02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Regional təhlükəsizlik məsələləri müzakirə edilib

Gürcüstanın müdafiə naziri Cuanşer Burculadze Türkiyənin Tbilisidə yeni təyin olunmuş səfiri Ali Kaan Orbayı qəbul edib.Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilir ki, nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də NATO-ya inteqrasiyasına verdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.NATO-nun Madrid Zirvə toplantısında tərəfdaşların ehtiyaclarına uyğun siyasi və praktiki dəstəyin vacibliyini vurğulayan nazir, Türkiyənin bu prosesdəki rolunu yüksək qiymətləndirib. Yenilənmiş NATO-Gürcüstan əsas paketinin həyata keçirilməsində Türkiyənin töhfəsini xüsusi qeyd edib.Tərəflər regional təhlükəsizlik məsələlərini və müdafiə sahəsində ikitərəfli əməkdaşlığı nəzərdən keçirib, strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.Görüşdə Gürcüstanın müdafiə qabiliyyətinin inkişafında Türkiyə tərəfinin uzunmüddətli maliyyə, maddi-texniki və ekspert dəstəyi qeyd olunub. Eyni zamanda regionda gedən proseslər, təhlükəsizlik və sülhün bərqərar olmasında əməkdaşlığın perspektivləri müzakirə olunub, bu sahədə birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.xeber100.com

İyul 18, 2022 2:38

Avropa Komissiyası 2022-2023-cü illər üçün inflyasiya proqnozlarını yüksəldib

Avropa Komissiyası Avrozona üzrə 2022-2023-cü illər üçün inflyasiya proqnozlarını yüksəldib, iqtisadi artım proqnozlarını isə aşağı salıb.Avropa Komissiyası 2022-ci ildə Avrozona üzrə inflyasiya proqnozunu 6,1 faizdən 7,6 faizə, 2023-cü ilə dair proqnozunu 2,7 faizdən 4 faizə yüksəldib. İqtisadi artımla bağlı proqnoz 2022-ci il üçün 2,7 faizdən 2,6 faizə, 2023-cü il üzrə isə 1,4 faizə endirilib.Avrokomissiya Rusiya-Ukrayna gərginliyinin regional iqtisadiyyata təsirinin davam edəcəyini bildirib. Qeyd olunub ki, bu proseslər Avropa iqtisadiyyatına mənfi təsir edib, enerji və taxıl tədarükündə problemlər yaradıb, qiymətlər yüksəlib.İnflyasiya səviyyəsinin cari ilin sonunda pik həddə çatacağı, 2023-cü ildə isə tədricən azalacağı proqnozlaşdırılır. Bununla belə, davam edən qeyri-müəyyənlik səbəbindən digər risklərin olduğu da vurğulanıb.xeber100.com

İyul 14, 2022 1:18

Avropada kommunal xidmətlərə görə ödənişlər sürətlə artmaqdadır

Avropada kommunal xidmətlərə görə ödənişlər sürətlə artmaqdadır. “Köhnə Dünya”ya təbii qaz nəqlinin azalması ilə əlaqədar, şəhərlər enerjiyə qənaət tədbirlərinə əl atmağa məcbur olurlar.Avropa İttifaqının Statistika İdarəsinə istinadla xəbər verir ki, hazırda Aİ-də tikinti işlərinin qiymətləri son 50 ildə görünməmiş dərəcədə artmaqdadır. Buna görə indi bələdiyyələrin əsas məqsədi hər hansı üsullarla enerjiyə qənaət etməkdir. Bələdiyyələr ilk növbədə təbii qazın alternativ enerji ilə əvəz edilməsinə keçidi sürətləndirməlidirlər. Hamı ümid edir ki, budəfəki böhran, məsələn, hidrogen iqtisadiyyatında texnoloji sıçrayışa səbəb olacaq.Hazırda bəzi Avropa şəhərlərinin bələdiyyələri enerjiyə fəal surətdə qənaət edirlər: hovuzlarda suyun temperaturu aşağı salınır, fontanlar söndürülür. İnzibati binalara yalnız soyuq su verilməsi, habelə qışda ofis binalarında temperaturun aşağı salınması planlaşdırılır.Bu planları havalar soyuyana qədər həyata keçirmək mümkün olub-olmayacağını zaman göstərəcək.xeber100.com

İyul 12, 2022 9:53

“Gazprom” şirkəti İtaliyaya göndərilən təbii qaz həcmlərini azaldıb

Rusiyanın “Gazprom” şirkəti İtaliyaya göndərilən təbii qaz həcmlərini azaldıb.İtaliyanın “Eni” neft-qaz şirkəti “Gazprom” şirkətindən gündəlik təbi qaz tədarükünün son bir neçə günün orta göstəricisi ilə müqayisədə üçdəbir nisbətində azaldığını açıqlayıb.“Gazprom” şirkətindən son günlərdə alınan gündəlik orta hesabla 32 milyon kubmetr olan qaz həcmi ilə müqayisədə hazırda sutkalıq təqribən 21 milyon kubmetr təbii qaz tədarük ediləcək”, - deyə “Eni” şirkətinin məlumatında deyilir.Qeyd edək ki, təbii qaz tələbatının təxminən 10 faizini Azərbaycandan təmin edən İtaliya enerji böhranı yaşamamaq üçün təchizat mənbələrini şaxələndirir. Belə ki, İtaliya Əlcəzairdən aldığı qazın həcmini artırıb, Konqo və Anqola kimi ölkələrlə qaz tədarükünə dair danışıqlar aparıb.xeber100.com

İyul 11, 2022 10:18

Böyük Britaniyanın Hitrou hava limanında uçuşlar ləğv edilib

Böyük Britaniyanın Hitrou hava limanında 61 uçuş ləğv edilib.Hava limanı iyulun 11-də aviaşirkətlərə 61 reysi ləğv etmələrini söyləyib və bu yay gecikmələrin daha çox olacağı haqqında xəbərdarlıq edib.Buna səbəb kimi sərnişinlərin sayının çox olması və onlara qulluq göstərmək üçün kifayət qədər işçinin olmadığı göstərilib. Onlar sərnişinlərin səyahət planlarına təsir göstərdiklərinə görə üzr istəyiblər və başqa reyslərlə təmin olunmaları üçün aviaşirkətlərlə sıx əməkdaşlıq etdiklərini bildiriblər.xeber100.com

İyul 11, 2022 10:07

İtaliyada illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib

İyun ayında İtaliyada illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib.Bu barədə İtaliya Milli Statistika İnstitutu məlumat yayıb. Bildirilib ki, enerji və ərzaq qiymətlərindəki yüksək artımlar inflyasiyanın hərəkətverici qüvvəsi olmaqda davam edir. İyunda İtaliyada inflyasiya 8,2 faiz səviyyəsində olub və bu, 1986-cı ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir.İnflyasiya aylıq müqayisədə 1,2 faiz, illik müqayisədə isə 8 faiz artıb.xeber100.com

İyul 1, 2022 11:29

Ümumdünya Səhiyyə Təşkilatından xəbərdarlıq!

İki həftə ərzində Avropada meymunçiçəyinə yoluxma hallarının üç dəfə artmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb.Bu barədə beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe danışıb. O bildirib ki, region ölkələri qarşıdakı həftə və aylarda meymunçiçəyinin “böyük bir corğafi məkanda möhkəmlənməsinin“ qarşısını almaq üçün səylərini artırmalıdırlar.Qeyd edilib ki, indiyədək Avropa regionunda meymunçiçəyi virusuna 4500 yoluxma halı qeydə alınıb və bu, may ayının ortalarından indiyədək bütün dünya üzrə yoluxmaların 90 faizi deməkdir. Ənənəvi olaraq Afrikada rast gəlinən virus may ayından etibarən dünyanın müxtəlif ölkələrində, əsasən də Qərbi Avropada yayılmağa başlayıb. İndiyədək dünyanın 50-dən çox ölkəsində bu virusa yoluxma halları təsdiqlənib.xeber100.com

İyul 1, 2022 11:23

Ariana News telekanalının məlumatı əsasında…

Kabil şəhərində Əfqanıstan Ağsaqqallar Şurasının iclası keçirilir.Ariana News telekanalı xəbər verir ki, şuranın iclasında “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin sədri Məhəmməd Həsən Axund, həmçinin 3500-ə yaxın üləma və ölkənin hər yerindən gələn tayfa başçıları iştirak edirlər.Üç gün davam edəcək iclasda ölkədəki aktual problemlər, ilk növbədə iqtisadi böhran və işsizlik məsələləri, qızların yuxarı siniflərdə (altıncı sinifdən sonra) təhsili ilə bağlı vəziyyət müzakirə olunacaq.Əfqanıstanın Ağsaqqallar Şurası sonuncu dəfə 2020-ci ilin avqustunda, “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən bir il öncə toplanıb.Xatırladaq ki, 2021-ci ilin yaz aylarında ABŞ-ın öz hərbçilərini ölkədən çıxarmaq barədə qərarından sonra “Taliban” Əfqanıstanda hakimiyyəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də taliblər paytaxt Kabilə döyüşsüz daxil olub. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edən hərəkat müvəqqəti hökumət formalaşdırıb. Lakin hökumətin legitimliyi hələ ki, heç bir ölkə tərəfindən tanınmayıb.xeber100.com

İyun 30, 2022 3:34

Avropa Komissiyasının açıqladığı məlumata görə…

Avrozonada iqtisadi inam indeksi 2021-ci ilin martından bu vaxtadək ən aşağı səviyyəyə enib.Avropa Komissiyasının açıqladığı məlumata görə, iyun ayında iqtisadi inam indeksi 105-dən 104-ə düşüb. Bu, 2021-ci ilin martından bəri qeydə alınan ən aşağı göstəricidir.Ekspertlərin fikrincə, iqtisadi inam indeksi Rusiyadan enerji resurslarının nəqlinin kəsiləcəyi və iqtisadiyyatın tənəzzülə düçar olacağı ilə bağlı narahatlıqlar fonunda geriləyib.xeber100.com

İyun 29, 2022 3:38

NATO İsveç və Finlandiyanı öz sıralarına rəsmən dəvət edib

NATO İsveç və Finlandiyanı öz sıralarına rəsmən dəvət edib.Madrid sammiti çərçivəsində NATO-ya üzv ölkələr İsveç və Finlandiyanı alyansa dəvət etmək barədə rəsmi razılığa gəliblər.Bu barədə NATO-nun yaydığı xüsusi məlumatda bildirilir.“Finlandiya və İsveçin qoşulması onları daha təhlükəsiz, NATO-nu daha güclü və Avratlantik məkanı daha təhlükəsiz edəcək”, - deyə bəyanatda bildirilir.xeber100.com

İyun 29, 2022 3:35
    Page 18 of 299« First«...10...1617181920...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az