23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TASS informasiya agentliyinin məlumatına əsasən…

BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş France-24 telekanalına müsahibəsində qurumda islahatların zəruri olduğunu bildirib. TASS informasiya agentliyi xəbər verir ki, yeni baş katib müsahibəsində islahatla bağlı mövqeyini açıqlayıb: BMT-dən onun mənəvi güc qismində real nüfuzunu təmin etmək üçün funksionallığını yenidən nəzərdən keçirmək, çatışmazlıqları analiz etmək, yerlərdəki real vəziyyətin dəyişməsinə nail olmaq tələb edilir. “Birləşmiş Millətlər Təşkilatında islahatlar artıq həyata keçirilir və BMT-nin maksimal effektivliyinə nail olmaq üçün onun davamını təmin etmək lazımdır”, - deyə siyasətçi bildirib. Bununla yanaşı, Antonio Quterreş qeyd edib ki, əsasən də BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında aparılacaq islahatlar “bürokratik aparatın təminatına daha az, real fəaliyyətlərə, ölkə və regionlarda yaşayan xalqların ehtiyaclarının ödənilməsinə daha çox resurs ayrılmasını” təmin etməlidir. “Bu asan məsələ deyil, lakin mən onun yerinə yetirilməsi üçün səylərimi əsirgəməyəcəyəm, - deyə BMT-nin yeni başçısı bildirib. Suriya böhranına da toxunan Quterreş qeyd edib ki, bu münaqişənin nizamlanması BMT-nin gələcək fəaliyyətində prioritet məqsədlərdən biri olmalıdır.xeber100.com

Oktyabr 16, 2016 7:18

“Dostluğun müdafiəçiləri – 2016” adlı antiterror təlimləri keçiriləcək

Rusiya mətbuatının məlumatına görə, oktyabrın 15-dən 26-dək Misirdə “Dostluğun müdafiəçiləri – 2016” adlı Rusiya-Misir birgə antiterror təlimləri keçiriləcək. Rusiyanın və Misirin hava-desant qoşunları (HDQ) Afrika səhraları şəraitində müasir paraşüt sistemlərindən istifadə etməklə ilk dəfə birgə kütləvi paraşüt desantı tətbiq edəcəklər. Təlimlərdə 15 helikopter və təyyarədən, habelə 10 vahid döyüş texnikasından istifadə olunacaq.xeber100.com

Oktyabr 16, 2016 12:04

Anadolu agentliyinin məlumatına görə…

Qətərdə bu gün təhsil verəcək ilk türk məktəbi açılacaq. Anadolu agentliyi xəbər verir ki, məktəbin direktoru Mehmet Ali Karatosun bu gün fəaliyyətə başlayacaq təhsil ocağının Qətərdə yaşayan türk ailələrinin burada daha uzun müddət qalmalarına imkan verəcəyini bildirib. Türkiyənin Doha səfirliyinin himayəsi altında fəaliyyət göstərəcək türk məktəbi digər özəl məktəblərə nisbətən daha ucuzdur. Qətər hökuməti məktəbin tikinti işlərinin tamamlanmasına böyük töhfə verib. Karatosun 350 şagird yerlik və müasir avadanlıqlara malik məktəbin 11 min kvadratmetrlik sahədə 2 ildə inşa olunduğunu qeyd edib. Son statistikaya görə, Qətərdə 7 min türk yaşayır.xeber100.com

Oktyabr 16, 2016 11:55

Əməkdaşlıq haqqında müqavilə imzalanıb

İran İslam Respublikasının İnformasiya Agentliyi (İRNA) ilə BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. İRNA-nın baş direktoru Məhəmməd Xoddadi və UNESCO-nun Tehran təmsilçiliyinin rəhbəri Ester Kuiş Larş tərəfindən imzalanan müqavilədə təhsil, mədəniyyət və elm barədə xəbərlərin daha geniş və əhatəli şəkildə yayılması nəzərdə tutulub.xeber100.com  

Oktyabr 16, 2016 11:50

RİA Novosti informasiya agentliyinin məlumatına görə…

Estoniyanın yeni prezidenti Kersti Kalyulaydın əri Georgi-Rene Maksimovski qanunla onun üçün nəzərdə tutulan xidməti avtomobildən, katibədən imtina edib və yalnız prezidentin həyat yoldaşı üçün ayrılan aylıq vəsaitlə kifayətlənib. Bunu oktyabrın 13-də dövlət başçısının ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Taavi Linnamyae bildirib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Maksimovski prezidentin həyat yoldaşı üçün nəzərdə tutulan müəyyən vəzifələri icra edəcək və vəzifə kompensasiyası haqqında qanuna əsaslanan əməkhaqqını alacaq. Bu məqsədlə qanunda nəzərdə tutulan nümayəndəlik xərcləri prezidentin aylıq maaşının 30 faizi qədərdir. Hazırda dövlət başçısının əməkhaqqı 5299 avro olduğundan bu məbləğ 1590 avro təşkil edir. Xatırladaq ki, Estoniyanın yeni prezidenti Kersti Kalyulayd oktyabrın 10-da parlamentdə vəzifə andı içdikdən sonra rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb. Kalyulayd ailəsinin dörd övladı – bir qızı və üç oğlu var. İxtisasına görə mühəndis olan Maksimovski Tartus Universitetinin Kibernetika İnstitutunda işləyib.xeber100.com

Oktyabr 14, 2016 3:08

“AeroMobil 3.0” adlı uçan avtomobil satışa çıxarılacaq

Tezliklə fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər reallığa çevriləcək. Belə ki, 2017-ci ildə "AeroMobil 3.0" adlı uçan avtomobil satışa çıxarılacaq. "belta.by" saytı xəbər verir ki, Slovakiya şirkəti həmin avtomobillərin istehsalını həyata keçirəcək. "AeroMobil 3.0" avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" videohostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir. Bu avtomobil səmada saatda 200 kilometrədək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir. "AeroMobil" uçan avtomobilinin qiyməti 200 min avro təşkil edir. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunur.xeber100.com

Oktyabr 14, 2016 3:01

“Dünyaya iki fərqli baxış, iki nəzər nöqtəsi, iki dəyər toplusu”…

“Dünyaya iki fərqli baxış, iki nəzər nöqtəsi, iki dəyər toplusu”, - deyə San-Fransiskoda tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti postuna Demokratik Partiyanın namizədi Hillari Klinton respublikaçı namizəd Donald Trampla aralarında olan fərqi belə xarakterizə edib. Euronews telekanalı xəbər verir ki, Ohayo ştatında demokratların yığıncağında çıxış edən hazırkı Prezident Barak Obama da Hillari Klintonu dəstəkləyib. “İki namizəd arasında fərq indiyə qədər bu dərəcədə açıq-aşkar olmayıb. Biz bir tərəfdə yüksək təcrübəyə malik olan, digər tərəfdə isə hər dəfə çıxış edərkən Oval kabinetə yararsızlığını bir daha təsdiqləyən namizədlər arasında seçim etməliyik”. Obama, həmçinin respublikaçıların özlərinin də, çox güman ki, Trampa inamlarının itdiyini qeyd edib.xeber100.com  

Oktyabr 14, 2016 2:53

Rusiya hökumətinin qərarına görə…

Rusiya Ukrayna ilə neft boru kəmərlərinin işlədilməsinə dair müqaviləni ləğv edib. “ria.ru” xəbər verir ki, hökumətin qərarına görə, Rusiya Ukrayna ilə təxminən 21 ildir davam edən neft boru kəmərlərinin işlədilməsinə dair əməkdaşlıq müqaviləsini ləğv edib. Rusiya və Ukrayna öz ərazilərində olan iki boru kəmərinin “Transneft” adlı şirkət tərəfindən birgə işlədilməsinə dair müqaviləni 1995-ci il iyulun 26-da imzalamışdı. “Transneft” fevralda Ukrayna torpaqlarında olan idarəçilik hüququnu İsveçrənin “International Trading Partners” şirkətinə satmışdı.xeber100.com

Oktyabr 13, 2016 2:21

“Babino” mədənində işçilər etiraz aksiyası keçirir

Bolqarıstanın “Babino” mədənində 115 işçi etiraz aksiyası keçirir. Etiraz əlaməti olaraq şaxtaçılar mədəndən bayıra çıxmırlar. Etiraza səbəb 650 nəfərin işdən azad olunması və əmək haqlarının gecikdirilməsidir. Mədənçilərdən beş nəfəri səhhətinə görə aksiyada iştiraka son qoyub, digərləri gecəni mədəndə keçiriblər. Etirazçılar bütün tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.xeber100.com

Oktyabr 13, 2016 2:18

Namizədlərin final teledebatının mövzusu açıqlanıb

ABŞ prezidenti postuna namizədlər Donald Tramp və Hillari Klinton arasında keçiriləcək final teledebatının moderatoru “Fox News” telekanalının aparıcısı Kris Uolles toxunmağa hazırlaşdığı mövzuları elan edib. Xarici KİV-lər xəbər verir ki, telekanalın efirində yayımlanan informasiyaya əsasən, teledebatda hüquqi borc və normalar, miqrasiya, iqtisadiyyat, ali məhkəmə, xarici ölkələrdə qaynar nöqtələr, prezident olmağa layiqlik barədə mövzular müzakirə olunacaq. Teledebatlar oktyabrın 19-da axşam saatlarında Las-Veqas şəhərində keçiriləcək. Bir qədər əvvəl Amerika KİV-ləri əvvəlki debatlarda moderatorların Donald Trampın sözünü kəsməsini və hətta onunla mübahisəyə girməsini vurğulayıb. Trampın özü isə bu vəziyyəti bir nəfərin üç nəfərə qarşı mübarizəsi adlandırıb. ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Teledebatlar seriyası tarazlığın namizədlərdən birinin xeyrinə dəyişməsi üçün əsas alət hesab edilir.xeber100.com

Oktyabr 13, 2016 2:12
    Page 233 of 299« First«...102030...231232233234235...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az