30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

BMT-nin Qaçqınların İşi üzrə Agentliyi xəbərdarlıq edib

BMT-nin Qaçqınların İşi üzrə Agentliyi İraqın Mosul şəhərinin qərbində İŞİD qruplaşmasına qarşı davam edən hərbi əməliyyatlar nəticəsində yeni qaçqın dalğasının yarana biləcəyi barədə xəbərdarlıq edib.TASS informasiya agentliyi xəbər verir ki, BMT-nin Ali Komissarının İdarəsi şəhəri tərk edəcək əhali üçün yeni düşərgələr hazırlayır.İraq hökumətinin məlumatına əsasən, Mosulda 2016-cı ilin oktyabrından başlayan hərbi əməliyyatlar nəticəsində şəhəri 630 min nəfər tərk edib ki, onların 141 min nəfəri artıq evlərinə qayıdıb.Qeyd edək ki, ölkənin bir hissəsini nəzarət altına alan İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir.Oktyabrın 17-dən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni zamanda bir neçə güc strukturu Mosul şəhərinin İŞİD-dən azad olunması uğrunda hücum əməliyyatları aparır. Şəhərin şərq hissəsi terrorçulardan təmizlənib. Bir müddətdir ki, qərbi Mosul uğrunda ağır döyüşlər gedir. İraq komandanlığının məlumatına görə, şəhərin qərb hissəsinin dörddə üç hissəsi artıq azad olunub.xeber100.com

May 12, 2017 2:24

ABŞ-da pilotsuz avtomobillərin sınaqları başlayıb

ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları ictimai istifadə üçün nəzərdə tutulan avtomobil yollarında pilotsuz avtomobillərin sınaqları üçün ərizələrin qəbuluna başlayıb.Interfax informasiya agentliyi xəbər verir ki, ştatın qubernatoru Endryu Kuomonun sözlərinə görə, bu bənd ABŞ-da oktyabrın 1-dən başlayacaq 2018-ci maliyyə ilinin büdcəsinə daxil edilib. Proqramın bir il müddətində qüvvədə olacağı bildirilir.Ərizədə göstərilən və sınaqlara buraxılan avtomobillərin hər biri 5 milyon dollar məbləğində sığorta olunmalıdır. Testlərin keçirildiyi müddətdə sürücü oturacağında sürücülük vəsiqəsi olan pilot əyləşəcək.Həmçinin pilotsuz nəqliyyat vasitələrinin istehsalçı kompaniyalarından sınaqlara nəzarət edəcək polislərin xərclərini ödəmək tələb olunur. Nyu-York ştatının polis idarəsinin rəsmi saytında dərc olunan məlumata görə, bir saatlıq müşayiət xərci 55,86 dollardır.xeber100.com  

May 12, 2017 2:17

“Microsoft Build 2017” konfransının açılışında…

“Microsoft” şirkəti ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Microsoft Build 2017” konfransının açılışında “PowerPoint” proqramının real vaxt rejimində tərcüməsi funksiyasını nümayiş etdirib.“ferra.ru” saytı xəbər verir ki, “PowerPoint Translator”un köməyilə təqdimatlar bir dildən digərinə və əksinə avtomatik tərcümə olunacaq. Auditoriya təqdimatı “Microsoft Translator” mobil proqramı vasitəsilə izləyə biləcək. Həmçinin verilən müxtəlif suallar da real vaxt rejimində tərcümə olunacaq.Hazırda şifahi nitq üçün 9, yazılı nitq üçün isə 60-dan çox dil dəstəklənir. Şirkət yeni proqramı ilkin baxış üçün “Garage” adlı eksperimental bölməsinin veb-saytında yerləşdirəcək.xeber100.com

May 12, 2017 2:08

Ağ evin məlumatına əsasən…

Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib.Anadolu informasiya agentliyi xəbər verir ki, Spayserin sözlərinə görə, liderlər görüş zamanı qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, həmçinin terrorun bütün növlərinə qarşı mübarizədə əməkdaşlığın inkişafı yollarını müzakirə edəcəklər.Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan aprelin 20-də jurnalistlərə verdiyi müsahibədə Çinə səfərinin ardından ABŞ-a gedərək mayın 16-17-də Trampla görüşəcəyini demişdi.xeber100.com

May 11, 2017 3:37

Avqust mavzoleyinin bərpası 10 milyon avroya başa gələcək

İtaliyanın paytaxtı Roma şəhərinin ən önəmli abidələrindən sayılan Avqust mavzoleyinin bərpası 10 milyon avroya başa gələcək. Abidə əsrlər boyu bombardmanlar, müxtəlif tikinti layihələri ilə öz görkəmini itirib, 1960-cı illərdə yararsız vəziyyətə düşüb. Layihəyə sərf olunacaq 10 milyon avronun 6 milyonunu İtaliyanın nüfuzlu mobil telefon rabitəsi şirkətlərindən olan “TİM” üzərinə götürüb, vəsaitin qalan hissəsi isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən maliyyələşdiriləcək.xeber100.com

May 11, 2017 3:30

“JR Higashi Nihon” şirkətinin qərarına əsasən…

Tokionun paytaxt vağzalında gələn ay müsəlmanların ibadəti üçün xüsusi otaq açılacaq.2016-cı ildə Yaponiyanı ziyarət edənlər arasında İslam dininə sitayiş edən turistlərin 30 faiz təşkil etdiyini nəzərə alan “JR Higashi Nihon” şirkəti bu barədə qərar qəbul edib. Şirkət rəhbərliyi həmin regiondan olan turistlərin sayının gələcəkdə artacağını düşünür. Tokio vağzalında həmin otağın iyunun 5-dən açılacağı gözlənilir.Belə otaqlar Yaponiya paytaxtının Haneda və Narita beynəlxalq aeroportlarında artıq fəaliyyət göstərir. “JR Nishi Nihon” dəmiryolu şirkəti də Osaka vağzalı yaxınlığındakı binada müsəlmanların ibadəti üçün xüsusi otaqlar ayırıb.xeber100.com

May 10, 2017 12:44

RİA Novosti agentliyinin məlumatına əsasən…

Bazar ertəsi günü Parisin şərqində keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı polis gözyaşardıcı qaz və rezin güllə işlədib.RİA Novosti agentliyi xəbər verir ki, seçkilərin nəticələrinə qarşı yönəlmiş etiraz aksiyası Respublika Meydanında başlayıb. Hazırda nümayişçilər Bomarşe Bulvarınadək gedib çatıblar. Polis onların yolu üstündə mühafizə dəstəsi qoyub.Polis “Sputnik France”ın müxbirini müdafiə kaskasını çıxarıb və hadisələrdən canlı yayım apardığı telefonunu əlindən almağa çalışıb. Tədbirdə digər jurnalistlər də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hücumlara məruz qalıblar.Parisdə prezident seçkilərinin ilkin nəticələrinin elan olunmasından sonra nümayişlər başlanıb. “Frans Press” agentliyinin hüquq-mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, 140 nəfər saxlanılıb, 9 nəfər həbs edilib.Xatırladaq ki, bazar günü Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Son məlumata görə, “İrəli” hərəkatının lideri Emmanuel Makron seçicilərin 66,1 faizinin səsini qazanaraq ölkənin yeni prezidenti seçilib.xeber100.com

May 9, 2017 4:29

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə…

Emmanuel Makron gələn bazar günü, mayın 14-də Fransa prezidenti kimi and içəcək. Bu barədə ölkənin hazırkı Prezidenti Fransua Olland bildirib.BBC.com saytı xəbər verir ki, müvafiq bəyanat Avropada II Dünya müharibəsinin başa çatmasının 72-ci ildönümü münasibətilə Parisdə keçirilən tədbirdə səsləndirilib.Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyinin prezident seçkilərinin mayın 7-də keçirilmiş ikinci turunun nəticələrinə dair yaydığı son məlumata görə, “İrəli” hərəkatının lideri Emmanuel Makron seçicilərin 66,1 faizinin səsini qazanaraq Beşinci respublikanın yeni prezidenti seçilib. Onun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə 33,9 faiz səs toplayıb.Bununla yanaşı, ölkənin Daxili İşlər Nazirliyi boş və etibarsız bülletenlərin sayının rekord saya çatdığını qeyd edib. Həmçinin heç bir namizədə səs verməyən fransızların sayı da çox olub – 25,38 faiz.xeber100.com

May 9, 2017 4:22

Qələbənin 72-ci ildönümü münasibətilə hərbi parad keçirilib

Moskvadakı Qızıl Meydanda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə hərbi parad keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qəbul etdiyi hərbi paradda 10 mindən çox insan iştirak edib, 114 hərbi texnika, o cümlədən “T-34-85”, “Armata”, “T-72B3” tankları, “Tiqr-M”, “Tayfun-K” və “Tayfun-M” zirehli avtomobilləri, “Buk-M2” və “Top-M2Y” raket kompleksləri və s. nümayiş etdirilib.Rusiya Prezidenti Vladimir Putin paradda çıxış edərək bildirib ki, Qələbə milyonlarla insanın canı bahasına əldə edilib. Bu dəhşətli faciənin qarşısını aparıcı dövlətlərin irqi üstünlük kimi cinayətkar ideologiyası, birlik nümayiş etdirə bilməməsi üzündən almaq mümkün olmadı. Böyük Qələbə müxtəlif millətlərin və peşə sahiblərinin, marşalların və əsgərlərin sayəsində qazanıldı. V.Putin vurğulayıb ki, müasir dövrdə terrorizm, ekstremizm və neonasizm ilə səmərəli mübarizə aparmaq üçün qüvvələri birləşdirmək lazımdır və Rusiya bu sahədə əməkdaşlığa həmişə hazırdır.xeber100.com

May 9, 2017 4:13

Koreyanın Milli Seçki Komissiyasının məlumatı

Koreya Respublikasında növbədənkənar prezident seçkiləri başa çatıb. Koreyanın Milli Seçki Komissiyasının məlumatına əsasən, 13964 seçki məntəqəsində baş tutmuş səsvermə prosesində ümumi seçicilərin (42,48 milyon nəfər) 77,2 faizi səsvermədə iştirak edib. Seçicilərin 26,06 faizi mayın 4-5-də ilkin səsvermə günlərində səslərini veriblər.Qeyd edək ki, 13 namizədin mübarizə apardığı növbədənkənar prezident seçkisi sabiq prezidenti Pak Kın Hey impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasından sonra keçirilir. Koreya mətbuatı yazır ki, əvvəlki prezident seçkilərindən fərqli olaraq, bu dəfə qalibin rəsmən elan olunmasının ertəsi günü yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi keçiriləcək.xeber100.com

May 9, 2017 3:56
    Page 179 of 301« First«...102030...177178179180181...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az