30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Prezidentliyə namizədlərin rəsmi qeydiyyatı başlayıb

Cənubi Koreyanın Mərkəzi Seçki Komissiyası aprelin 15-də ölkə prezidentliyinə namizədlərin rəsmi qeydiyyatına başlayıb.Azərtac Cənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, seçkiqabağı kampaniyaya iki gündən sonra start veriləcək. Ölkədə keçirilən növbədənkənar prezident seçkiləri martın 10-da korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.MSK artıq prezidentliyə iki əsas namizədi - Demokratik Partiyanın namizədi Mun Çje İni və mərkəzçi Xalq Partiyasının namizədi An Çxol Sunu, həmçinin daha 10 nəfəri qeydiyyatdan keçirib.İctimai rəy sorğuların nəticəsinə əsasən, Mun Çje İn prezident postuna iddialı namizədlərin arasında lider mövqedə qərarlaşıb.Mayın 9-na təyin olunmuş növbədənkənar prezident seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçiriləcək. Mun Çje İn Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması onun bu sahədə fəaliyyətini çətinləşdirir.Xatırladaq ki, 2012-ci il seçkilərində Mun Çje İn rəqibi Pak Kın Xeyə uduzmuşdu.xeber100.com

Aprel 15, 2017 6:21

“Boeing” kompaniyası yeni təyyarəsini sınaqdan keçirib

Amerikanın “Boeing” kompaniyası yeni “737 MAX 9” təyyarəsini uğurla sınaqdan keçirib. Bu barədə məlumat korporasiyanın saytında yerləşdirilib.Interfax informasiya agentliyi xəbər verir ki, yeni laynerdə əvvəlki “MAX 8 “modelinə nisbətən 16 sərnişin yeri artıqdır. Bununla yanaşı, onun daha qənaətcil olduğu bildirilir. Uçuş məsafəsi 6,5 min kilometr təşkil edən və sürəti saatda 842 kilometrə çatan təyyarə ümumilikdə 178 sərnişin daşıya biləcək.Yeni təyyarənin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Buna baxmayaraq, indiyədək bütün dünya üzrə 90-a yaxın kompaniya ümumilikdə 3,7 min təyyarə üçün ilkin sifarişlər verib.xeber100.com

Aprel 14, 2017 2:55

Xarici işlər nazirlərinin görüşü keçirilib

Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib.Görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməsində israrlıdır. Rusiya Suriya hökumətinə sülhün, iqtisadiyyatın, mülki infrastrukturun bərpa edilməsində, humanitar problemlərin həll olunmasında hərtərəfli yardımı davam etdirəcək.Rusiyalı nazir əlavə edib ki, üçtərəfli görüşdə Suriya ərazisindəki terrorçu qruplaşmaların məhv edilməsi məsələsinə xüsusi diqqət ayrılıb. S.Lavrovun sözlərinə görə, Rusiya və ABŞ Suriyada kimyəvi tərkisilahın təminatçılarıdır. O xatırladıb ki, Suriyanın kimyəvi silahların qadağan edilməsinə dair Konvensiyaya qoşulması təşəbbüsünü məhz ABŞ və Rusiya dəstəkləyib.Suriyanın xarici işlər naziri Valid Müəllem qeyd edib ki, Moskva, Tehran və Dəməşq Suriyada terrorizmlə mübarizəni davam etdirəcək. O, İran xarici işlər naziri ilə də bu məsələləri müzakirə etdiyini bildirib.xeber100.com

Aprel 14, 2017 2:51

Vergi qanunvericiliyində dəyişikliklər olacaq

Avstraliya parlamentində kiçik və orta biznes üçün vergi yükünün azaldılması üzrə müvafiq müddəalar müzakirə edilib, müasir reallıqlar nəzərə alınmaqla vergi dərəcələrinin optimallaşdırılması barədə üçillik proqram qəbul olunub.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, nəzərdə tutulan dəyişikliklərdən biri də hər hansı şirkətin kiçik biznesə aid edilməsi üçün onun illik maksimal dövriyyəsinin həddinin 2 milyon Avstraliya dollarından (1 AUD =1,29388 manat) 10 milyon dollara qaldırılmasıdır.Korporativ verginin dərəcəsi isə 28,5 faizdən 27,5 faizə endirilib. 2025-ci ilə qədər isə bu dərəcənin 25 faizədək aşağı salınacağı planlaşdırılır.xeber100.com

Aprel 13, 2017 2:44

“Yomiuri” qəzetinin məlumatına görə…

Yaponiyanın Baş naziri Şinzo Abe aprelin sonlarında Rusiyaya səfərdən sonra Avropanın beş ölkəsini ziyarət edəcək. Bu barədə aprelin 13-də “Yomiuri” qəzeti məlumat yayıb.Qəzetin verdiyi məlumata görə, Baş nazirin aprelin sonu mayın əvvəlinə planları Yaponiyada gələn ayın əvvəllərində qeyd edilən və bir neçə dövlət bayramını özündə birləşdirən “Qızıl həftə”yə uyğun olaraq tərtib olunub.Şinzo Abenin Rusiyaya səfəri aprelin 27-28-nə planlaşdırılır. Səfər zamanı onun Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi və Kuril adalarında birgə iqtisadi fəaliyyət, həmçinin həmin adaların 1945-ci ilin avqustunadək burada yaşamış yaponlar tərəfindən ziyarətinin sadələşdirilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir.xeber100.com

Aprel 13, 2017 2:34

Şimali Koreyanın nüvə proqramına qarşı çoxmərhələli strategiya hazırlanıb

ABŞ hakimiyyəti Şimali Koreyanın nüvə proqramına qarşı çoxmərhələli strategiya hazırlayıb.Azərtac xəbər verir ki, Reuters agentliyinin məlumatına əsasən, tədbirlərin siyahısı xeyli genişdir və həm güc, həm də diplomatik metodları nəzərdə tutur. Bununla belə, ABŞ Prezidenti Donald Tramp ilk növbədə diplomatik və iqtisadi təsir tədbirlərini nəzərdən keçirir. Sanksiyalar qismən Vaşinqton, qismən isə BMT vasitəsilə tətbiq oluna bilər. Məhdudlaşdırıcı tədbirlər birbaşa Pxenyanın fəaliyyətinə mütənasib olaraq “sürüşkən şkala” üzrə həyata keçiriləcək.Sanksiyalara KXDR-ə neft ixracına embarqo, həmçinin bu ölkədən dəniz məhsulları və kömür alınmasına qadağanın daxil edilməsi mümkündür. Habelə Şimali Koreya təyyarələrinin digər dövlətlərin hava sərhədlərini keçməsinə, gəmilərinin isə xarici limanlara girməsinə icazə verilməyə bilər. KXDR kompaniyaları ilə əməkdaşlıq edəcək Çin banklarına da cəza nəzərdə tutulur.Bir qədər əvvəl “The New York Times” qəzeti aprelin 15-də - ölkənin ilk lideri Kim İr Senin anadan olmasının ildönümündə Pxenyanın yeni nüvə sınağı keçirə biləcəyi barədə məlumat yayıb.xeber100.com

Aprel 13, 2017 2:09

“TESCO” firması maliyyə hesabatları ilə əlaqədar olaraq cərimələnib

Britaniyanın ən böyük supermarket şəbəkələrindən sayılan “TESCO” firması maliyyə hesabatları ilə əlaqədar olaraq cərimələnib. Cərimədən sonra firmanın illik gəliri aşağı enib.Firma maliyyə hesabatlarında verilən nöqsanları qəbul etdikdən sonra 235 milyon funt sterlinq cərimə ödəməli olacaq.“TESCO”dan verilən açıqlamada illik gəlir hədəflərini daha da artırdıqları bildirilib. Gələcəkdə bu cür nöqsanlara yol verilməməsi üçün daha ciddi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.xeber100.com

Aprel 12, 2017 1:12

5,8 bal gücündə zəlzələ olub

Aprelin 12-də Filippinin Mindanao adasında 5,8 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentri Osias yaşayış məntəqəsindən 7,9 kilometr şimalda, ocağı isə 8,3 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.xeber100.com

Aprel 12, 2017 1:08

TASS informasiya agentliyinin məlumatı

ABŞ-ın dövlət katibi Reks Tillerson Moskvaya gəlib. Xarici siyasət idarəsi rəhbərinin xüsusi təyyarəsi “Vnukovo-2” aeroportunda eniş edib.TASS informasiya agentliyi xəbər verir ki, bu, Tillersonun dövlət katibi postuna təyin edilməsindən sonra Rusiyaya ilk səfəridir. Aprelin12-də dövlət katibi RF xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq. Aydındır ki, əsas mövzulardan biri aprelin 7-nə keçən gecə ABŞ-ın Suriyadakı hərbi bazaya raket zərbəsi olacaq. Moskva ABŞ-ın bu addımını birmənalı olaraq suveren dövlətə qarşı təcavüz kimi qiymətləndirir.Bundan başqa, Rusiya tərəfi Liviya, Yəmən və Əfqanıstanda vəziyyətlə bağlı məsələ də qaldırmaq niyyətindədir. Gündəliyə, həmçinin Kiyevin Minsk sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməməsi, ikitərəfli münasibətlərə dair məsələlər daxildir.xeber100.com

Aprel 12, 2017 1:05

“Kanada Bankı” 10 dollarlıq əsginas buraxacaq

“Kanada Bankı” “Konami” kodlu 10 dollarlıq əsginas dövriyyəyə buraxacaq.Azərtac "vistanews.ru"ya istinadla xəbər verir ki, “Konami” kodu “Kanada Bankı”nın yeni əsginasının buraxılması haqqında qanun layihəsində “gizlədilib”. Kanadanın 150 illiyi şərəfinə hökumət yeni 10 dollarlıq əsginasın buraxılması haqqında qanun layihəsini qəbul edərək daha möhtəşəm bayram etmək niyyətindədir. Bu barədə məlumatı “Kanada Bankı” öz rəsmi saytında açıqlayıb.Qeyd edək ki, “Konami” kodu ilk dəfə 1986-cı ildə yaranıb.xeber100.com

Aprel 12, 2017 12:59
    Page 186 of 301« First«...102030...184185186187188...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az