10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Kosmosa kommersiya səfərlərinin təşkili planlaşdırılır

Çin 2020-ci ildən kosmosa kommersiya səfərlərinin təşkilini planlaşdırır. Bu barədə “ChinaRocket” şirkətinin prezidenti Xan Çinpin Cuxay şəhərində keçirilmiş 11-ci Çin beynəlxalq aviasiya və kosmonavtika sərgisində məlumat verib. Xan Çinpin bildirib ki, kosmosa turizm səfərlərinin təşkili ilə bağlı üçmərhələli proqram hazırlanıb. 2020-2024-cü illəri əhatə edən ilkin mərhələdə 3-5 nəfərlik turist qrupları 10 tonluq kosmik təyyarələrdə Yer kürəsindən 60-80 kilometr yüksəkliyə uçmaq imkanı qazanacaq. Növbəti mərhələlərdə isə turistlər daha böyük təyyarələrlə bir qədər də yüksəkliyə (120-140 kilometr) uça biləcəklər.xeber100.com

Noyabr 7, 2016 2:50

Yaponiya Təftiş Şurasının məlumatı…

2016-cı ilin mart ayında başa çatmış maliyyə ilində Yaponiya hökumətinin səmərəsiz məsrəfləri 11 milyard dollardan çox olub. Bu barədə Yaponiya Təftiş Şurasının rəsmi nümayəndələri məlumat veriblər. Təftiş Şurasının rəhbəri bu barədə hesabatı Yaponiyanın Baş naziri Şinzo Abeyə təqdim edib. Müfəttişlər xərclərin düzgün nəzarət edilmədiyi 455 hal aşkar ediblər. Onların sözlərinə görə, həmin hallar nəticəsində, ümumilikdə, 11 milyard 700 milyon dollar səmərəsiz xərc qeydə alınıb. Bu, həmin rəqəmin hesablanmağa başladığı dövrdən indiyədək ikinci belə böyük göstəricidir.xeber100.com

Noyabr 7, 2016 2:46

Riqaya tarixi səfər…

Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan Latviyaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, Latviya Prezidenti Raymonds Veyonis, Baş nazir Maris Kuçinskis və Seymin sədri İnara Murnietse ilə görüşəcək. Bu, Çin hökuməti başçısının Latviyaya ilk səfəri olduğu üçün tarixi səfərdir. Səfər həm də rəmzi əhəmiyyət daşıyır, çünki bu il Latviya ilə Çin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirlər. Son illər iqtisadi əməkdaşlığın intensivləşməsinə hər iki ölkə tərəfindən xeyli vəsait yatırılıb. Səfər müxtəlif sahələrdə Çin tərəfi ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə şərait yaradacaq. Danışıqlarda Çin yüklərinin Latviya limanları vasitəsilə daşınması, nəqliyyat və logistika sektorlarına investisiyaların cəlb olunması, habelə birbaşa aviareyslərin açılması sahəsində əməkdaşlığın davam etdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək. Turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Çinin 15 şəhərində Latviyanın viza mərkəzlərinin açılması bu il adıçəkilən sahələrin inkişafına güclü təkan verəcək.xeber100.com

Noyabr 6, 2016 7:58

Korporativ verginin dərəcəsi azaldılacaq

2017-ci ildə İtaliyada korporativ verginin dərəcəsi azaldılacaq. Azərtac bildirir ki, hazırda İtaliyada korporativ verginin dərəcəsi 27,5 faiz təşkil edir. Bu da qeyri-səmərəli vergi dərəcəsi kimi qiymətləndirilir. Beynəlxalq miqyasda rəqabətədavamlı səviyyəyə nail olmaq üçün gələn ildən bu verginin dərəcəsi 24 faizədək azalacaq. Ekspertlərin qiymətləndirməsinə əsasən, bu addımın atılması İtaliya büdcəsinə 15 milyard avroya başa gələ bilər. Korporativ verginin dərəcəsinin aşağı salınmasından əlavə, hökumət digər islahatları da həyata keçirməyi planlaşdırıb. Nəzərdə tutulan islahatların arasında gəlirlər barədə məlumatların könüllü açıqlanması proqramının bərpa edilməsi də var. Bu proqram sayəsində İtaliya büdcəsinə 2,6 milyard avro əlavə vəsait daxil olacağı gözlənilir.xeber100.com

Noyabr 6, 2016 7:51

“Şəffalıq və Sədaqət” şüarı ilə keçirilən sərgidə…

Noyabrın 5-də Tehranın İmam Xomeyni sarayında Prezident Həsən Ruhaninin iştirakı ilə 22-ci mətbuat sərgisinin açılışı olub. “Şəffalıq və Sədaqət” şüarı ilə keçirilən builki sərgidə 900 media qurumu iştirak edir. Yerli və xarici media nümayəndələri sərgi çərçivəsində görüşlər keçirərək müzakirələr aparacaqlar. Bir həftə davam edəcək sərgidə İranın tanınmış jurnalistləri gənclər üçün ustad dərsləri keçəcəklər. Sərgidə İranın tanınmış media strukturlarından “İRNA”, “Mehr”, “Fars”, “Tasnim”, “İlna” kimi xəbər agentlikləri, “Keyhan”, “Tehran times”, “İran dailey” kimi nüfuzlu qəzetlər öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Sərgi çərçivəsində “İRNA” agentliyi ilə Cənubi Koreya Xəbər Agentliyinin birgə təşkil etdikləri fotosərgi də diqqəti cəlb edib.xeber100.com

Noyabr 6, 2016 7:44

Prezident seçkilərinə start verilib

Noyabrın 6-da Bolqarıstanda prezident seçkilərinə start verilib. Ölkə üzrə 12 min 249 seçki məntəqəsi açılıb. 6,8 milyon nəfər səsvermə hüququna malikdir. Birinci dəfədir ki, seçkidə səs vermək məcburidir. İyirmi bir namizədin iştirak etdiyi seçkiləri 2 min müşahidəçi izləyir. İlkin nəticələr saat 20:00-dan sonra məlum olacaq. Əsas rəqabət GERB partiyasının üzvü, Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva, hava qüvvələrinin sabiq komandiri, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev və millətçi Krasimir Karakaçanov arasında gedir. Bolqarıstanın hazırkı prezidenti Rosen Plevneliev seçkilərdə iştirak etmir.xeber100.com

Noyabr 6, 2016 7:06

“Tax Foundation” analitik mərkəzin hesabatına görə…

ABŞ-ın “Tax Foundation” analitik mərkəzinin hesabatına görə, Estoniya rəqabətqabiliyyətli vergi sisteminə görə dünyada birinci yerdədir.  “vergilər.az” saytı bildirir ki, hesabatda vergi siyasətinin 40-dan artıq göstəricisi beş kateqoriya üzrə qiymətləndirilib. Buraya başqa göstəricilərlə yanaşı, korporativ vergilər, fiziki şəxslərin gəlirlərindən vergi tutulması, istehlak vergisi, əmlak vergisi, eləcə də valyuta daxilolmalarından istifadə daxildir. Mərkəzin açıqlamasına əsasən, Estoniya reytinq üzrə birinci yerə dörd amilə görə layiq görülüb. Buraya korporativ vergi dərəcəsinin aşağı olması, əmlak vergisinin daşınmaz əmlakın qiymətinə və kapitala deyil, yalnız torpağın qiymətinə tətbiq edilməsi, eləcə də yaxşı düşünülmüş ərazi vergi sistemi daxildir. Reytinq üzrə ikinci və üçüncü yerləri Yeni Zelandiya və Latviya tutub. ABŞ, Yunanıstan, Portuqaliya, İtaliya və Fransa kimi ölkələr siyahıda ilk onluqda qərarlaşıb.xeber100.com

Noyabr 5, 2016 7:11

Bu gün Rusiyada Xalq Birliyi Günüdür

Bu gün Rusiyada Xalq Birliyi Günü qeyd edilir. Həmin gün 1612-ci ildə Moskvanın polşalı müdaxiləçilərdən azad edilməsi şərəfinə təsis olunub. Ənənəyə görə, Xalq Birliyi Günü istirahət günü sayılır. Bu münasibətlə Rusiyanın müxtəlif şəhərlərində bayram mitinqləri və nümayişlər keçirilir, konsertlər verilir, tarixi canlandıran meydan tamaşaları göstərilir.xeber100.com

Noyabr 4, 2016 2:13

Prezidenti seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək

Moldova Mərkəzi Seçki Komissiyasına oktyabrın 30-da prezident seçkilərinin birinci turu zamanı ölkədə və onun hüdudlarından kənarda açılmış bütün seçki məntəqələrindən səslərin 100 faizinin hesablanması ilə bağlı məlumat daxil olub. Moldova mətbuatı xəbər verir ki, Moldovada və xarici ölkələrdə açılmış 2081 seçki məntəqəsindən informasiya daxil olub. Sosialistlər Partiyasının lideri İqor Dodon seçicilərin səslərinin 47,98 faizini (680550 səs) toplayaraq birinci yeri tutub. İkinci turda onun rəqibi 38,71 faiz səslə (549152 səs) “Fəaliyyət və həmrəylik” Partiyasının sədri Mayya Sandu olacaq.xeber100.com

Noyabr 3, 2016 12:28

Hökumət Başçıları Şurasının iclası öz işinə başlayıb

Bişkekdəki “Ala-Arça” Dövlət İqamətgahında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Hökumət Başçıları Şurasının iclası öz işinə başlayıb. İclasda Qırğızıstan Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekov, Rusiyanın, Qazaxıstanın, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Bakıtjan Saqinataev, Koxir Rasulzoda, Çin Dövlət Şurasının Baş naziri Li Kesyan, Özbəkistan Baş nazirinin birinci müavini Rüstəm Əzimov iştirak edirlər. Tədbirə, həmçinin təşkilatda müşahidəçi statusu olan Belarus, Əfqanıstan, İran, Pakistan, Monqolustan və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıblar.xeber100.com

Noyabr 3, 2016 12:25
    Page 230 of 301« First«...102030...228229230231232...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az