10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Schlumberger” şirkətinin gəliri 6 faiz artıb

ABŞ-ın enerji nəhəngi “Schlumberger” şirkətinin gəliri 6 faiz artıb.Azərtac şirkətə istinadla xəbər verir ki, “Schlumberger”in gəliri bu ilin birinci rübündə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb. Belə ki, şirkətin gəliri 6,52 milyard dollardan 6,89 milyard dollara yüksəlib.“Schlumberger”in ilin ilk rübündəki xalis mənfəəti isə 279 milyon dollara düşüb. Şirkətin ötən ilin eyni dövründəki xalis mənfəəti 501 milyon dollar olmuşdu.xeber100.com

Aprel 22, 2017 9:37

Prezident seçkilərinə cəmi bir gün qalsa da…

Fransada prezident seçkilərinə cəmi bir gün qalsa da, çətin seçki kampaniyasında vəziyyət hələ də qeyri-müəyyəndir. Fransa Respublikasının lideri postuna 11 namizədin qərargahlarında və müstəqil analitika xidmətlərində sürprizlərin ola biləcəyi istisna edilmir. Əsas intriqa seçimini hələ də dəqiqləşdirməyən seçicilərin çoxluğu və səsvermədə iştirakın aşağı ola biləcəyidir.TASS informasiya agentliyi xəbər verir ki, ictimai rəy sorğuları ilk turda fransız elektoratının səsvermədə 70 faizdən az hissəsinin iştirak edəcəyini göstərir. Bu, konstitusiyanın geniş səlahiyyətlər verdiyi Beşinci respublikanın dövlət başçısının seçkisinə adətən yüksək marağın olduğu Fransa üçün aşağı göstəricidir. Belə ki, 5 il əvvəl, 2012-ci ildə keçirilən səsvermənin ilk turunda seçicilərin 79,5 faizi, 10 il öncə, 2007-ci ildə isə 83,7 faizi iştirak etmişdi.Bununla yanaşı, tədqiqatlar göstərir ki, səsverməyə bir gün qalmış fikrini dəqiqləşdirməyən seçicilərin sayı həddən artıq çoxdur: fransızların 30 faizi hələ də kimə səs verəcəyini müəyyənləşdirməyib.xeber100.com

Aprel 22, 2017 9:33

“Welt” qəzeti yazır…

Almaniyanın paytaxtı Berlin 2016-cı il üçün əhalisi 100 min nəfərdən çox olan yaşayış məntəqələri arasında ən təhlükəli şəhər seçilib. Bu barədə polisin ötən il üçün kriminal məruzəsinə əsaslanan “Welt” qəzeti yazıb.TASS informasiya agentliyi xəbər verir ki, keçən il Berlində hər 100 min sakinə 16 min 161 cinayət hadisəsi düşüb. Bu göstərici üzrə Almaniya paytaxtı son illər qanun pozuntularına görə liderlik edən Frankfurt-Mayn şəhərini geridə qoyub.Almaniyanın ən kriminal ilk üç şəhəri arasında, həmçinin Leypsiq (15 min 811 cinayət) və Hannover (15 min 764 cinayət) də var. Ən təhlükəsiz şəhər statusunu isə artıq neçə illərdir ki, Bavariyanın paytaxtı Münxen daşıyır (7 min 909 cinayət).Ekspertlər qeyd edirlər ki, 2016-cı ildə Almaniyada cinayətkarlığın ümumi sayı əvvəlki illə müqayisədə 0,7 faiz artıb. Cinayətlərin açılması səviyyəsi isə demək olar ki, dəyişməz qalıb – 56,2 faiz.xeber100.com

Aprel 22, 2017 9:27

Elmi müdafiə etmək məqsədilə…

Elmi faktlara siyasi hücumlara etiraz əlaməti olaraq, dünyanın yüzlərlə şəhərində alimlər küçələrə çıxıblar.Azərtac xəbər verir ki, Yer Gününə təsadüf edən yürüşlər diqqəti ətraf mühitin problemlərinə yönəltmək məqsədi daşıyır.Əsas tədbir bir qədər sonra Vaşinqtonda keçiriləcək. Təşkilatçılar bildirirlər ki, yürüş ABŞ Prezidenti Donald Trampa qarşı deyil, onun ətraf mühitə bilavasitə təsir göstərən fəaliyyətinə yönəlib. BBC xatırladır ki, Tramp bir müddət əvvəl iqlim dəyişikliyi problemini uydurma adlandırmışdı və onun bu baxışları elmi ictimaiyyətdə ciddi narahatlıq doğurub.xeber100.com

Aprel 22, 2017 9:23

Böyük Britaniyada parlament seçkilərinə hazırlıq prosesi başlayıb

Avropa Parlamentinin sədri Antonio Tayani Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma prosesini istənilən an dayandıra biləcəyini bildirib. Bu məsələ Baş nazir Tereza Meyin elan etdiyi növbədənkənar parlament seçkiləri ərəfəsində daha da aktuallaşıb.Interfax informasiya agentliyi xəbər verir ki, Tayaninin sözlərinə görə, əgər yeni hökumət “Brexit”ə başqa cür yanaşsa, Lissabon sazişinin 50-ci maddəsinə əsasən başlayan bu prosesi dayandıra bilər.Avroparlament sədrinin bu fikri Tereza Meyin “Brexit”in geriyə dönüşünün olmadığı barədə iddialarına əsla uyğun gəlmir.Xatırladaq ki, Böyük Britaniyada əvvəlcə 2020-ci ilə təyin olunan parlament seçkiləri bu il iyunun 8-də keçirilməlidir. Britaniya hökumətinin başçısı ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosesini həyata keçirmək üçün müəyyənliyə, sabitliyə və güclü rəhbərliyə ehtiyac olduğunu və növbədənkənar parlament seçkilərinin məhz buna hesablandığını vurğulayıb.xeber100.com

Aprel 21, 2017 2:04

RTL teleradio kompaniyasının məlumatına əsasən…

Belçika polisinin terroristlərlə əlaqədə şübhəli bilinən şəxslər barədə məlumatlar bazasında 18 min 884 nəfərin adı keçir ki, bu da 2010-cu illə müqayisədə 10 dəfə çoxdur.RTL teleradio kompaniyasının Belçika Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata əsasən, adları polisin siyahısına daxil edilənlərin 2,2 min nəfəri radikallığa və təcavüz aktlarına potensial hazır olan şəxslərdir.Xatırladaq ki, 2016-cı il martın 24-dən Belçikada üçüncü terror təhlükəsi səviyyəsi tətbiq olunur. Martın 22-də Brüssel metrosunda və hava limanında baş verən terror hücumlarından sonra elan edilən ən yüksək dördüncü təhlükə səviyyəsi hadisədən iki gün sonra üçüncü səviyyəyə endirilib.Parisdə 2015-ci ilin noyabrında törədilmiş terror aktlarından sonra Belçikada ictimai yerlərdə təhlükəsizliyin təmin olunmasına hərbçilər də cəlb edilib. Hazırda onların sayı 1250 nəfərə çatır. Ölkənin müdafiə naziri Steven Vandeputun sözlərinə görə, hərbçilərin antiterror əməliyyatlarında iştirakı indiyədək Krallıq büdcəsinə 100,289 milyon avroya başa gəlib.xeber100.com

Aprel 21, 2017 1:56

“Emirates” aviareyslərin sayını azaldacaq

“Emirates” aviakompaniyası ABŞ-da Yaxın Şərq ölkələrindən olan sərnişinlərə təsir edən təhlükəsizlik qaydalarının tətbiqi ilə əlaqədar bu ölkənin beş şəhərinə reyslərin sayını azaldacaq. Azərtac xəbər verir ki, kompaniyanın məlumatına əsasən, reyslərin bir hissəsinin ləğv olunması ABŞ-a aviabilet tələbatının azalması ilə bağlıdır.Kompaniya Dubaydan Fort-Loderdeyl və Orlandoya gündəlik uçuşları həftədə yeddi reysdən beş reysə salmağı planlaşdırır. Həmçinin iyun ayında Boston, Sietl və Los-Ancelesə reyslər də gündə iki dəfədən bir dəfəyə endiriləcək.Xatırladaq ki, yanvarın sonlarında ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyan fərman imzalayıb. “Emirates” aviakompaniyasının prezidenti Tim Klarkın sözlərinə görə, bu səbəbdən ABŞ-a uçan sərnişinlərin sayı təxminən 1/3-dək azalıb.xeber100.com

Aprel 20, 2017 3:15

Beynəlxalq Enerji Agentliyinin məlumatı

ABŞ-da xam neft ehtiyatları ötən həftə ərzində 1,03 milyon barrel azalıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.Hesabata görə, ötən həftə ölkədə əmtəəlik ehtiyatlar da 1,96 milyon barrel azalıb, benzin ehtiyatları isə 1,54 milyon barrel artıb.xeber100.com

Aprel 20, 2017 3:09

“Reuters” agentliyinin məlumatına görə…

“Boeing” şirkəti bu il 100-dən çox mühəndisi işdən azad edəcək.“Reuters” agentliyi xəbər verir ki, şirkət məcburi ixtisarlarla bağlı ikinci mərhələyə yaxınlaşır və bu dəfə 100-ə yaxın mühəndis işdən azad ediləcək. Bu ixtisarların səbəbi məhsul satışının azalması ilə bağlıdır.xeber100.com

Aprel 19, 2017 2:18

Növbədənkənar parlament seçkiləri keçiriləcək

Böyük Britaniyada iyunun 8-də növbədənkənar  parlament seçkiləri keçiriləcək.“RİA Novosti”nin məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deyib. “Mən bu dəqiqə Nazirlər Kabinetinin iclasını keçirdim. Biz qərara aldıq ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçirilsin. Ölkəyə güclü hökümət lazımdır”, - deyə o, söyləyib.Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar hakim partiyanın populyarlıq reytinqində irəliləyişlərə nail olduğu dövrə təsadüf edir.xeber100.com

Aprel 18, 2017 2:21
    Page 184 of 301« First«...102030...182183184185186...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az