Bişkekdəki “Ala-Arça” Dövlət İqamətgahında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Hökumət Başçıları Şurasının iclası öz işinə başlayıb. İclasda Qırğızıstan Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekov, Rusiyanın, Qazaxıstanın, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Bakıtjan Saqinataev, Koxir Rasulzoda, Çin Dövlət Şurasının Baş naziri Li Kesyan, Özbəkistan Baş nazirinin birinci müavini Rüstəm Əzimov iştirak edirlər. Tədbirə, həmçinin təşkilatda müşahidəçi statusu olan Belarus, Əfqanıstan, İran, Pakistan, Monqolustan və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıblar.xeber100.com