Avstriyanın Federal Daxili İşlər Nazirliyinin məlumatı

Avstriyada sağçı ekstremist və rasist fəaliyyətlərlə əlaqədar cinayət hallarının sayı artıb. Avstriyanın Federal Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, ötən il ölkədə 1313 hal üzrə sağçı ekstremizm və rasizmə görə cinayət işi açılıb. Bu, 2015-ci illə müqayisədə 13,5 faiz artım deməkdir.Avstriyanın Yaşıllar Partiyasının sorğusu əsasında verilən açıqlamada cinayət hallarının əsasən Vyana, yuxarı Avstriya və aşağı Avstriya federal əyalətlərində baş verdiyi göstərilib. Yaşıllar Partiyasının ədliyyə üzrə nümayəndəsi Albert Ştaynhauzer artan tendensiyanı şərh edərək bildirib ki, radikallaşmada əsasən iki istiqamət özünü göstərir. Birincisi nasional-sosializm, faşizm və digər zərərli ideologiyaları hələ də tərənnüm edən radikal qruplaşmalardan ibarətdirsə, ikinci qrup son dövrlərdə daha çox sosial media vasitəsilə miqrant, qaçqın və ümumiyyətlə əcnəbilərə qarşı radikal çağırışlar edən, qaçqın böhranından öz siyasi məqsədləri üçün sui-istifadə edən sağçı ekstremistlərdir.Avstriyanın Federal Daxili İşlər Nazirlinin müavini, ictimai asayiş üzrə baş direktor Konrad Koqler “Ö1” radiosuna verdiyi müsahibədə qeyd edib ki, daxili işlər orqanları sağçı eksremizm, dini ekstremizm, eləcə də sağçı və solçu radikal qruplara qarşı həssaslığını artırıb, eyni zamanda, Federal Ədliyyə Nazirliyində prokurorluq orqanlarına bu sahə üzrə xüsusi səlahiyyət də verilib.xeber100.com

Aprel 29, 2017 11:12

“RİA Novosti”nin məlumatına görə…

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.“RİA Novosti” xəbər verir ki, “Vahid Makedoniya uğrunda” hərəkatın üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqını təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər.Etirazlar parlamentin spikeri vəzifəsinə alban Tələt Cəfərin spiker seçilməsindən sonra baş verib.Makedoniya Prezidenti George İvanov müraciətlə çıxış edərək, iri partiyaların liderlərini problemi dinc yolla müzakirə etməyə, siyasi böhrandan birgə çıxmağa çağırıb.Qeyd edək ki, “Vahid Makedoniya uğrunda” hərəkatla Sosial-Demokratik İttifaqından olan deputatlar arasında yaranan gərginlik səbəbindən parlamentin iclası təxirə salınmışdı. Buna rəğmən parlamentdə çoxluq təşkil edən Sosial-Demokratik İttifaqının rəhbərliyi ilə digər partiyalardan olan deputatlar Demokratik Birlik İttifaqından olan Tələt Cəfəri parlamentin sədri seçmişdi. Bundan sonra “Vahid Makedoniya uğrunda” hərəkat tərəfdarları parlamentə basqın edərək, jurnalistləri və deputatları əsir götrümüşdülər. Lakin polisin həyata keçirdiyi əməliyyat nəticəsində onlar xilas ediliblər. İlkin məlumatlara görə, qarşıdurmalarda 1-i ağır olmaqla, 9 nəfərin yaralandığı bildirilir.xeber100.com

Aprel 28, 2017 2:10