Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Forumunun XII iclası keçirilib.Yığıncaqda təşkilatın üzvü olan ölkələr - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan, həmçinin müşahidəçi ölkələr olan İran, Əfqanıstan, Belarus, Pakistan və Hindistan təmsilçiləri, tədqiqat mərkəzlərinin ekspertləri, Özbəkistanda akkreditə olunan səfirliklərin nümayəndələri iştirak edib.Forumda Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi, Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunması, ŞƏT çərçivəsində ticarət-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya, elmi-texniki, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.xeber100.com