03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Goodix” şirkəti “MWC 2017” sərgisi çərçivəsində…

Sensor displeyə barmaq izləri skanerini quraşdırmaq ideyası çoxdan mövcuddur. Bəzi nəhəng mobil qurğu istehsalçıları, məsələn, “Apple” şirkəti, hətta belə həllin yaradılması üçün müxtəlif variantları təsvir edən bir neçə patenti qeydiyyatdan keçirib. Ancaq “Goodix” şirkəti “MWC 2017” sərgisi çərçivəsində “AMOLED” displeyə qurulmuş dünyada ilk barmaq izləri sensorunu təqdim edib. Yeni həll “In-Display Fingerprint Sensor” adlandırılıb. “4pda.ru” saytı xəbər verir ki, “Goodix” şirkətinin nümayəndələrinin sözlərinə görə, “In-Display Fingerprint Sensor” həlli “AMOLED” displeyin ayrıca sahəsini biometrik skanerə çevirir.Şirkət nümayəndələrinin məlumatına görə, yüksək işləmə sürəti, aşağı enerji sərfiyyatı və yığcam ölçü yeni texnologiyanın əsas üstünlüyüdür.xeber100.com

Mart 2, 2017 3:12

20 min rubl dəyərində qızıl sikkə dövriyyəyə buraxılacaq

Rusiya Bankı 999 əyarlı 1,75 qram qızıldan ibarət 20 min rubl dəyərində sikkə dövriyyəyə buraxacaq."lenta.ru" saytı xəbər verir ki, sikkə 200 və 2000 rubl nominalında banknot üçün rəmz seçimi üzrə müsabiqənin 10 finalçısına həsr olunacaq. Sikkənin il ərzində 50 ədədədək tirajla buraxılması nəzərdə tutulur.Sikkənin rəsmiləşdirilməsi barədə qərar ötən ilin iyun-oktyabrında keçirilən Ümumrusiya müsabiqəsinin yekunları üzrə qəbul edilib. Tədbirə qatılmaq üçün Rusiyanın 1113 şəhərindən beş mindən artıq iştirakçı namizədliyini irəli sürmüşdü.xeber100.com

Mart 2, 2017 3:00

Reuters agentliyinin məlumatı

Malayziya martın 6-dan etibarən Şimali Koreya ilə vizasız gediş-gəliş rejimini ləğv edəcək.Reuters agentliyi bildirir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi - Bernama məlumat yayıb. Məlumatda buna səbəb olaraq Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında öldürülməsi ilə iki ölkə arasında yaranan gərginlik göstərilir.xeber100.com

Mart 2, 2017 2:54

AFR hökumətinin məlumatına görə…

AFR hökumətinin məlumatına görə, 2016-cı ildə Almaniyada qaçqınlara, eləcə də qaçqın yataqxanalarına 3533 hücum faktı qeydə alınıb. “Funke” media qrupundan olan qəzetlərin yaydığı xəbərə görə, bu barədə məlumat Federal Daxili İşlər Nazirliyinin parlament sorğusuna cavabında yer alıb.Sığınacaq üçün müraciət etmiş adamlara onların qaldığı yerdən kənarda 2545 hücum halı qeydə alınıb. Yataqxanalara 988 dəfə hücum edilib, 2015-ci ildə isə 1031 bu cür hal qeydə alınıb. 2016-cı ildə belə cinayətlər zamanı 560 adam, o cümlədən 43 uşaq yaralanıb.Bundan başqa, könüllülərə və xeyriyyə təşkilatlarına 217 hücum faktı qeydə alınıb.“Funke” media qrupunun qəzetləri yazır ki, son vaxtlar miqrantlara zorakılıq aktlarında azalma tendensiyası nəzərə çarpır.xeber100.com

Mart 2, 2017 2:42

5,5 bal gücündə zəlzələ olub

Bu gün yerli vaxtla saat 14:07-də (Bakı vaxtı ilə 15:07) Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.Anadolu informasiya agentliyi xəbər verir ki, zəlzələnin episentri 11,3 kilometr dərinlikdə yerləşib. Təxminən 10 dəqiqə sonra həmin bölgədə 4,4 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, təbii fəlakət nəticəsində bəzi kəndlərə ziyan dəyib. Tələfat barədə hələlik məlumat alınmayıb.Bölgədə vali Abdullah Ərin başçılığı ilə böhran mərkəzi yaradılıb.xeber100.com

Mart 2, 2017 2:32

RİA Novosti xəbər agentliyinin məlumatı

Böyük Britanıya vətəndaşı “hər şeyə malik insanlara” butulkası 247 dollardan İsveçrənin dağ havasını satır.RİA Novosti xəbər agentliyinə istinadla xəbər verir ki, İsveçrənin Basel vilayətində yaşayan ingilis Djon Qrin “həqiqi dağ havası” satışı biznesinə başlayıb. Hava ilə doldurulmuş yarım litrlik butulkanın qiyməti 97 dollar, bir litrlik butulkanın qiyməti 167 dollar, 3 litrlik butulkanın qiyməti isə 247 dollardır.Djon Drin bu qeyri-adi biznesindən əldə etdiyi gəlirin 25 faizini World Vision xeyriyyə təşkilatının hesabına köçürür. Butulkalar orijinallıq sertifikatı və GPS-koordinatı ilə təchiz olunub.xeber100.com

Mart 1, 2017 3:46

İsveç KİV-lərinin yaydığı məlumata görə…

Son bir neçə ildə İsveç Krallığının azı 300 təbəəsi İŞİD terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa yola düşüb. Daha sonra onların yarısından çoxu vətənə qayıdıb.İsveç KİV-lərinin yaydığı məlumata görə, bunu Krallığın Təhlükəsizlik Polisinin (SÄPO) baş direktoru Anders Turnberq jurnalistlər üçün xüsusi brifinqdə bəyan edib.Baş direktor qeyd edib ki, “İslam dövləti”nə köçmək istəyənlərin sayının getdikcə azalmasına baxmayaraq, onlara rəğbət bəsləyən adamların sayı artır. Gizli maliyyə köçürmələri şəbəkəsinin fəaliyyət göstərməsindən danışan A.Turnberq bildirib ki, bir çox İsveç vətəndaşları həmin şəbəkələr vasitəsilə terrorçulara sponsorluq edirlər.SÄPO-nun başçısı onu da bildirib ki, İsveçdə yerli gənclərin İŞİD sıralarına cəlb olunması üzrə şəbəkə fəaliyyət göstərir.xeber100.com

Mart 1, 2017 3:39

Əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda rəsmi səfərdə olub.Qırğızıstan prezidenti Almazbek Atambayevin Vladimir Putinlə görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, təhlükəsizlik, hərbi, hərbi-texniki, mədəni-humanitar, elmi-texniki, sərmayə qoyuluşu və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.Görüşdə Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya məsələləri də diqqət mərkəzində olub.Tərəflər nəqliyyat, rabitə, informasiya-kommunikasiya texnologiyaları sahələrində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərində razılıq əldə edib.Rusiya prezidenti bildirib ki, Qırğızıstan Rusiyanın strateji tərəfdaşıdır, ölkələrimiz çoxplanlı iqtisadi əməkdaşlığın tərəfdarıdır və əməkdaşlığımız bu istiqamətdə inkişaf edir. Sanitar, fitosanitar və gömrük rüsumları ölkələrimiz arasında sıx inteqrasiya əlaqələrinin qurulmasına, ticarət, istehsal və kənd təsərrüfatı sahələrinin inkişafına şərait yaradır və bu imkanlardan istifadə etmək zəruridir.xeber100.com

Mart 1, 2017 3:19

Amerika Neft İnstitutunun məlumatına görə…

Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları 2,5 milyon barrel artıb.Azərtac xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bu rəqəm analitiklərin proqnozlarından 500 min barrel azdır.xeber100.com

Mart 1, 2017 3:00

“Türk Hava Yolları”nın 30 reysi təxirə salınıb

Dumanlı hava şəraiti səbəbindən “Türk Hava Yolları”nın 30 reysi təxirə salınıb.Azərtac “Türk Hava Yolları”nın onlayn tablosuna istinadla xəbər verir ki, güclü duman səbəbi ilə aviaşirkətin İstanbulun Sabiha Gökçən hava limanında 30 daxili və xarici reys təxirə salınıb.Təxirə salınan reyslər arasında London, Berlin və Milan reysləri də var. Bundan başqa, onlarla digər reys ləngidilib.Qeyd edək ki, İstanbulda həmçinin dumanlı hava şəraiti səbəbindən bərə səfərləri də dayandırılıb.xeber100.com

Mart 1, 2017 2:53
    Page 196 of 299« First«...102030...194195196197198...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az