05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Zəlzələ və sunami qurbanlarının xatirəsi yad olunub

Yaponiyada bu gün yerli vaxtla saat 14:46-da (Bakı vaxtı ilə 9:46) 2011-ci il zəlzələsi və sunamisinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Düz altı il əvvəl bu vaxt ölkənin şimal-qərb sahillərində güclü sunamiyə səbəb olan 9 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət 15 mindən çox insanın ölümü ilə nəticələnmişdi.Yaponiya KİV-ləri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Tokio Milli Teatrında keçirilən mərasimdə Baş nazir Sindzo Abe, xarici diplomatlar və fəlakət qurbanlarının qohumları iştirak edirlər.Yaponiyanın NHK telekanalı qurbanlarla bağlı son hesablamaların nəticələrini açıqlayıb: 15 893 nəfər həlak olub, daha 2553 nəfər itkin düşmüş sayılır. Telekanalın məlumatına görə, təxliyə olunmuş 123 mindən çox insan hələ də evlərinə qayıda bilməyib.Nəhəng dalğaların zədələdiyi “Fukusima-1” atom elektrik stansiyasında qəzanın nəticələrini indiyədək tam aradan qaldırmaq mümkün olmayıb. Mütəxəssislərin hesablamalarına görə, bunun üçün azı 40 il vaxt tələb edilir.xeber100.com

Mart 11, 2017 5:23

BMT Təhlükəsizlik Şurasının məlumatı

Afrikanın dörd ölkəsində - Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda BMT-nin yarandığı 1945-ci ildən bəri ən böyük humanitar böhran yaşanır. Həmin ölkələrin 20 milyondan çox sakini aclıq təhlükəsi ilə üz-üzədir. Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən qurumun baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O’Brayen məlumat verib.TASS informasiya agentliyi xəbər verir ki, Stiven O’Brayenin sözlərinə görə, beynəlxalq ictimaiyyət vəziyyəti nəzərə almasa, adıçəkilən ölkələrin ərazisindən bütün dünyaya yeni qaçqın dalğası başlayacaq və bu, bütöv regionlarda daha çox qeyri-sabitlik yaradacaq.“BMT-nin Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda humanitar əməliyyatların keçirilməsi ilə bağlı planı və əhaliyə kömək göstərmək üçün yüksək ixtisaslı əməkdaşları var”, - deyə o əlavə edib. O’Brayen bu planın yaxın 5 ayda reallaşması üçün 4,4 milyard dollar tələb olunduğunu vurğulayıb.xeber100.com

Mart 11, 2017 5:17

Dövlətlərarası münasibətlər bərpa olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.Prezident Vladimir Putin qeyd edib ki, artıq iki ölkənin dövlətlərarası münasibətləri bərpa olunur. Son vaxtlar Rusiya bu münasibətlərin hər iki ölkəyə layiq səviyyəyə qalxması üçün fəal çalışır. Dövlət başçısı xüsusi vurğulayıb ki, Rusiya ilə Türkiyənin hərbi və xüsusi xidmət idarələri arasında etimad yüksəkdir və onlar çox səmərəli əməkdaşlıq edirlər. Rusiya-Türkiyə iqtisadi-ticarət əlaqələri də bərpa olunur, sərmayələr sahəsində əməkdaşlıq və iri layihələrin həyata keçirilməsinə hazırlıq davam edir. Rusiya Prezidenti energetika sahəsində, o cümlədən “Akkuyu” atom elektrik stansiyasının inşası ilə bağlı əməkdaşlığın da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.xeber100.com

Mart 10, 2017 3:42

Konstitusiya Məhkəməsinin qərarına etiraz…

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Pak Kın Heyin impiçmentini təsdiqləyib.Konstitusiya Məhkəməsinin qərarına etiraz edən Pak Kın Heyin tərəfdarları paytaxt Seulda etiraz aksiyası keçiriblər. Yonhap agentliyi məlumat verir ki, polislə toqquşmalar zamanı 2 nəfər ölüb.Pak Kın Hey impiçment nəticəsində cinayət məsuliyyətinə cəlb olunmaqla bağlı immunitetini də itirib. Bu, prokurorluq orqanlarına imkan verir ki, sabiq prezidenti istintaqa cəlb etsin. Sabiq prezidentin korrupsiya qalmaqalında adı hallanan rəfiqəsinə himayədarlıq etdiyi iddia olunur. Belə ki, Pak Kın Heyin hazırda həbsdə olan rəfiqəsi Çoy Sun-silin bəzi şirkətlərdən iri məbləğdə rüşvət aldığı bildirilir.xeber100.com

Mart 10, 2017 3:38

AFR Daxili İşlər Nazirliyinin məlumatına görə…

Bu il fevral ayında Almaniyaya gələn qaçqınların sayı 14 mindən bir qədər artıq olub. Onların əksəriyyəti Suriya, İraq, Eritreya və Əfqanıstandandır.AFR Daxili İşlər Nazirliyinin bu gün dərc etdiyi məlumata görə, 2017-ci ilin əvvəlindən bəri AFR-ə 29 minə yaxın qaçqın gəlib. Müqayisə üçün xatırladaq ki, 2016-cı ildə təkcə fevral ayında sığınacaq tapmaq üçün bu ölkəyə üz tutanların sayı 60 mindən çox idi.Nazir Tomas de Mezyer daha əvvəl bildirib ki, miqrantların qeyri-leqal yolla Qərbi Avropaya keçmək üçün istifadə etdikləri “Balkan marşrutu”nun bağlanması, habelə Avropa İttifaqı ilə Türkiyə arasında 2016-cı ilin ikinci rübündə bağlanmış Qaçqınlar haqqında saziş AFR-ə qaçqın axınının azalmasına kömək edib.AFR-ə qaçqın axınının azalmasının bir səbəbi də AFR-də təhlükəsiz mənşə ölkələri sayıla biləcək Əlcəzair, Mərakeş və Tunisdən olan miqrantların sayının azalmasıdır.xeber100.com

Mart 10, 2017 3:32

Anadolu informasiya agentliyinin məlumatı

Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri başlayıb.Anadolu informasiya agentliyi xəbər verir ki, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, energetika və təbii sərvətlər naziri Berat Albayraq, qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik, mədəniyyət və turizm naziri Nəbi Avcı, baş qərargah rəisi general Hulusi Akar daxildir.Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Dövlət başçılarının iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması, regional problemlər, xüsusən Suriya məsələsi və terrorla mübarizə mövzuları ətrafında müzakirələr aparması planlaşdırılır.Türkiyə Prezidenti sazişlərin imzalanması mərasimindən və Vladimir Putinlə birgə mətbuat konfransından sonra naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.xeber100.com

Mart 10, 2017 3:18

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə…

ABŞ-da xam neft ehtiyatları ötən hesabat həftəsində əvvəlki həftəyə görə gündəlik 8,2 milyon barrel (1,58 faiz) artaraq 528,4 milyon barrel olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.Bu göstəricinin xam neft ehtiyatlarındakı həftəlik artım hesabatı hazırlanmağa başladığı 1992-ci ildən indiyədək maksimal həcm olduğu bildirilib.xeber100.com

Mart 9, 2017 4:40

Reuters agentliyinin məlumatı

Suriyanın şimalındakı Rəqqa şəhərində ABŞ hərbi hava qüvvələrinə məxsus qırıcıların açdığı atəş nəticəsində altı uşaq daxil olmaqla on dörd mülki vətəndaş öldürülüb.Reuters agentliyi xəbər ki, ölənlərin çoxu eyni ailədəndir. ABŞ hökuməti İŞİD-ə qarşı mübarizədə mülki vətəndaşların ölümünü maksimum dərəcədə azaltmaq üçün lazım olan bütün tədbirləri gördüyünü bildirib.xeber100.com

Mart 9, 2017 4:27

Çexiya hökumətinin qərarı ilə…

Çexiya hökumətinin qərarı ilə Praqanın Dyablitse rayonundakı qəbiristanlığa milli abidə statusu verilib. Burada nasist və kommunist rejimlərinin qurbanlarının - edam edilən və işgəncə verilən siyasi məhbusların məzarları yerləşir.Keçmiş Siyasi Məhbuslar Birliyinin (SBPV) sədri İrji Linek deyib: “Biz məzarlığa status verilməsini təkcə Dyablitse qəbiristanının bədii-arxitektonik dəyərinin etiraf edilməsinin deyil, ilk növbədə, nasist və ya kommunistlərin hakimiyyətdə olduqları dövrdə qətlə yetirilən və kütləvi məzarlıqlarda dəfn edilən insanların xatirəsinə ehtiramın əlaməti kimi qəbul edirik”.xeber100.com

Mart 9, 2017 4:23

Müstəqillik barədə ikinci referendum gələn il keçirilə bilər

Şotlandiyanın birinci naziri Nikola Stercen 2018-ci ilin payızında Böyük Britaniyadan ayrılmaq barədə ikinci referendumun keçirilməsini istisna etməyib. Bu barədə o, BBC telekanalına müsahibəsində bildirib.Interfax informasiya agentliyi xəbər verir ki, birinci nazir referendum barədə yekun qərarın hələlik qəbul edilmədiyini də diqqətə çatdırıb. “Mən heç bir variantı istisna etmirəm, lakin ölkə üçün düzgün saydığım templə hərəkət edəcəyəm”, - deyə xanım siyasətçi əlavə edib.Xatırladaq ki, Şotlandiyada artıq 2014-cü ilin sentyabr ayında müstəqillik barədə referendum keçirilib. Səsvermənin nəticəsinə əsasən, o vaxt əhalinin 55,3 faizi ölkənin Birləşmiş Krallığın tərkibindən çıxmasının əleyhinə səs verib.xeber100.com

Mart 9, 2017 4:06
    Page 193 of 299« First«...102030...191192193194195...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az