05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Emirates” aviareyslərin sayını azaldacaq

“Emirates” aviakompaniyası ABŞ-da Yaxın Şərq ölkələrindən olan sərnişinlərə təsir edən təhlükəsizlik qaydalarının tətbiqi ilə əlaqədar bu ölkənin beş şəhərinə reyslərin sayını azaldacaq. Azərtac xəbər verir ki, kompaniyanın məlumatına əsasən, reyslərin bir hissəsinin ləğv olunması ABŞ-a aviabilet tələbatının azalması ilə bağlıdır.Kompaniya Dubaydan Fort-Loderdeyl və Orlandoya gündəlik uçuşları həftədə yeddi reysdən beş reysə salmağı planlaşdırır. Həmçinin iyun ayında Boston, Sietl və Los-Ancelesə reyslər də gündə iki dəfədən bir dəfəyə endiriləcək.Xatırladaq ki, yanvarın sonlarında ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyan fərman imzalayıb. “Emirates” aviakompaniyasının prezidenti Tim Klarkın sözlərinə görə, bu səbəbdən ABŞ-a uçan sərnişinlərin sayı təxminən 1/3-dək azalıb.xeber100.com

Aprel 20, 2017 3:15

Beynəlxalq Enerji Agentliyinin məlumatı

ABŞ-da xam neft ehtiyatları ötən həftə ərzində 1,03 milyon barrel azalıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.Hesabata görə, ötən həftə ölkədə əmtəəlik ehtiyatlar da 1,96 milyon barrel azalıb, benzin ehtiyatları isə 1,54 milyon barrel artıb.xeber100.com

Aprel 20, 2017 3:09

“Reuters” agentliyinin məlumatına görə…

“Boeing” şirkəti bu il 100-dən çox mühəndisi işdən azad edəcək.“Reuters” agentliyi xəbər verir ki, şirkət məcburi ixtisarlarla bağlı ikinci mərhələyə yaxınlaşır və bu dəfə 100-ə yaxın mühəndis işdən azad ediləcək. Bu ixtisarların səbəbi məhsul satışının azalması ilə bağlıdır.xeber100.com

Aprel 19, 2017 2:18

Növbədənkənar parlament seçkiləri keçiriləcək

Böyük Britaniyada iyunun 8-də növbədənkənar  parlament seçkiləri keçiriləcək.“RİA Novosti”nin məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deyib. “Mən bu dəqiqə Nazirlər Kabinetinin iclasını keçirdim. Biz qərara aldıq ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçirilsin. Ölkəyə güclü hökümət lazımdır”, - deyə o, söyləyib.Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar hakim partiyanın populyarlıq reytinqində irəliləyişlərə nail olduğu dövrə təsadüf edir.xeber100.com

Aprel 18, 2017 2:21

Referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edilib

Türkiyədə Cümhuriyyət Xalq Partiyası aprelin 16-da ölkə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib.Apa-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə CHP-nin yaydığı açıqlamada bildirilir. Açıqlamada qeyd olunur ki, bu gün yerli vaxtla saat 14.30-da (Bakı vaxtı ilə saat 15.30) referendumun nəticələri ilə bağlı CHP-nin müraciəti Ali Seçki Komissiyasına təqdim olunub.xeber100.com

Aprel 18, 2017 2:18

5,7 bal gücündə zəlzələ baş verib

Sakit okean sahillərində yerləşən Vanuatuda 5,7 bal gücündə zəlzələ baş verib.RİA Novosti agentliyi bildirir ki, bu barədə ABŞ Milli Geoloji Xidmətinin məlumatında bildirilir.Yeraltı təkanlar yerli vaxtla saat 02.21-də qeydə alınıb. Zəlzələnin ocağı 20,4 km dərinlikdə yerləşib.Ölənlər və dağıntılar barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com

Aprel 17, 2017 3:16

Euronews telekanalının məlumatı

Aprelin 16-da Aralıq dənizində rekord sayda - təxminən 4,5 min mühacir xilas olunub. Onlar rezin qayıqlarda Siciliya boğazı vasitəsi ilə Liviyadan Avropaya keçmək istəyirmiş.Euronews telekanalı xəbər verir ki, İtaliyanın sahil mühafizə xidməti və bir neçə qeyri-hökumət təşkilatının gəmiləri bir gündə ümumilikdə 35 xilasetmə əməliyyatı keçirib. Əməliyyat zamanı katerlərin birində 7 cəsəd, Liviya sahilləri yaxınlığında sahibsiz qalan qayıqda isə daha 20 cəsəd aşkarlanıb.Miqrant axınının rekord sayda artmasına hava şəraitinin yaxşılaşması səbəb olub. Qeyri-leqal mühacir daşıyanlar özlərinin etibarsız və əksər vaxtlarda həddən artıq yüklənmiş qayıqları ilə 200 kilometrlik boğazı keçmək üçün sakit dənizdən istifadə etməyə çalışırlar.Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, bu il yanvarın 1-dən indiyədək təxminən 32 min miqrant Aralıq dənizi vasitəsi ilə Avropaya keçib, 665 nəfər isə yolda həlak olub və ya itkin düşüb.xeber100.com

Aprel 17, 2017 3:11

CNN telekanalının məlumatına görə…

Berkli şəhərində (Kaliforniya ştatı) ABŞ Prezidenti Donald Trampın tərəfdarları və əleyhdarları arasında toqquşma olub.CNN telekanalının yaydığı məlumata görə, hüquq-mühafizə orqanları azı dörd nəfəri saxlayıb. Qarşıdurma Trampdan vergi bəyannaməsinin dərc olunmasını tələb edənlərin yürüşü zamanı baş verib. Prezident ödədiyi vergilər barədə məlumatları açıqlayacağını dəfələrlə vəd etsə də, bunu indiyədək etməyib.Nümayiş zamanı Trampın tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaşanıb. Bir neçə nəfərin yaralandığı bildirilir.Bu gün Birləşmiş Ştatların 150-dən çox şəhərində, o cümlədən Vaşinqton, Nyu-York, Çikaqo, Filadelfiya, San-Fransisko, Los-Anceles və Bostonda Trampın ödədiyi vergilərə dair hesabat verməsi tələbi ilə aksiyalar keçiriləcək.xeber100.com

Aprel 16, 2017 4:00

Prezident seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Fransada keçiriləcək prezident seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.“lefigaro.fr” saytı xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Mattias Fekl “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib. O deyib ki, səsvermə günləri ölkədə asayişin təmin olunması üçün 57 min polis işçisi səfərbər ediləcək. Onlar 67 min seçki məntəqəsində təhlükəsizliyi təmin edəcəklər.Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.xeber100.com

Aprel 16, 2017 3:55

“Referendum 2017” media mərkəzləri yaradılıb

Türkiyədə keçirilən ümumxalq səsverməsini izləmək üçün İstanbulda fəaliyyət göstərən “Referendum 2017” media mərkəzlərində 255 KİV təmsilçisi qeydiyyatdan keçib.Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin İstanbul bölgə müdiri Nəcməddin Altındaş Azərtac-ın xüsusi müxbirinə bildirib ki, səsvermə ilə bağlı qeydiyyatdan keçən KİV nümayəndələrindən 156-sı xarici ölkələrdən gələnlər, qalanları isə yerli media təmsilçiləridir. Xarici KİV nümayəndələri 33 ölkədən olmaqla 97 təşkilatı təmsil edirlər.Qeyd edək ki, Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV nümayəndələri üçün “Referendum 2017” media mərkəzləri yaradılıb. Rəsmi məlumata görə, referendumla əlaqədar bu ölkəyə 601 xarici KİV təmsilçisi gəlib.xeber100.com

Aprel 16, 2017 3:51
    Page 183 of 299« First«...102030...181182183184185...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az