Emmanuel Makron gələn bazar günü, mayın 14-də Fransa prezidenti kimi and içəcək. Bu barədə ölkənin hazırkı Prezidenti Fransua Olland bildirib.BBC.com saytı xəbər verir ki, müvafiq bəyanat Avropada II Dünya müharibəsinin başa çatmasının 72-ci ildönümü münasibətilə Parisdə keçirilən tədbirdə səsləndirilib.Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyinin prezident seçkilərinin mayın 7-də keçirilmiş ikinci turunun nəticələrinə dair yaydığı son məlumata görə, “İrəli” hərəkatının lideri Emmanuel Makron seçicilərin 66,1 faizinin səsini qazanaraq Beşinci respublikanın yeni prezidenti seçilib. Onun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə 33,9 faiz səs toplayıb.Bununla yanaşı, ölkənin Daxili İşlər Nazirliyi boş və etibarsız bülletenlərin sayının rekord saya çatdığını qeyd edib. Həmçinin heç bir namizədə səs verməyən fransızların sayı da çox olub – 25,38 faiz.xeber100.com