Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) müxalifətin Baş nazir Şinzo Abenin iştirakı ilə baş vermiş qalmaqalına görə parlamentin müvafiq komitəsinin növbədənkənar iclasının keçirilməsinə razılıq verib.NHK telekanalının yaydığı məlumata görə, bu barədə qərar iyulun 10-da parlamentin hər iki palatasında məsələ ilə əlaqədar keçirilən müzakirələrdən sonra qəbul edilib. Lakin Baş nazir G20 sammitində iştirak etmək üçün Almaniyaya səfər etdiyinə görə təxirə salınıb.İyulun 14-də LDP-nin parlament üzrə komitə sədri Vatera Takeşita bildirib ki, Ş.Abe növbədənkənar iclasda iştiraka razılıq verib. O, əlavə edib ki, iclas zamanı hakim və müxalifət nümayəndələri arasında vaxtın bərabər səviyyədə bölünməsi üçün qarşı tərəflə danışıqlar aparacaq. Bundan əlavə, LDP əsas müxalifət partiyası olan Demokratik Partiyanın (DP) nümayəndələri ilə iyulun 15-də iclasın aparılma qaydasını müzakirə edəcək.DP-nin departament rəhbəri Kazunori Yamano isə bildirib ki, Ş.Abenin müxalifətin xahişinə müsbət cavab verməkdən başqa yolu qalmayıb. Lakin bu, “gecikmiş qərardır”.Xatırladaq ki, Ş.Abe vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dostu üçün baytarlıq məktəbinin açılmasına yardım etməkdə ittiham olunur.Demokratik Partiyadan bildirilib ki, iyulun 10-da keçirilən müzakirələr zamanı hadisə ilə əlaqədar şübhələr daha da artıb və buna görə də Ş.Abe növbəti müzakirələrə dəvət edilib.xeber100.com