30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İsveçrədə keçirilən növbəti referendumda…

Mayın 21-də İsveçrədə keçirilən növbəti referendumda ölkə əhalisi bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi və nüvə enerjisinin istehsalının tədricən məhdudlaşdırılmasına tərəfdar çıxıblar. Səsvermədə iştirak edən seçicilərin 58,2 faizi yeni enerji qanununun lehinə səs veriblər.Qanuna əsasən, ölkədə yeni nüvə reaktorlarının inşası qadağan ediləcək, havaya buraxdığı zəhərli emissiyalara görə avtomobillərin idxalı məhdudlaşdırılacaq və bərpa olunan enerji sektoruna ayrılan dövlət vəsaitlərinin həcmi artırılacaq. Mövcud binaların daha yüksək enerji səmərəliliyi üçün müvafiq təmir-izolyasiya işlərinə də subsidiyalar ayrılacaq. Qanunda nəzərdə tutulan vəsaitlər elektrik enerjisi istifadəçilərinin ödəyəcəyi əlavə vergilər hesabına formalaşacaq.xeber100.com  

May 22, 2017 8:06

Beynəlxalq koalisiyaya qoşulmaq məsələsi müzakirə ediləcək

NATO-ya üzv dövlətlər mayın 25-də Brüsseldə keçiriləcək sammitdə İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulmaq məsələsini müzakirə edəcəklər.Azərtac xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.“Biz koalisiyaya siyasi və təşkilati baxımdan da kömək edə bilərik”, - deyə baş katib qeyd edib.Yens Stoltenberq deyib ki, NATO Suriyada və İraqdakı vəziyyətə qarışmaq niyyətində deyil. Bu ölkələrdəki vəziyyətə hərbi müdaxilə, ümumiyyətlə, gündəlikdə deyil. NATO nə Suriyada, nə də İraqda hərbi əməliyyatlarda iştirak etməyəcək.xeber100.com

May 22, 2017 8:02

Təhsil haqqında qanunla əlaqədar etiraz aksiyası keçirilib

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə təxminən on min insan təhsil haqqında qanunla əlaqədar etiraz aksiyası keçirib.Frans Pres agentliyinə istinadla xəbər verir ki, yeni qanuna edilən düzəlişlər ölkədə fəaliyyət göstərən Mərkəzi-Avropa Universitetinin bağlanmasına icazə verir.Macarıstanın Baş naziri Viktor Orban universitetin fəaliyyətində nöqsanların olduğunu bildirib.xeber100.com

May 22, 2017 7:57

France Press agentliyinin məlumatı

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın cənubunda nəzarət-buraxılış məntəqələrinə silsilə hücumlar təşkil edərək 20 polis işçisini qətlə yetiriblər.France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının azı 15 əməkdaşı da yaralanıb.“Bu səhər “Taliban” döyüşçülərinin ağır və yüngül silahlarla silahlanmış bir qrupu Zabul vilayətində bir neçə polis nəzarət-buraxılış məntəqəsinə koordinasiya olunmuş hücum həyata keçirib, 20 polis işçisi həlak olub”, - deyə vilayətin qubernatoru Bismilla Əfqanmal bildirib.Son vaxtlar Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir. Bir sıra kənd rayonlarında xeyli əraziləri ələ keçirən taliblər böyük şəhərlər istiqamətində hücumları genişləndirirlər. Ölkə ərazisində, həmçinin İŞİD terror qruplaşmasının da təsir dairəsi artır.xeber100.com

May 21, 2017 12:56

Növbəti raket buraxılışı həyata keçirilib

Şimali Koreyada növbəti modifikasiyası bəlli olmayan raket buraxılışı həyata keçirilib.Azərtac xəbər verir ki, Penxap agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi hazırda təcili qaydada müvafiq informasiya toplamaqla məşğuldur. İlkin məlumata əsasən, KXDR uçuş məsafəsi 500 kilometr olan bir raket buraxıb.Yaponiyanın Baş naziri Sinzo Abenin dəftərxanası yanında informasiyanın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb.Şimali Koreya sonuncu raket buraxılışını mayın 14-də həyata keçirmişdi. O vaxt buraxılan orta mənzilli “Xvanson-12” ballistik raketi 787 kilometr uçaraq Yapon dənizinə düşmüşdü.xeber100.com

May 21, 2017 12:46

Ədalət və İnkişaf Partiyasının qurultayı öz işinə başlayıb

Ankara idman salonunda Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı öz işinə başlayıb.Anadolu İnformasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 998 gün fasilədən sonra yenidən partiyanın sədri seçiləcək.Agentlik qeyd edir ki, Prezident Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasına yenidən rəhbər seçilməsi gözlənilən qurultayda prezident üsul-idarəsi sisteminə keçiddə daha bir önəmli addım atılacaq.xeber100.com

May 21, 2017 12:37

“Baker Hughes” şirkətinin məlumatı

ABŞ-da aktiv neft quyularının sayı 720-yə çatıb.“Baker Hughes” şirkəti xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 8 ədəd artaraq 720-yə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 18 həftədir ki artır.Yanvarda 522 olan neft quyularının sayı son 18 həftədə təxminən 40 faiz çoxalıb.xeber100.com

May 20, 2017 10:59

BMW Çində yeni yığım zavodunu işə salıb

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çində yeni yığım zavodunu işə salıb.Şenyan şəhərində fəaliyyətə başlayan zavodun inşasına 1,11 milyard ABŞ dolları vəsait sərf olunub. Bununla BMW-nin Çindəki zavodlarının illik istehsal gücü 450 min avtomobilə çatacaq.Çin BMW avtomobillərinin ən böyük bazarıdır. Ötən il BMW-nin Çindəki zavodlarında 316 min avtomobil istehsal olunub ki, bu da şirkətin dünya üzrə istehsalının 12,5 faizinə bərabərdir.xeber100.com

May 20, 2017 10:54

İranda keçirilmiş seçkilərdə son nəticə…

Ötən gün İranda keçirilmiş seçkilərdə səslərin 57 faizini toplayan Həsən Ruhani yenidən İran İslam Respublikasının prezidenti seçilib.Bu barədə məlumat verən İranın daxili işlər naziri Əbülrza Rəhmani Fəzli bildirib ki, seçicilərin 70 faizdən çoxu səsvermədə iştirak edib. H.Ruhani səslərin 23 milyon 549-nu toplayıb. İbrahim Rəisi isə 15 milyon 786 səs qazanıb.Seçkilərdə məğlub olan namizəd Haşimi Təba və Avropa İttifaqının beynəlxalq məsələlər üzrə komissarı Federika Moqerini Həsən Ruhanini qələbəsi münasibətilə təbrik ediblər.xeber100.com

May 20, 2017 9:33

Hindistan mətbuatı yazır…

Hindistanın Telanqana ştatında aprelin 1-dən bəri istidən azı 167 nəfər dünyasını dəyişib.Azərtac xəbər verir ki, “Deccan Chronicle” nəşrinin yaydığı məlumata görə, son bir neçə gündür Telanqana ştatında termometrin göstəricisi 40 dərəcə Selsidən aşağı enmir. Ştatın bəzi rayonlarında isə havanın hərarəti 47 dərəcəyə çatır. Şiddətli istilərin daha bir neçə gün davam edəcəyi gözlənilir.Xatırladaq ki, 2016-cı ildə Hindistanda əsasən mart-may aylarına müşahidə olunan güclü istilər nəticəsində 700 nəfərə qədər insan həyatını itirib. Dünyasını dəyişənlərin əksəriyyəti Telanqana və Andhra-Pradeş ştatlarının sakinləri olub. Ən çox ölüm halları isə 2015-ci ildə qeydə alınıb. O zaman istidən ölənlərin sayı 2,3 min nəfərə çatmışdı.xeber100.com

May 20, 2017 8:47
    Page 176 of 301« First«...102030...174175176177178...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az