10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Terror təhlükəsi barədə xəbərdarlıq

ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib.  “Hürriyet” qəzetinin verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi Gaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb. Səfirliyin ABŞ vətəndaşlarına xitabən yayımladığı mesajda qeyd olunub ki, Türkiyə polisi Gaziantepdə terrorçularla bağlı istintaq aparır və bu məlumat terrorçuların ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacağına işarə edir. Səfirlik ABŞ vətəndaşlarına belə yerlərə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməsi tövsiyə edib. ABŞ səfirliyi terror aktının hansı terror təşkilatları tərəfindən həyata keçirilə biləcəyinə aydınlıq gətirməyib.xeber100.com

Sentyabr 22, 2016 2:44

Hökumət əleyhinə keçirilən aksiyalar davam edir

Konqo Demokratik Respublikasında hökumət əleyhinə keçirilən aksiyalar davam edir. Apa-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis paytaxt Kinşasada keçirilən aksiyaya müdaxilə edib, mitinqi dağıtmaq istəyib. Bu zaman mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma baş verib. Yerli hüquq-müdafiə təşkilatları qarşıdurmada 37 aksiya iştirakçısı və 6 polisin öldüyü barədə məlumat yayıb. Rəsmi məlumatlarda ölənlərin sayının 32 olduğu bildirilib. Lakin Belçika mətbuatına açıqlama verən müxalifət lideri toqquşmalarda 100 nəfərin öldüyünü deyib. Etiraz aksiyalarına səbəb daha əvvəl iki dəfə prezident seçilmiş Josef Kabilanın üçüncü dəfə namizəd ola bilmək üçün Konstitusiyanı dəyişdirməyə cəhd etməsidir. Jozef Kabila ilk dəfə 2001-ci ildə ölkə prezidenti olub. O, bu vəzifədə olmuş atası Loran Kabilanı əvəzləyib. Loran Kabila 2001-ci ildə vəfat edib.xeber100.com

Sentyabr 22, 2016 2:41

TASS informasiya agentliyinin məlumatına görə…

2015-ci ildə zorakılıq və münaqişələr səbəbindən dünya ictimaiyyəti ümumilikdə təxminən 13,6 trilyon dollar itirib. Bu barədə məlumatı BMT-nin Baş katibi Pan Gi Mun sentyabrın 21-də beynəlxalq təşkilatın Dünya Quruculuğu Fonduna dəstək üzrə keçirilən konfransında səsləndirib. TASS informasiya agentliyi xəbər verir ki, dövlətləri BMT-nin Dünya Quruculuğu Fonduna daha çox vəsait köçürməyə çağıran Baş katibin sözlərinə görə, təkcə 2015-ci ildə beynəlxalq ictimaiyyət sülhməramlı əməliyyatlara, həmçinin qaçqınlara və münaqişələr səbəbindən zərər çəkən insanlara etdiyi humanitar yardımlara 34 milyard dollar xərcləyib. “Təhlükəli səviyyəyə çatan iqlim dəyişikliyi, iqtisadi böhranlar və maliyyə sarsıntıları, artan qeyri-bərabərlik və gənclər arasında işsizlik problemi münaqişələrə səbəb olur və insanlara güclü təzyiq göstərir. Uzun fasilədən sonra münaqişələrin sayı artmağa başlayıb. Dövlətlər arasında müharibələr azalsa da, ölkələrdə daxili toqquşmalar baş verir”, - deyə Pan Gi Mun vurğulayıb. Xatırladaq ki, nizamnamə kapitalı 250 milyon dollar təşkil edən BMT-nin Dünya Quruculuğu Fondu 2006-cı ildə təsis olunub.xeber100.com  

Sentyabr 22, 2016 2:22

İranda hərbi parad keçirilir

Müqəddəs Müdafiə Həftəsinin ilk günündə Tehranda və İranın bütün şəhərlərində silahlı qüvvələrin parad yürüşü keçirilib. Silahlı qüvvələrin Tehrandakı parad yürüşü ordunun yüksək səviyyəli rəsmiləri, o cümlədən baş qərargah rəisi, ordunun baş komandanı, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandan əvəzinin iştirakı ilə keçirilib. Silahlı qüvvələrin parad yürüşündə İranın son hərbi və müdafiə təchizatları da nümayiş etdirilib. Xatırladaq ki, sentyabrın 21-i İraqın Bəəs rejiminin İran İslam Respublikasına hücumunun başlandığı gün və Müqəddəs Müdafiə Həftəsinin ilk günüdür.xeber100.com

Sentyabr 21, 2016 12:07

Anadolu agentliyinin məlumatına görə…

Sentyabrın 28-də İstanbulda 9-cu Beynəlxalq İstanbul şeir və ədəbiyyat festivalı keçiriləcək. Anadolu agentliyinin məlumatına görə, festivalda 20-dək ölkə iştirak edəcək. Festival çərçivəsində bir sıra ədəbi tədbirlər təşkil olunacaq. Bu il ilk dəfə dünyanın bir sıra povest, roman və uşaq ədəbiyyatı yazıçıları da festivala qatılacaq. Festival çərçivəsində dünyanın ən məşhur yazıçı və şairlərinin kitab təqdimatları da nəzərdə tutulur. Builki festival U.Şekspirin anadan olmasının 400 illiyi və Türkiyənin məşhur mütəfəkkiri Cəmil Meriçin anadan olmasının 100 illiyinə həsr olunacaq.xeber100.com

Sentyabr 21, 2016 12:02

6,1 bal gücündə zəlzələ baş verib

Sakit okeanın Yaponiyanın cənub-şərqindəki İdzu adası sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat verib. Məlumata görə, yeraltı təkanların episentri Tokiodan 622 km aralıda dənizdə olub. Ocağı 30 km dərinlikdə yerləşib.xeber100.com

Sentyabr 21, 2016 11:59

Parlament seçkilərinə səsvermə prosesi başa çatıb

İordaniya Müstəqil Seçki Komissiyasının sədri Xalid al-Kalaldi Əmmanda keçirilən mətbuat konfransında elan edib ki, Haşimilər Krallığının qanunverici orqanına ümumi seçkilərdə səsvermə prosesi başa çatıb. Dairə komissiyalarının üzvləri səsləri hesablamağa başlayıblar. Müstəqil Seçki Komissiyası sədrinin sözlərinə görə, seçkilərin ilkin yekunu yaxın vaxtlarda məlum olacaq, yekun nəticələr isə bütün səslər tam hesablandıqdan sonra elan ediləcək.xeber100.com

Sentyabr 21, 2016 11:56

Parlament seçkiləri keçirilir

Bu gün İordaniyada parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilir. İordaniya vaxtı ilə saat 07:00-da ölkə ərazisində 23 dairədə 1483 seçki məntəqəsi açılıb. Seçki məntəqələri saat 19:00-da bağlanacaq. Müstəqil Seçki Komissiyasının məlumatına görə, səsvermədə ölkənin 4 milyondan çox vətəndaşı iştirak edəcək. Seçkilərin keçirilməsi prosesinə 80 mindən çox insan və 10 mindən çox könüllü cəlb edilib. Krallığın parlamentində 130 yer uğrunda Müstəqil Seçki Komissiyasında qeydiyyatdan keçmiş 1252 namizəd – 253 qadın və 999 kişi mübarizə aparır. Rəsmi məlumata görə, seçkilərin gedişini 14 mindən çox beynəlxalq və yerli müşahidəçi, o cümlədən Avropa İttifaqının nümayəndə heyəti izləyir. Habelə 1700-dən çox akkreditasiyadan keçmiş jurnalist İordaniyada keçirilən parlament seçkilərini işıqlandıracaq.xeber100.com  

Sentyabr 20, 2016 12:23

Qaçqınlara yardım üçün 2 milyard 800 milyon dollar ayrılacaq

Yaponiyanın Baş naziri Şinzo Abe qarşıdakı üç ildə qaçqınlara, miqrantlara və onları qəbul edən ölkələrə yardım üçün 2 milyard 800 milyon dollar ayrılacağını deyib. Ş.Abe bu barədə sentyabrın 19-da Nyu-Yorkda, BMT-nin qaçqınlar və miqrantlar üzrə sammitində çıxışı zamanı bildirib. Baş nazir qeyd edib ki, dünya hazırda qaçqınların və miqrantların görünməmiş sayda hərəkəti ilə bağlı ciddi humanitar problemlə qarşılaşıb. O, yaranmış vəziyyəti aradan qaldırmaq üçün məsələyə aidiyyəti olan bütün ölkələri və institutları sıx əməkdaşlığa çağırıb.xeber100.com

Sentyabr 20, 2016 12:17

“Enpass Portable” USB daşıyıcı qurğusu nümayiş etdirilib

“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.  “4PDA” saytı xəbər verir ki, yeni qurğu kompyuterə qoşularaq avtorizasiyadan keçməklə bir neçə saniyə ərzində bütün parollara daxil olmağa imkan verəcək. Əlavə proqram təminatının quraşdırılmasını tələb etməyən həlli inzibatçı hüququ olmadan kompyuterlərdə işə salmaq mümkündür. “Enpass Portable”dan ödənişli lisenziyanın mövcudluğundan asılı olmayaraq bütün istifadəçilər yararlana biləcək. Hazırda beta test mərhələsində olan qurğudan qeydiyyatdan keçməklə rəsmi təqdimatdan əvvəl sınaqdan keçirmək olar.xeber100.com

Sentyabr 19, 2016 12:14
    Page 240 of 301« First«...102030...238239240241242...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az