30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiya hökumətinin planına görə…

Yaponiya hökuməti cənubi Kuril adalarında birgə təsərrüfat fəaliyyətinin konkret istiqamətlərini nəzərdə tutan planı Rusiya tərəfinə təqdim etməyə hazırlaşır.“Nikkey” qəzetinin 26 fevral tarixli nömrəsində dərc olunan həmin plana görə yaponların iddia etdiyi adaların mənsubiyyəti qeyd olunmadan, burada səhiyyə, balıqçılıq, ekologiya və turizmin inkişafı ilə bağlı konkret istiqamətlər üzrə birgə təsərrüfat fəaliyyətinin aparılması nəzərdə tutulur.Nəşrin bildirdiyinə görə, martın 18-də Tokioda keçirilməsi nəzərdə tutulan danışıqlar zamanı yapon hökuməti Cənubi Kuril adalarında birgə fəaliyyətin tərkib hissəsi olaraq Hokkaydo adasındakı həkimlər tərəfindən səhiyyə xidməti sahəsində internet vasitəsilə əlaqə də daxil olmaqla, yardım göstərməyi təklif edəcək.Turizm sahəsində əməkdaşlığa gəlincə, yapon tərəfinin fikrincə, özəl şirkətlər tərəfindən yaponiyalı turistlərin Cənubi Kuril adalarına kruizi təşkil edilə bilər. Yaponiya hökumətinin digər bir təklifinə görə, hər iki ölkənin ekoloqları da həmin ərazidə əməkdaşlıq edə bilərlər.Qəzet, həmçinin qeyd edir ki, Yaponiya ilə Rusiya arasında balıq ovu sahəsində birgə müəssisənin təşkili və dəniz məhsullarının istehsalı hər iki tərəf üçün faydalı ola bilər.xeber100.com

Fevral 26, 2017 12:53

Vizanın qiyməti 25 dollardan 60 dollara yüksəlib

Misir turistlər üçün vizanın qiymətini 25 dollardan 60 dollara yüksəldib.Azərtac xəbər verir ki, ölkənin Turizm Nazirliyinin məlumatına görə, birdəfəlik viza üçün yeni qiymət bu il iyulun 1-dən qüvvəyə minəcək. Nazirlikdən, həmçinin bildirilib ki, həmin tarixdən etibarən çoxgirişli viza 70 dollar olacaq. Dəyişikliklə bağlı ölkənin bütün sərhəd xidmətləri, hava və dəniz limanları məlumatlandırılıb.xeber100.com

Fevral 26, 2017 12:47

New York Times nəşrinin yazdığına görə…

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Gerbert Makmaster “radikal islam terrorizmi” terminini dəstəkləmir. Onun sözlərinə görə, terror aktı törədən müsəlmanlar öz dinlərini düzgün dəyərləndirmirlər.Azərtac xəbər verir ki, New York Times nəşrinin yazdığına görə, Makmaster bu bəyanatı cümə axşamı günü Milli Təhlükəsizlik Şurasının əməkdaşları ilə ilk görüşü zamanı səsləndirib. O bildirib ki, “radikal islam terrorizmi” termini xeyir gətirmir və terrorçuların islamla əlaqəsi yoxdur.Qəzet yazır ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın öz nitqlərində müntəzəm istifadə etdiyi ifadə ilə üst-üstə düşmür və sabiq prezident Barak Obamanın mövqeyinə daha yaxındır.xeber100.com

Fevral 25, 2017 6:50

İsveç Mərkəzi Statistika Bürosunun məlumatı

İsveç Mərkəzi Statistika Bürosunun son məlumatlarına görə, 2016-cı ildə Krallığın əhalisinin sayı 1,46 faiz artıb. İsveç KİV-ləri bildirirlər ki, bu, 1861-ci ildən bəri ölkədə əhalinin ən yüksək illik artım göstəricisidir.Statistik məlumatlara görə keçən il Krallığın əhalisinin sayı 144.136 nəfər artaraq 9.995.153 nəfərə çatıb.Ölkənin statistika idarəsi bu dinamikanı iki amil ilə izah edir - təbii artım və miqrasiya artımı: doğum sayının ölüm sayından çox olması 26.443 nəfər təbii artım yaranmasını təmin edib. Bundan əlavə, miqrasiya proseslərinin xarakteri və geniş miqyas alması da İsveçə öz təsirini göstərir.xeber100.com

Fevral 25, 2017 6:46

“Euronews” telekanalının məlumatına görə…

Macarıstanda yaşanan iqtisadi böhran idmana da təsirsiz ötüşməyib. Paytaxt Budapeşt 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb.“Euronews” telekanalına istinadla xəbər verir ki, bu qərarın qəbul edilməsinə maliyyə vəsaitinin çatışmazlığı səbəb olub.Namizədliyin geri götürülməsi ilə əlaqədar başladılan imza kampaniyasına qısa müddətdə 200 min nəfər qoşulub. Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürməsindən sonra bu mühüm tədbirə ev sahibliyinə iddia edən cəmi iki şəhər - Los-Anceles və Paris qalır.xeber100.com

Fevral 24, 2017 1:48

BRİCS zirvə görüşü Çində keçiriləcək

BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü sentyabrın 3-5-də Çinin Siamen şəhərində keçiriləcək.Bu barədə Çin Xalq Respublikasının dövlət müşaviri Yan Cieçi BRİCS ölkələrinin nümayəndə heyətlərinin Çinin Nankin şəhərində keçirilən görüşündə bəyan edib. Növbəti zirvə görüşü “BRİCS: Daha parlaq gələcək üçün daha möhkəm tərəfdaşlıq” devizi altında keçiriləcək.xeber100.com

Fevral 24, 2017 1:38

“Premium Friday” kampaniyasına start verilib

Cari həftədən Yaponiyada “Premium Friday” kampaniyasına start verilib. Kampaniyaya əsasən, bir çox şirkətlərdə hər ayın son cümə günü iş vaxtı saat 15:00-da tamamlanır.Yaponiya hökuməti və işgüzar dairələrin nümayəndələri tərəfindən həyata keçirilən kampaniyanın məqsədi istehlakçılar arasında müşahidə olunan durğunluğu aradan qaldırmaqdır.Ölkənin sənaye şirkətləri və qrupları, həmçinin ticarət rayonları kampaniya nəticəsində müştərilərin sayının artacağına ümid edirlər.xeber100.com

Fevral 24, 2017 1:35

Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-ın neft hasilatı 2016-cı ilin aprelindən indiyədək ilk dəfə gündəlik orta hesabla 9 milyon barrelə çatıb.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 24 min barrel artımla 9 milyon barrelə yüksəlib. Bununla da, ölkənin neft istehsalı 46 həftədən sonra yenidən gündəlik orta hesabla 9 milyon barrelə çatıb.Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar ABŞ-ın xam neft hasilatı 2015-ci ilin aprelində gündəlik orta hesabla 9,6 milyon barreldən 2016-cı ilin sentyabrında gündəlik orta hesabla 8,57 milyon barrelə qədər geriləmişdi.xeber100.com

Fevral 24, 2017 1:32

“ExxonMobil” şirkətinin məlumatına görə…

ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in təsdiq edilən ehtiyatları 2016-cı ilin sonuna 20 milyard barrel neft ekvivalenti olub.Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Şirkətin təsdiqlənmiş ehtiyatları 2015-ci ilə nisbətdə 3,3 milyard barrel neft ekvivalenti azalıb.Son 10 il ərzində isə “ExxonMobil”in təsdiqlənmiş neft və qaz ehtiyatları təxminən 13 milyard barrel neft ekvivalenti artıb.xeber100.com

Fevral 24, 2017 1:25

“Rosneft”in mənfəəti keçən il 2015-ci illə müqayisədə…

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in xalis mənfəəti keçən il 2015-ci illə müqayisədə 49 faiz azalaraq 181 milyard rubl (təxminən 3,1 milyard dollar) olub.Azərtac xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin mənfəətinin azalmasına səbəb ötən ilin birinci yarısında neftin qiymətinin aşağı düşməsidir.“Rosneft”in 2016-cı ilin son rübündəki xalis mənfəəti isə 2015-ci ilin eyni dövrünə nisbətən 100 faiz artaraq 26 milyard rubldan 52 milyard rubla çatıb.Ötən il şirkətin ümumi satış gəlirləri 10 faiz azalaraq 4,9 trilyon rubla geriləyib. 2016-cı ilin sonuncu rübündə isə “Rosneft”in gəliri əvvəlki ilə nisbətən 21,4 faiz artaraq 1,4 trilyon rubl təşkil edib.xeber100.com

Fevral 22, 2017 1:40
    Page 199 of 301« First«...102030...197198199200201...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az