30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

2018-ci ildən etibarən turizm vergisi tətbiq edəcəkdir

Yunanıstan hökuməti 2018-ci ildən etibarən iyul və avqust aylarında turizm vergisi tətbiq edəcəkdir. Hotelin kateqoriyasından asılı olaraq turist 0.25 avrodan 4 avroya kimi günlük vergi ödəyəcək. Yeni vergi həm müstəqil, həm də təşkilat vasitəsilə səyahət edən turistlərə şamil ediləcək.Turizm vergisi yunan hökumətinin cari ilin mayında qəbul etdiyi sərt iqtisadi islahatlar çərçivəsində tətbiq olunur.xeber100.com

May 17, 2017 1:12

RİA Novostinin məlumatına görə…

Çində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 12 nəfər ölüb, 30-dan çox insan yaralanıb.RİA Novosti bildirir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hadisə yerinə 300-dən çox tibb işçisi gəlib. Polis qəzanı törədən yük maşınının sürücüsünü saxlayıb.Faktla bağlı araşdırma aparılır.xeber100.com

May 16, 2017 2:18

“Baker Hughes” şirkətinin məlumatına görə…

ABŞ-da aktiv neft quyularının sayı 712-yə çatıb.“Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 9 ədəd artaraq 712-yə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 17 həftədir ki, artır.Yanvarda 522 olan neft quyularının sayı son 17 həftədə 36,4 faiz çoxalıb.xeber100.com

May 15, 2017 3:25

Beynəlxalq vergi qanunvericiliyi müzakirə ediləcək

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti konfransına iştirakçıların qeydiyyatı başlanıb.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, 2017-ci ilin iyunun 5-6-da Vaşinqtonda keçiriləcək konfransda OECD-nin beynəlxalq vergi qanunvericiliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər müzakirə ediləcək.Konfrans ABŞ-ın biznes ictimaiyyətinin təmsilçiləri ilə OECD administrasiyasının vergi siyasəti mərkəzi üzvlərinin, eləcə də ABŞ-ın və beynəlxalq vergi standartları çərçivəsində fəaliyyət göstərən digər ölkələrin vergi xidmətlərinin yüksək vəzifəli şəxslərinin görüşünə imkan yaradacaq.Vergi konfransının gündəliyinə transfer qiymətqoyma, vergi mübahisələrinin həlli, BEPS standartlarının tətbiqi, eləcə də verginin müəyyənləşdirilməsinin təkmilləşdirilməsi yolları kimi mövzular daxildir.Tədbir ABŞ-ın Beynəlxalq Biznes Şurası, OECD, eləcə də Biznes üzrə Məşvərət Şurası və OECD yanında Ticarət-Sənaye Məşvərət Komitəsi ilə birlikdə təşkil ediləcək.xeber100.com

May 15, 2017 3:18

Prezident seçkilərinin təbliğat-təşviqat kompaniyası davam edir

İranda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqat kompaniyaları davam edir.Prezidentliyə namizəd Həsən Ruhani təbliğat-təşviqat kompaniyası çərçivəsində mayın 15-də İranın ikinci böyük şəhəri olan Təbrizə səfər edib. Təbrizlilər tərəfindən hərarətlə qarşılanan H.Ruhani axşamüstü “Şəhid Purşərifi” stadionunda tərəfdarları ilə görüş keçirəcək.Görüşdə H.Ruhani gələcək planları haqqında məlumat verəcək və ölkənin inkişaf proqramını təqdim edəcək.Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək. Yaxın Şərqdə baş verən gərgin siyasi proseslərin fonunda İrandakı prezident seçkiləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir.xeber100.com

May 15, 2017 2:29

Şanxay Əməkdaşlıq Təşkilatı Forumunun XII iclası keçirilib

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Forumunun XII iclası keçirilib.Yığıncaqda təşkilatın üzvü olan ölkələr - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan, həmçinin müşahidəçi ölkələr olan İran, Əfqanıstan, Belarus, Pakistan və Hindistan təmsilçiləri, tədqiqat mərkəzlərinin ekspertləri, Özbəkistanda akkreditə olunan səfirliklərin nümayəndələri iştirak edib.Forumda Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi, Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunması, ŞƏT çərçivəsində ticarət-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya, elmi-texniki, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.xeber100.com

May 14, 2017 2:20

NHK telekanalının yaydığı məlumata görə…

NHK telekanalının yaydığı məlumata əsasən, Şimali Koreya mayın 14-də səhər növbəti ballistik raket sınağı keçirib.Cənubi Koreya silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi bildirib ki, raket Şimali Koreyanın şimal-qərbində yerləşən Pxyonan-pukto əyalətindəki Kusonun yaxınlığındakı nöqtədən yerli vaxtla səhər saat 5:30 dəqiqədə şərq istiqamətində buraxılıb. Məlumatda qeyd edilir ki, 700 kilometrdən çox uçan raket Yapon dənizinə düşüb.Bu, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti Mun Ce-inin öz vəzifələrinin icrasına başlamasından sonra həyat keçirilən ilk raket buraxılışıdır.Cənubi Koreya silahlı qüvvələri raket buraxılışı ilə əlaqədar informasiyaların toplanması və təhlilini davam etdirir.Prezident Mun Ce-in silahlı qüvvələrin qərargah rəislərinin birləşmiş komitəsinə təcili iclas keçirilməsi barədə göstəriş verib.xeber100.com

May 14, 2017 2:16

Fransa Prezidenti: “Biz fransızların özünə inamını qaytarmalıyıq”

Bu gün rəsmən Fransa Prezidenti elan edilən Emmanuel Makron axşamdan etibarən işə başlayacağını bildirib.RİA Novosti agentliyi xəbər verir ki, bu gün keçirilən andiçmə mərasimindən sonra E.Makron çıxış edərək deyib: “Bizə daha səmərəli və daha demokratik Avropa lazımdır. Avropa İttifaqı bizim gücümüz və suverenliyimiz deməkdir”.Seçki öncəsi verdiyi vədlərini xatırladan E.Makron qeyd edib ki, “biz tariximizdə ən yaxşı səhifələrdən birini yazmaq üçün birləşməliyik və bu işdə hər birinizin dəstəyi lazımdır. Biz fransızların özünə inamını qaytarmalıyıq”.xeber100.com

May 14, 2017 2:11

“Avast” kompaniyasının məlumatına əsasən…

İnformasiya təhlükəsizliyi sahəsində proqram təminatı istehsalçısı “Avast” kompaniyasının məlumatına əsasən, “WannaCry” adlı virusun hücumu dünyanın 99 ölkəsində 75 min kompüteri iflic edib.AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, istifadəçilərin kompüterlərə girişini bərpa etmək üçün tələb olunan məbləğ 300 dollardan 600 dollaradək dəyişir. Bununla yanaşı, hakerlər “Bitcoin” pulköçürmə sistemi ilə ödəmə aparmaq üçün ətraflı təlimatı da təklif edir. Kiber-dələduzların bəzi qurbanları artıq pul ödəmək məcburiyyətində qalıb.“Kaspersky laboratoriyası”nın informasiyasına görə, “Shadow Brokers” hakerlər qrupu zərərverici proqram təminatını hələ bu ilin aprel ayından yaymağa başlayıb. Onlar virusu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin əvvəllər istifadə etdiyi casus proqramı vasitəsi ilə yaydıqlarını bildirirlər.Hakerlərin əsas hədəfi “Microsoft” kompaniyasının hazırladığı “Windows” əməliyyat sistemidir. Virus asanlıqla əməliyyat sisteminə daxil olur, elektron məlumatları şifrələyir və kompüterin işini tam əngəlləyir.xeber100.com  

May 13, 2017 10:05

Moskva metropoliteninin məlumatı

Bu gün Moskvada metropolitenin ildönümü ilə əlaqədar qatarların paradı keçirilir. Parad iki gün davam edəcək."vistanews.ru" xəbər verir ki, bu cür parad bu il üçüncü dəfə keçiriləcək. Paytaxt metropoliteninin rəisi Dmitri Peqovun sözlərinə görə, bu tədbirlər sərnişinlərə Moskva metropoliteninin bütün səyyar tərkibini görməyə imkan verir. Bu gün, həmçinin metropolitenin təsərrüfat qatarlarının və retro-vaqonların ikigünlük sərgisi açılıb.Qeyd edək ki, mayın 15-də Moskva metrosu özünün 82 yaşını qeyd edəcək. Lakin bayram parad və sərgi ilə kifayətlənməyəcək.xeber100.com

May 13, 2017 9:59
    Page 178 of 301« First«...102030...176177178179180...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az