adasında yaraqlılarla hökumət qoşunları arasında baş vermiş silahlı toqquşmaya görə Prezident R.Duterte hərbi vəziyyət elan edib. Hərbi əməliyyatlar təqribən 500 nəfər yaraqlının toplaşdığı Maravi şəhərində davam edir.xeber100.com

İyul 22, 2017 10:32

Təhlükəsizlik üzrə yeni nazirlik yaradılır

Avstraliyanın Baş naziri Malkolm Ternbull təhlükəsizlik məsələləri ilə məşğul olacaq yeni Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edildiyini bildirib.Baş nazir deyib: “Dəyişikliklər mərhələlərlə həyata keçiriləcək və yeni nazirliyin yaradılması gələn ilin birinci yarısında başa çatdırılacaq”. Malkolm Ternbull əlavə edib ki, yeni nazirliyin yaradılması işini immiqrasiya və sərhəd mühafizəsi naziri Piter Dattona həvalə edib.Yeni yaradılacaq Daxili İşlər Nazirliyinin tərkibinə Miqrasiya və Sərhəd Nəzarəti Xidməti, Federal Polis, Təhlükəsizlik və Kəşfiyyat Xidməti, Maliyyə Kəşfiyyatı üzrə Milli Xidmət, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları daxil ediləcək. Baş nazir bildirib ki, bu qurumların hamısı öz strukturunu saxlayacaq və nazir onların fəaliyyətini əlaqələndirmə funksiyasını yerinə yetirəcək.Qərarın qəbulunu şərh edən Baş nazir deyib: “İslahatlar bizim sistemin sıradan çıxmasına görə aparılmır və bu, heç də belə deyil. Bunu təhlükəsizlik sahəsində sürətlə dəyişən reallıqlar tələb edir. Müasir çağırışlara daha uğurlu cavab vermək üçün səmərəli strukturlara ehtiyac var”.xeber100.com

İyul 21, 2017 3:49

RİA Novosti informasiya agentliyinin məlumatı

Fransa Milli Məclisi deputatlarının parlament dinləmələrində pencək geyinməsi və qalstuk taxması məcburi deyil. Bu barədə parlamentin aşağı palata bürosunun cümə axşamı günü yayılmış məlumatında deyilir.RİA Novosti informasiya agentliyi xəbər verir ki, kişi deputatların məcburi qaydada pencək geyinməsi və qalstuk taxması məsələsinə dünən Milli Məclisin ali kollegial orqanında baxılıb. Buna iyunun sonlarında ənənəyə son qoyaraq parlamentin yeni tərkibinin ilk sessiyasına nümayişkaranə şəkildə pencəksiz və qalstuksuz gələn “Fəth olunmamış Fransa” fraksiyası deputatlarının hərəkəti səbəb olub. Onların bu sərbəst davranışı bir sıra siyasətçilər tərəfindən tənqid edilib. Prezidentliyə sabiq namizəd Jak-Lyük Melanşonun “Fəth olunmamış Fransa” partiyası iyun seçkilərinin nəticələrinə görə ilk dəfə parlamentə keçə bilib.“Büro xatırladır ki, heç bir nizamnamə sənədində deputatların geyimi məsələsinə toxunulmur və onların üzərinə iclas salonunda pencək geymək, qalstuk taxmaq məsuliyyəti qoyulmur”, – büronun məruzəsində belə deyilir.xeber100.com

İyul 20, 2017 3:23
    Page 165 of 301« First«...102030...163164165166167...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az