10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Britaniya hökumətinin bəyanatına əsasən…

ABŞ Prezidenti Donald Tramp və Britaniyanın Baş naziri Tereza Mey arasında telefon söhbəti olub. Siyasətçilər müxtəlif ölkələrin Suriya barədə mövqelərini müzakirə edərək ortaq fikrə gəliblər: indi üçüncü ölkələri inandırmağa imkan yaranıb ki, bundan sonra Suriya Prezidenti Bəşər Əsəd ilə müttəfiqlik həmin dövlətlərin strateji maraqlarına uyğun deyil.Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir ki, ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya səfəri Suriya məsələsində irəliləyişə nail olmağa imkan verə bilər. Siyasətçilər Yaxın Şərqdə vəziyyəti və Koreya Xalq Demokratik Respublikasına təzyiqi artırmaq məsələsini də müzakirə ediblər.Ağ evin bəyanatında qeyd edilir ki, Tramp Almaniya kansleri Angela Merkel ilə də telefon söhbəti edib. Həm Merkel, həm də Mey Vaşinqtonun Suriyada keçirdiyi əməliyyatları dəstəklədiklərini bildirərək qeyd ediblər ki, Əsəd məsuliyyətə cəlb edilməlidir.xeber100.com

Aprel 11, 2017 3:10

Dünya Sərgisinin təşkili barədə sorğu dəstəklənib

Aprelin 11-də Yaponiya Nazirlər Kabineti 2025-ci ildə Osaka prefekturasında keçirilməsi planlaşdırılan Dünya Sərgisinin təşkili barədə sorğunu dəstəkləyib.Plana əsasən, sərgi mayın 3-dən noyabrın 3-dək 180 gün davam edəcək. Sərgidə 30 milyonadək ziyarətçinin iştirakı gözlənilir.Sərginin keçiriləcəyi kompleks Osaka şəhərinin Yumesima süni adasında inşa olunacaq. Onun tikintisinə 1 milyard 100 milyon dollar sərf olunacağı bildirilir. Mərkəzi hökumət, yerli bələdiyyələr və biznes nümayəndələri sərgi kompleksinin xərclərini öz aralarında bərabər böləcəklər.xeber100.com

Aprel 11, 2017 3:07

Filippində 5,6 bal gücündə zəlzələ baş verib

Aprelin 10-da gecə saatlarında Filippində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanlar yerli vaxtla saat 00:43 dəqiqədə Bataq adasında qeydə alınıb. Zəlzələnin ocağı 8,2 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Aprel 10, 2017 3:24

Fövqəladə vəziyyət tətbiq olunacağı elan edilib

Misir televiziyasının verdiyi məlumata görə, Misir hökuməti ölkədə üç ay müddətinə fövqəladə vəziyyət tətbiq olunması barədə aprelin 9-da Prezident Əbdülfəttah əs-Sisi tərəfindən təklif edilən qanun layihəsini bəyənib. İndi qanun layihəsi ölkə parlamentində təsdiqlənmə proseduru keçməlidir.Qeyd etmək lazımdır ki, Tanta və İsgəndəriyyə şəhərlərindəki xristian məbədlərində törədilmiş terror aktlarından sonra Misir Prezidenti “Konstitusiyaya müvafiq hüquqi prosedurlar həyata keçiriləndən sonra” ölkədə üç ay müddətinə fövqəladə vəziyyət tətbiq olunacağını elan edib.Xatırladaq ki, Misir Səhiyyə Nazirliyinin son məlumatına görə, bu iki terror aktı nəticəsində 45 nəfər həlak olub, 100-dən çox adam zərər çəkib.xeber100.com

Aprel 10, 2017 3:21

Suriyadakı vəziyyət müzakirə edilib

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp aprelin 9-da telefon danışığı zamanı Suriyadakı vəziyyət və Şimali Koreya məsələlərini müzakirə ediblər. Bu barədə Yaponiya hökumətinin başçısı jurnalistlərə məlumat verib.Baş nazir deyib: “Bir az bundan əvvəl bizim Prezident Donald Trampla telefon danışığımız oldu. Danışığın yüksək səviyyəli ABŞ-Çin görüşündən dərhal sonra keçirilməsinə baxmayaraq, biz 45 dəqiqə ərzində Suriya və Şimali Koreya barədə açıq fikir mübadiləsi apardıq. Mən Prezident Trampın müttəfiq ölkələrin və dünyanın təhlükəsizliyi, sülhün qorunması işində iştirakını yüksək qiymətləndirirəm”.Baş nazir əlavə edib: “Şimali Koreya məsələsində biz Çinin reaksiyasını xüsusi diqqətlə izləyirik. Biz belə bir vahid mövqeyə gəldik ki, Yaponiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı, sıx əlaqədə olması, həmçinin Yaponiya, ABŞ və Cənubi Koreyanın birliyi mühüm əhəmiyyətə malikdir”.xeber100.com

Aprel 9, 2017 2:37

4,2 bal gücündə zəlzələ olub

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub.Anadolu informasiya agentliyinin məlumatına görə, 19.85 kilometr dərinlikdə baş verən yeraltı təkanların episentri Tuşba rayonunda qeydə alınıb.Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.xeber100.com

Aprel 9, 2017 2:32

“Baker Hughes” şirkətinin məlumatına görə…

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 15 ədəd artaraq 839-a çatıb.“Baker Hughes” şirkəti xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 10 ədəd artaraq 672, qaz quyularının sayı 5 ədəd çoxalaraq 165, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub.tən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 318 ədəd, qaz quyularının sayı 76 ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 396 ədəd artıb.xeber100.com

Aprel 8, 2017 6:37

Beynəlxalq Reytinq Agentliyi iki ölkənin kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi iki ölkənin kredit reytinqini təsdiqləyib.Azərtac xəbər verir ki, “Standard & Poor's” Fransanın kredit reytinqini “AA”, Səudiyyə Ərəbistanının reytinqini isə “A-” səviyyəsində saxlayıb. Beynəlxalq Reytinq Agentliyi Fransa və Səudiyyə Ərəbistanının kredit reytinqi üzrə proqnozunu isə “stabil” səviyyəsində təyin edib.xeber100.com

Aprel 8, 2017 6:32

TASS informasiya agentliyinin məlumatı

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyada vəziyyətin dəyişməsi səbəbindən aprelin 10-da Rusiyaya planlaşdırılan səfərini ləğv edib. Bu barədə xarici siyasət idarəsinin aprelin 8-də yayımlanan bəyanatında deyilir.TASS informasiya agentliyi xəbər verir ki, Conson məsələ ilə bağlı öz mövqeyini bildirərkən bundan sonra prioritetinin aprelin 10-11-də “Böyük yeddiliyin” iclasına hazırlıq çərçivəsində ABŞ və digər tərəflərlə təmasları davam etdirmək olduğunu deyib.“Bu təmasların məqsədi yer üzərində barışın və siyasi prosesin gücləndirilməsi üçün beynəlxalq koordinasiyalı dəstəyin yaradılması olacaq”, - deyə nazir qeyd edib.Rəsmi Moskva səfərin ləğvini səhv qərar adlandırıb. Bununla yanaşı, Kremldən bildiriblər ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun Rusiyaya aprelin 11-12-nə planlaşdırılan səfəri qüvvədə qalır.xeber100.com

Aprel 8, 2017 6:27

“MM Research Institute” şirkətinin hesabatına əsasən…

2016-cı ildə Yaponiyada 8,51 milyon ədəd planşet satılıb.Azərtac xəbər verir ki, bu barədə “MM Research Institute” şirkətinin hesabatında deyilir. Planşetlərin bazara çıxarılmasından sonra ilk dəfə olaraq regionda tədarük azalıb. 2015-ci illə müqayisədə satışlar təxminən 10 faiz aşağı düşüb.Lokal bazarda ilk yeri 41 faiz payla ABŞ-ın “Apple” şirkəti tutub. İkinci yerdə bazarın 21,6 faiz payını əhatə edən Çinin “Huawei Technologies” şirkəti qərarlaşıb. Üçüncü yerdə 8,5 faiz paya malik “NEC/Lenovo”, sonrakı yerdə isə 5,4 faiz payla “Asustek Computer” şirkətləridir.Kommersiya istifadəsinə yönəldilmiş planşetlərin tədarükü əhəmiyyətli dərəcədə azalıb. Buna səbəb, bəzi şirkətlər öz işlərində interfeysin optimallaşdırılmasına, əlavə proqram təminatının alışına və sistem mühafizəsinin ödənişinə əlavə vəsait xərcləmək istəməməsidir.Analitiklər hesab edirlər ki, planşet bazarı seqmentinə təhsil üçün nəzərdə tutulan cihazlar təkan verə bilər.xeber100.com

Aprel 8, 2017 4:40
    Page 187 of 301« First«...102030...185186187188189...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az