10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

4,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında 4,8 bal gücündə zəlzələ baş verib.RİA Novosti informasiya agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqəsindən 59 km şimalda, ocağı isə 44 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkən yoxdur.xeber100.com

Aprel 27, 2017 2:24

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən…

ABŞ-da xam neft ehtiyatları ötən həftə ərzində 3,64 milyon barrel azalıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Hesabata görə, keçən həftə ölkədə əmtəəlik neft ehtiyatları 2,65 milyon barrel, benzin ehtiyatları isə 3,37 milyon barrel artıb.xeber100.com

Aprel 27, 2017 2:23

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən…

Rusiyanın Buryatiya Respublikasındakı Telembad poliqonunda MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hər iki pilot katapulta edilə bilib.TASS agentliyinin yaydığı xəbərə görə, təyyarə təlim uçuşu həyata keçirirdi. Pilotlar hadisə yerindən təxliyə ediliblər.xeber100.com

Aprel 26, 2017 3:36

Qanunsuz tikintiyə görə cərimə kəsilib

Ukraynanın Odessa şəhərinin mərkəzində qanunsuz tikintiyə görə külli miqdarda cərimə kəsilib.Azərtac xəbər verir ki, Odessa Dövlət Memarlıq və İnşaat Müfəttişliyi şəhərin tarixi mərkəzində qanunsuz tikinti aparan şəxsə 3 milyon qrivin (113421 dollar) dəyərində cəza kəsib.Odessa rayon prokurorluğunun məlumatına görə, şəhərin tarixi mərkəzində qanunsuz tikintiyə görə Cinayət Məcəlləsinin qəsdən qanunsuz məhvetmə və ya mədəni irsə zərərvurma maddəsi ilə cinayət işi açılıb.xeber100.com

Aprel 25, 2017 3:13

Fransada prezident seçkiləri mayın 7-də keçiriləcək

“İrəli” hərəkatının banisi Emmanuel Makron prezident seçkilərinin ikinci turuna çıxan kimi həm sağ, həm də sol cinahındakı uğursuz rəqiblərini ətrafında birləşdirən kompromis namizəd olub. Euronews telekanalı xəbər verir ki, seçkilərin ilk turunda üçüncü yeri tutan “Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon keçmiş rəqibi Makrona səs verəcəyini bildirib. Aprelin 24-də onun partiyasının üzvləri “Milli cəbhə” partiyasının lideri Marin Le Penə qarşı birləşib.İlk turda beşinci yerlə kifayətlənməli olan “Sosialist” partiyasının namizədi Benua Amon “İrəli” hərəkatının liderinə dəstək üçün bütün resurslarını cəmləyib.Fransa prezidenti də, həmçinin tərəfdarlarını özünün sabiq müşaviri və sosialistlərin hökumətində keçmiş iqtisadiyyat nazirinə səs verməyə çağırıb. Le Peni milli təhlükə adlandıran Fransua Olland Makronu dəstəklədiyini rəsmi şəkildə bəyan edib.Xatırladaq ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Bu turda Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaqlar.xeber100.com

Aprel 25, 2017 3:05

Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti uzadılıb

Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini 60 gündən 90 günədək uzadıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.Xatırladaq ki, 2015-ci ildə iki ölkə arasında yaranmış gərginlikdən sonra Rusiya Türkiyə vətəndaşları üçün vizasız gediş-gəliş rejimini ləğv etmişdi. Lakin rəsmi Ankara cavab addımı atmamışdı.Bu ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı Prezident Vladimir Putin Türkiyə vətəndaşlarının işə götürülməsinə qoyulmuş qadağanın da tezliklə aradan qaldırılacağını vəd etmişdi.xeber100.com

Aprel 24, 2017 2:40

“Borajet” aviaşirkəti fəaliyyətini müvəqqəti dayandırıb

Türkiyəyə məxsus “Borajet” aviaşirkəti fəaliyyətini müvəqqəti dayandırıb.“NTV” telekanalı xəbər verir ki, xarici və daxili 80 istiqamətdə uçuşlar həyata keçirən aviaşirkət bu gündən etibarən uçuşlarına fasilə verir. Şirkət fəaliyyətini üçüncü İstanbul hava limanı istifadəyə verildikdən sonra bərpa edəcək. “SBK Holding” tərəfindən alınan aviaşirkət yeni hava limanının açılışına qədər hazırlıqlara başlayıb.Məlumata görə, hazırda şirkət təyyarələrinin texniki nasazlıqlarını aradan qaldırmaq və yeni istiqamətlər üzrə danışıqlar aparmaq üçün işlər görür. “Borajet” aviaşirkəti qabaqcadan alınan biletlərin sərnişinlərini “Türk Hava Yolları”na yönləndirib.xeber100.com

Aprel 24, 2017 2:35

TBMM-nin fəaliyyətə başlamasının 97-ci ildönümü qeyd olunub

Aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 97-ci ildönümü qeyd olunur. Bu münasibətlə ölkənin bütün ərazisində, o cümlədən təhsil müəssisələrində tədbirlər, şənlik və konsertlər təşkil olunub. Küçə və meydanlar bayramsayağı bəzədilib.Baş nazir Binəli Yıldırım, milli təhsil naziri İsmət Yılmaz, TBMM-nin rəhbər şəxsləri, siyasi partiyaların liderləri və digər rəsmi şəxslər, həmçinin məktəblilər, eləcə də ölkə ictimaiyyətinin nümayəndələri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.xeber100.com

Aprel 23, 2017 8:04

“L’Express”in məlumatına görə…

On bir milyon fransız seçici səs verə bilməyəcək“L'Express”in verdiyi məlumata görə, əsasən 7 milyon fransızın adı və ya ünvanı səhv yazıldığından səsvermədə iştirak edə bilməyəcək. 4 milyon fransız seçicinin adı isə heç seçki siyahısına salınmayıb. Bunun demokratik anomaliya olduğu qeyd edilir.xeber100.com

Aprel 23, 2017 7:55

“Baker Hughes” şirkətinin məlumatı

ABŞ-dakı aktiv neft quyularının sayı 688-ə çatıb.Azərtac “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı 5 ədəd artaraq 688-ə çatıb. Bu, 2015-ci ilin aprel ayından indiyədək maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 14 həftədir ki artır.xeber100.com

Aprel 22, 2017 9:40
    Page 183 of 301« First«...102030...181182183184185...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az