30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Brexit”-dən sonra referendumun məqsədi…

Britaniyanın Baş naziri Teresa Mey avropalıların Birləşmiş Krallığa sərbəst hərəkətinin “Brexit”-dən sonra da bir müddət davam etməsini təklif edib. Onun sözlərinə görə, hökumətin və iş yerlərinin sərbəst hərəkətə limit gətirilməmişdən qabaq müəyyən vaxta ehtiyacı var.“Brexit”-dən sonra sərbəst hərəkətin davam etməsi referendumun məqsədinə ziddir. Çünki Britaniya xalqı, ölkənin sərhədlərinə və immiqrasiyaya yenidən nəzarətin geri alınmasını istəyir. Baş nazir deyib ki, Britaniya hökuməti xalqının “Brexit”-dən gözlədiklərinə sadiq qalacaqdır.xeber100.com

Aprel 5, 2017 12:09

6,1 gücündə zəlzələ baş verib

İranın Məşhəd şəhərində Rixter cədvəli ilə 6,1 gücündə zəlzələ baş verib. Zəlzələ şəhərdən 76 kilometr aralıda baş verib. Dağıntılar və insan tələfatı haqqında hələlik məlumat verilmir.Yerli mətbuat bildirib ki, şəhərdə telefon və digər kommunikasiya xətləri kəsilib.xeber100.com

Aprel 5, 2017 12:04

TASS informasiya agentliyinin məlumatı

Sankt-Peterburq metrosunda partlayış zamanı yaralananlardan 6-nın vəziyyəti son dərəcə ağır olaraq qalır. Daha 4 yaralı ağır vəziyyətdədir.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə aprelin 5-də şəhər qubernatorunun müavini Anna Mityanina Twitter səhifəsində məlumat verib.Xatırladaq ki, bazar ertəsi günü Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. İlkin məlumata görə, partlayıcı qurğunu vaqonların birində terrorçu-kamikadze işə salıb. Terror nəticəsində 14 nəfər həlak olub, 50 nəfərə yaxın insan yaralanıb.Hüquq mühafizə orqanları terror aktının mümkün icraçısının Qırğızıstan sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilov olduğunu bildirirlər. Hadisə ilə bağlı təhqiqat davam edir.xeber100.com

Aprel 5, 2017 12:02

“Agerpres” xəbər agentliyinin məlumatına əsasən…

“Agerpres” xəbər agentliyinin məlumatına əsasən, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Rumıniya və Bolqarıstan Şenqen məkanında təmsil olunmalıdır və Avropa ölkələri məkanın böyüməsindən çəkinməməlidir.Nazir iki ölkənin buna nail olmaq üçün bütün texniki tələbləri yerinə yetirdiyini və qərarın uzadılmasının siyasi xarakter daşıdığını deyib. Avropa Komissiyası iki ölkənin texniki meyarları yerinə yetirdiyini dəfələrlə bildirsə də, son qərar Avropa İttifaqı Şurası tərəfindən hələ də qəbul edilməyib.xeber100.com

Aprel 4, 2017 12:17

“Rosneft” Qara dənizdə qazma fəaliyyətlərinə başlayacaq

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” bu il Qara dənizdə qazma fəaliyyətlərinə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə “Rosneft”in idarə heyətinin sədri İqor Seçin deyib. Rusiyanın Şimal Qütbündə yerləşən “Hatanga” yatağında qazma işlərinin başlanılması ilə bağlı tədbirdə çıxış edən İ.Seçin bu il ərzində Qara dənizdə qazma fəaliyyətlərinə başlayacaqlarını bildirib.“Rosneft”in gələn il Barens dənizində də kəşfiyyat işlərinə başlayacağını bildirən İ.Seçin deyib ki, 2019-cu ildə isə Sibirin şimalındakı Kara dənizində qazma fəaliyyətlərinə başlanılacaq.Şirkətin Qara dənizdəki qazma işləri üçün İtalyanın “Eni” şirkəti ilə birgə çalışması planlaşdırır.Neft hasilatının həcmi baxımından dünyanın ən böyük şirkəti olan “Rosneft”in Qara dənizdə 4, Barens dənizində isə 7 neft-qaz yatağı var.xeber100.com

Aprel 4, 2017 12:11

Sankt-Peterburqda aparılan danışıqların nəticələrinə əsasən…

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Sankt-Peterburqda aparılan danışıqların nəticələrinə əsasən, iki ölkə arasında yaranmış bütün mübahisəli məsələləri qaydaya saldıqlarını bildiriblər.Rusiya Prezidenti qeyd edib ki, neft sahəsində mübahisəli məsələlər yaxın 10 gün ərzində həll olunacaq, tərəflər normativ-hüquqi bazanın möhkəmləndirilməsi, Avrasiya İqtisadi İttifaqının inkişafı üzərində işləyəcək, 2018-ci il yanvarın 1-dək vahid qaz bazarı üzrə müştərək qaydalar işləyib hazırlayacaqlar.xeber100.com

Aprel 4, 2017 11:59

UNESCO tərəfdaşlıq konvensiyası imzalayıb

UNESCO-nun baş qərargahında proqram mənbə kodundan ibarət texnoloji və elmi biliklərin qorunub saxlanılmasına və asanlıqla əldə edilməsinə töhfə vermək üçün ümumi layihələr həyata keçirilmək məqsədilə UNESCO və Paris Tədqiqat Mərkəzi (İNRİA) tərəfdaşlıq konvensiyası imzalayıb.İmzalanma mərasiminə Fransa Prezidenti Fransua Olland və UNESCO-nun baş direktoru İrina Bokova da qatılıb.Bu əməkdaşlıq bütün proqram təminatlarının mənbə kodunu toplamaq, təşkil etmək, qoruyub saxlamaq və hamının istifadəsinə vermək məqsədi daşıyan “Softwaer Heritage”ın təşəbbüsünə əsaslanır.xeber100.com

Aprel 4, 2017 11:55

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-da neft istehsalçılarının ümumi kapital xərcləri 2012-ci ilin ilk rübündən indiyədək illik göstəricidə maksimum artım göstərib.Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə neft hasilatı üçün qoyulan investisiyalar təxminən son 5 ilin maksimumuna çatıb. ABŞ-da neft istehsal edən 44 şirkətin ümumi kapital xərcləri keçən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz artaraq 4,9 milyard dollar təşkil edib. Beləliklə də, ABŞ-da neft istehsalçılarının ümumi kapital xərcləri 2012-ci ilin ilk rübündən indiyədək illik göstəricidə ən böyük sıçrayış göstərərək təxminən son 5 ildə ən böyük artıma səbəb olub.xeber100.com  

Aprel 4, 2017 11:53

Rusiya mətbuatının məlumatına görə…

Bu gün səhər Sankt-Peterburq metrosunun “Sennaya ploşad” stansiyası yenidən bağlanıb.Rusiya KİV-lərinə istinadla xəbər verir ki, stansiyanın vestibülündə və eyni adlı meydanda onlarla yanğınsöndürən və tibb xidməti maşınları toplaşıb. Stansiyaya giriş dayandırılıb. Buna stansiyanın minalanmasına dair anonim zəngin səbəb olduğu bildirilir.Hazırda xüsusi təyinatlılar və kinoloqlar stansiyaya baxış keçirirlər. Qatarlar bu stansiyadan dayanmadan keçir.Xatırladaq ki, dünən Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar RF Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) üzrə cinayət işi açılıb. Rusiya səhiyyə Nazirliyinin son məlumatına görə, terror aktı nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.xeber100.com

Aprel 4, 2017 11:49

“Peoples Viennaline” aviaşirkəti dünyanın ən qısa reysini ləğv edib

Avstriyanın "Peoples Viennaline" aviaşirkəti dünyanın ən qısa reysini ləğv edib."vistanews.ru" saytı xəbər verir ki, Fridrixshaven şəhərindən Sankt-Qallenə uçuş cəmi 8 dəqiqə çəkirdi. Aviadaşıyıcı rəhbərliyi bu istiqamətə sərnişin axınını təhlil edərək, Almaniyadan İsveçrəyə rentabelsiz marşrutun bağlanması ilə bağlı qəti qərar qəbul edib.Sərnişinlərə iki Avropa ölkəsi arasında mürəkkəb dağlıq ərazidə ən qısa uçuş təklif olunurdu. Nəqliyyat şirkəti Boden gölü vasitəsilə sərnişinləri alternativ marşrutla cəlb etmək istəyirdi, lakin sərnişinlər görünür aerofobiyaya görə daha etibarlı yerüstü nəqliyyata üstünlük veriblər.Son yarım il ərzində aviaşirkətin xidmətlərindən iki mindən çox sərnişin istifadə edib.xeber100.com

Aprel 3, 2017 3:04
    Page 189 of 301« First«...102030...187188189190191...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az