03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ukrayna Hesablama Palatasının hesabatına əsasən…

Ukrayna Hesablama Palatasının hesabatına əsasən, vergi borcunun məbləğinin yüksək olması vergi borclarının idarə edilməsi üzrə mövcud sistemin səmərəsiz və qeyri-şəffaf olması ilə bağlıdır. Palatanın mövqeyinə görə, fiskal xidmətin bu istiqamət üzrə işinin məhsuldarlıq səviyyəsi çox aşağı olub.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, 2017-ci il fevralın 1-nə olan göstəricilərə əsasən, mənzil-kommunal xidmətlərinə görə ödənilmiş məbləğ ödənilməli olan vəsaitin 62,6 faizini təşkil edib.2014-2016-cı illəri əhatə edən son üç il ərzində dövlət büdcəsinə olan vergi borclarının məbləği 2017-ci ilin əvvəlində 59 milyard qrivnaya (2,18 milyard dollar) çatıb, bu isə 3,8 dəfə artım deməkdir. Borcların əsas məbləği əlavə dəyər vergisinin, müəssisələrin mənfəət vergisinin və icarə ödəmələrinin hesabına yaranıb.Beləliklə, dövlət orqanları tərəfindən görülən tədbirlərin səmərəsizliyi ona gətirib çıxarıb ki, vergi borcu “ümidsiz borc” statusunda qalmır, son nəticədə silinir. 2014-2017-ci illərdə Ukraynada mənzillərin isidilməsi üçün tarif 11,3 dəfə, qaz üçün 9,5 dəfə, isti su təchizatı üçün 5,6 dəfə, elektrik təchizatı üçün isə 3,2 dəfə artırılıb.xeber100.com

Mart 19, 2017 7:09

Kataniyanın aeroportu bağlanıb

Etna vulkanının püskürməsi səbəbindən Siciliyanın ən böyük ikinci şəhəri olan Kataniyanın aeroportu bağlanılıb.Xarici KİV-lər xəbər verir ki, hazırda texnika uçuş-eniş zolağını vulkan külündən təmizləsə də, vəziyyət yenə də kirtik olaraq qalır. Kataniyaya gələn təyyarələrin bir hissəsi şəhərdən 100 kilometr məsafədə yerləşən Komizo hava limanına yönləndirilir.Qeyd edək ki, Etna fevralın 28-də oyanıb. Son günlər vulkanın aktivliyinin xeyli artdığı və 2,7 min metr yüksəklikdə iki lava axını müşahidə olunur. Son günlər vulkanik maddələrin püskürməsi nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.xeber100.com

Mart 19, 2017 7:00

Ria Novosti agentliyinin məlumatı

Ekvadorda aramsız yağan leysan yağışları 15 nəfərin ölümünə səbəb olub.Ria Novosti agentliyi bildirir ki, bu barədə Ekvador Prezidenti Rafael Korrea məlumat verib. O bildirib ki, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb. Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.Qeyd edək ki, qonşu Peruda leysan yağışları nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Mart 19, 2017 5:41

“Nodon Sinmun” qəzeti yazır…

Martın 19-da Koreya Dövlət Mərkəzi Teleqraf Agentliyi Şimali Koreya tərəfindən balistik raketlər üçün nəzərdə tutulan yeni mühərrikin uğurlu sınağı barədə məlumat yayıb.NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, sınaq Şimali Koreyanın şimal-qərbindəki Soxe kosmodromundakı start meydanında aparılıb. Sınağı ölkə lideri Kim Çen In şəxsən izləyib.Hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan “Nodon Sinmun” qəzeti bu barədə məlumatı və fotonu özünün birinci səhifəsində yerləşdirib.

Mart 19, 2017 5:33

Yaponiya və Rusiya arasında müzakirə…

Tokioda Yaponiya və Rusiya diplomatları Kuril adalarında birgə təsərrüfat fəaliyytinin istiqamətləri ilə bağlı müzakirələrə başlayıblar.Danışıqların birinci raundunda Yaponiya xarici işlər nazirinin müavini Takeo Akiba və onun rusiyalı həmkarı İqor Morqulov iştirak edirlər.Yaponiya hazırda Rusiyaya məxsus olan Kuril adaları silsiləsinə - İturup, Kunaşir, Şikotan və Habomai arxipelaqına iddialıdır. 2016-cı ilin dekabrında Yaponiyada keçirilən sammit zamanı Baş nazir Ş.Abe və Prezident V.Putin həmin adalarda birgə təsərrüfat fəaliyyəti barədə razılığa gəliblər. Cari ilin aprelində Ş.Abenin Risyaya səfəri gözlənilir.xeber100.com

Mart 18, 2017 8:24

Ağ evdə keçirilən görüşdən sonra…

ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən fotosessiya zamanı Almaniya kansleri Angela Merkelin əlini sıxmayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, danışıqlardan sonra hər iki ölkənin liderləri Oval kabinetdə fotoqrafların qarşısına çıxıblar. Jurnalistlər onlardan bir-birinin əlini sıxmağı xahiş etsə də, Amerika Prezidenti buna reaksiya verməyib.Bunun tam əksi olan hadisə isə ABŞ Prezidenti ilə Yaponiyanın Baş naziri arasında fevralda baş tutan protokol çəkilişləri zamanı qeydə alınıb. O vaxt Tramp Sindzo Abenin əlini 20 saniyəyə qədər sıxaraq saxlayıb.xeber100.com

Mart 18, 2017 8:19

Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatı

Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahında bildirilib ki, NATO beynəlxalq batalyonunun ilk böyük bölməsi ölkəyə gəlib. Ümumilikdə 130 nəfərdən ibarət qrup Böyük Britaniyadan gəlib. Onlar burada eston həmkarları ilə birlikdə NATO bölməsini qəbul etməyə hazırlaşan 80 həmvətəninə qoşulacaq.Görüş mərasimində Estoniyanın müdafiə naziri Marqus Tsaxkna iştirak edib.NATO batalyonunun Estoniyada ümumi sayı 1,2 min nəfərdir. Növbəti həftələrdə Böyük Britaniya və Fransadan hərbçilərin və döyüş texnikasının gəlişi gözlənilir. Batalyonun bölünməsini aprel ayının birinci yarısında başa çatdırmaq planlaşdırılır.xeber100.com

Mart 18, 2017 8:15

Çin hökuməti yeni mülki aeroport inşa etməyi planlaşdırır

Çin hökuməti 2025-ci ilədək ölkədə 136 yeni mülki aeroport inşa etməyi planlaşdırır.Sinxua agentliyi Çin Milli İnkişaf və İslahatlar Komissiyasına istinadla yazır ki, yeni aeroportların bəziləri beynəlxalq, digərləri isə yerli statuslu olacaqdır. Hazırda istifadədə olan 207 mülki aeroport artan sərnişin tələbatını ödəmir. Bundan başqa, mövcud aeroportlar ölkənin bütün ərazisini əhatə etmir.Statistikaya görə, Çindəki aeroportlar ildə 900 milyondan çox sərnişinə xidmət göstərir. Bu rəqəmin 2020-ci ildə 1,5 milyarda, 2025-ci ildə isə 2,2 milyard nəfərə çatacağı gözlənilir.xeber100.com

Mart 17, 2017 2:08

“Volkswagen”in avtomobil modellərinin satışı artıb

Alman konserni “Volkswagen”in avtomobil modellərinin Çində satışı ötən il 12,2 faiz artaraq 3,98 milyon ədədə çatıb. Bura həm xaricdən idxal edilmiş avtomobillər, həm də “Volkswagen” Çindəki iki müştərək müəssisəsində (“SAIC Motor” və “China FAW Group”) istehsal olunan nəqliyyat vasitələri daxildir.Şirkətin yaydığı məlumatda qeyd olunur ki, ötən il Çində 3 milyona yaxın “Volkswagen” modeli, 591,6 min “Audi”i, 317,1 min “Skoda” və 65,2 min “Porsche” modeli üzrə avtomobil satılıb.“Volkswagen China”nın icraçı direktoru Yoxem Heyzman bildirib ki, şirkət Çində elektrik mühərriki ilə işləyən modellərinin satışını da artırmağı düşünür. Belə ki, 2020-ci ildə bu rəqəmi 400 minə, 2025-ci ildə isə 1,5 milyon ədədə çatdırmaq planı var.xeber100.com

Mart 17, 2017 2:01

Vergi prosesləri sadələşdiriləcək

Yeni Zelandiyada vergi proseslərinin sadələşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi və qaydalar təsdiqlənib.Azərtac bildirir ki, əsas yeniliklər kiçik müəssisələr üçün tələblərə əməletmə xərclərinin azaldılmasını, eləcə də vergilərlə bağlı məlumatların əldə olunmasına dair qaydaların sərtləşdirilməsini əhatə edir. Ölkənin Vergi Məcəlləsinə təsərrüfat fəaliyyətinin vergiyə cəlb olunması, informasiya mübadiləsi, həmçinin dəqiqləşdirici suallarla bağlı müddəalar daxil edilib.Qanun layihəsi yeni ödəniş sistemini təmin edəcək. Həmin sistem 2018-ci il aprelin 1-dək ilkin ödəmələr məqsədilə kiçik biznes üçün bir variant kimi müəyyənləşdirilib.Qanun layihəsinə əsasən, mənfəət vergisinə, eləcə də 2017-ci il aprelin 1-dən kredit borcları üzrə dövriyyə vəsaitlərinə tətbiq edilən aylıq 1 faizlik dəbbə ləğv edilir.xeber100.com

Mart 17, 2017 1:58
    Page 191 of 299« First«...102030...189190191192193...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az