Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı, terrorçu da daxil olmaqla, 5 nəfərə çatıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Skotland Yard polisi məlumat verib.Məlumatda, həmçinin hadisə nəticəsində 40 nəfərin də yaralandığı bildirilir.Baş nazir Tereza Mey Təhlükəsizlik Şurasının iclasında terrora təslim olmayacaqlarını deyərək, birlik və bərabərlik mesajı verib. O, həmçinin Böyük Britaniyada terror təhlükəsi səviyyəsinin dəyişməz qalacağını qeyd edib. “Terror təhlükəsinin səviyyəsi “ciddi” olaraq qalacaq, səviyyə yüksəldilməyəcək”, - deyə T.Mey bildirib.Qeyd edək ki, Böyük Britaniyada terror təhlükəsinin “aşağı”, “sadə”, “ciddi”, “yüksək” və “böhran” səviyyələri mövcuddur.xeber100.com