İnternetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxt açıqlanıb

ABŞ-ın “SpaceX” şirkəti xüsusi peyk qrupları vasitəsilə dünyada internetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxtı açıqlayıb. “The Verge” saytı şirkətin vitse-prezidenti Patrisiya Kuperə istinadən məlumat verib ki, Yer orbitində şəbəkənin qurulmasına 2019-cu ildə başlanılacaq.“IGate” resursu bildirir ki, “SpaceX” 2017-ci ildə orbitə ilk peyk prototipini, 2018-ci ilin əvvəlində isə növbəti belə prototipi buraxmağı planlaşdırır. İlk aparatlar texnologiyaların sınaqları üçün nəzərdə tutulub. Testlərin uğurlu keçəcəyi təqdirdə ilk şəbəkə seqmentləri 2019-cu ildə kosmosa çıxarılacaq.Məlumata görə, tam gücü ilə 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılan şəbəkə 4425 peykdən ibarət olacaq və şirkətin hesabına qurulacaq yerüstü stansiyalar tərəfindən dəstəklənəcək. “SpaceX” peykləri orbitə öz istehsalı olan “Falcon 9” raketdaşıyıcıları ilə göndərmək niyyətindədir. Bunun xərcləri xeyli azaldacağı və digər təşkilatlardan potensial asılılığı minimuma endirəcəyi bildirilir.Vitse-prezidentin sözlərinə görə, peyk şəbəkəsi dünyada internetin qoşulması üçün fiziki infrastrukturun qurulması zərurətini aradan qaldıracaq. Şəbəkə istifadəçiləri üçün terminallar noutbuk ölçüsündə, bağlantı sürəti isə kabel qoşulması səviyyəsində olacaq.“SpaceX” daim peyklər üçün proqram təminatının təkmilləşdirilməsi, eləcə də şəbəkənin müxtəlif dəyişikliklərə uyğunlaşdırılması ilə məşğul olmağa hazırlaşır.xeber100.com

May 5, 2017 4:06

Konstitusiya Şurasının təsdiqlədiyi məlumata əsasən…

Fransa prezidenti postuna namizəd “İrəli” hərəkatının lideri, mərkəzçi Emmanuel Makron Brüsselin islahatlara getməyəcəyi təqdirdə “Frexit” (Fransanın Aİ-nin tərkibindən çıxması) perspektivi ilə qarşılaşa biləcəyini deyib.TASS informasiya agentliyi xəbər verir ki, siyasətçi bütün seçki kampaniyası ərzində daim Avropa ideyası və siyasətini dəstəklədiyini bildirib. “Biz eyni zamanda vəziyyətə baxmalı, insanlarımıza qulaq asmalıyıq. Avropa İttifaqının pozulmuş funksionallığı artıq işə yaramır”, -deyə Makron qeyd edib.“İrəli” hərəkatının banisi bu səbəbdən Aİ-nin eyni şəkildə fəaliyyət göstərməsinə imkan verilməsini “xəyanət” hesab edir: “Mən belə etmək istəmirəm, çünki növbəti gün biz ya “Frexit”, ya da “Milli cəbhə” (Marin Le Penin partiyası) ilə üzləşə bilərik.Xatırladaq ki, Fransada 11 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. Konstitusiya Şurasının təsdiqlədiyi məlumata əsasən, Emmanuel Makron 24,01 faiz səs toplayaraq birinci yeri tutub. Onunla yanaşı, Marin Le Pen də 21,30 faiz səslə ikinci tura keçməyə müvəffəq olub. Yekun nəticəsi 20,01 faiz olan Fransua Fiyon üçüncü, 19,58 faiz səs toplayan Melanşon isə dördüncü yerdə qərarlaşıb.Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.xeber100.com

May 1, 2017 3:08