05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Filippin parlamenti yeni qanun qəbul edib

Filippin parlamentinin nümayəndələr palatası (aşağı palata) sim-kartların icbari qeydiyyatı barədə qanun layihəsinin son oxunuşunu bəyənib.Filippinin “CNN Philippines” saytı bildirir ki, bu qanun hüquq-mühafizə orqanlarına mobil telefonlardan cinayət məqsədilə istifadə edənləri izləməyə imkan yaradacaq.Qanuna əsasən, telekommunikasiya şirkətləri və sim-kart satıcıları alıcılardan xüsusi formanı doldurmağı və şəxsiyyəti təsdiq edən sənədlərin sürətini təqdim etməyi tələb etməlidirlər. Həmin formada sim-kart alan şəxsin tam adı, doğum tarixi, cinsi və ünvanı aydın şəkildə göstərilməlidir. Alıcı bu tələbi yerinə yetirməkdən imtina edərsə, həmin şəxsə rabitə xidməti göstərilməməlidir.Qanunun ölkəyə gələn və sim-kart almaq istəyən əcnəbilərə də şamil ediləcəyi bildirilir. Bununla yanaşı, telekommunikasiya şirkətləri və satıcılar abonentlərin reyestrini yaratmalı və hər altı aydan bir yenilənmiş məlumatları İndoneziya Rabitə və Kommunikasiya Texnologiyaları Nazirliyinə təqdim etməlidirlər. Yeni qaydalara əməl etməyən şirkətlər 1 milyon pesodan (19,8 min dollar) 50 min pesoyadək (990 dollar) cərimə ödəməli olacaqlar.xeber100.com

Dekabr 7, 2021 3:21

BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında

İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.Azərtac xəbər verir ki, bu haqda Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov məlumat verib. O deyib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.A.Abduhakimov bildirib ki, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır. Tikilməkdə olan “Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. “New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.xeber100.com

Dekabr 5, 2021 2:02

Avstraliya parlamentinin binası COVID-19 səbəbindən bağlanıb

Avstraliya federal parlamentinin binası cari həftə iclaslardan birinin iştirakçısının koronavirus testinin nəticəsinin pozitiv çıxması ilə əlaqədar ziyarətçilər üçün bağlanıb.Azərtac xəbər verir ki, bu barədə dekabrın 5-də SBS telekanalı məlumat yayıb.Bildirilir ki, koronavirusa yoluxan əməkdaş “Yaşıllar” Partiyasının lideri Adam Bandtın rəhbərlik etdiyi işçilərdəndir. Qeyd edilir ki, həmin şəxs koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edib.Telekanal “Yaşıllar” Partiyasının nümayəndəsinə istinadla qeyd edib ki, partiyanın ötən həftə Kanberrada olan digər əməkdaşlarının koronavirus testi neqativ çıxıb.Binaya giriş üçün icazə yalnız parlamentin məsafədən işləməsi mümkün olmayan əməkdaşlarına veriləcək. Həmin əməldaşlardan parlament daxilində mütləq tibbi maska taxmaları və sosial məsafəni gözləmələri tələb ediləcək.Telekanalın bildirdiyinə görə, ötən həftə Avstraliyanın Baş naziri Skott Morrison və müxalifətin lideri Entoni Albanes də parlamentdə olublar.xeber100.com  

Dekabr 5, 2021 1:58

ABŞ və Rusiya prezidentləri videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar

ABŞ və Rusiya prezidentləri dekabrin 7-də videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar.Bu barədə Reuters agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, Co Baydenin Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti və digər məsələlərin geniş spektrini müzakirə etməsi nəzərdə tutulur. Amerika lideri xüsusən RF-nin Ukrayna sərhədi yaxınlığında hərbi aktivliyindən narahatlığını bəyan etməyi planlaşdırır.Rusiya KİV-ində yayılan xəbərlərə görə, danışıqların vaxtı barədə məlumat Kreml tərəfindən təsdiqlənib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, videozəng axşam saatlarında baş tutacaq və danışıqların nə qədər çəkəcəyini prezidentlər özləri müəyyənləşdirəcəklər. RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər ikitərəfli münasibətlərdəki qeyri-məqbul vəziyyəti müzakirə edəcəklər və beynəlxalq gündəliyin aktual məsələlərinə toxuna bilərlər. Bu sıraya Əfqanıstan, İran, Liviyada vəziyyət və Ukraynadaxili böhran, habelə pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemləri daxil ola bilər.xeber100.com

Dekabr 4, 2021 2:05

Koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib

Hazırda Almaniyada koronavirusla bağlı yaranan vəziyyət pandemiyanın başlanğıcından bəri ən ciddi səviyyədədir. Bu səbəbdən sosial təmaslar daha da azaldılmalıdır.Azərtac xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri vəzifələrini icra edən Yens Şpan Berlində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə artıq 100 mindən çox insan koronavirusdan ölüb. Epidemiya dövrü ərzində ilk dəfə olaraq 100-dən çox pasiyent digər regionların reanimasiya şöbələrinə köçürülüb.“Yoluxma dalğasının yalnız Bavariya və Saksoniya ilə məhdudlaşdığını hesab edənlər yanılır. Sosial təmaslar daha da azaldılmalıdır”, - deyə Yens Şpan bildirib.Robert Kox İnstitutunun məlumatına əsasən, hazırda Almaniyada intensiv terapiya şöbələrində müalicə alan koronavirus xəstələrinin sayı 4 minə çatıb və bu rəqəmlər artmağa davam edir.xeber100.com

Noyabr 26, 2021 3:10

Finlandiya hökuməti yeni məhdudiyyətlər hazırlayır

Finlandiyanın ailə işləri və sosial xidmətləri naziri Krista Kiuru pisləşən epidemioloji vəziyyətə cavab olaraq məhdudiyyətlərin təqdim ediləcəyini elan edib.Nazirin sözlərinə görə, məqsəd tam peyvənd olunmuş, sağalmış və ya koronavirusa görə testi mənfi çıxmış hər kəsə verilən koronavirus şəhadətnaməsinin istifadə yerlərini genişləndirməklə, peyvənd olunmamış şəxslərə tətbiq edilən məhdudiyyətlərlə virusun qarşısını almaqdır.Krista Kiuru vurğulayıb ki, ölkədə ciddi məhdudiyyətlərə əl atmamaq üçün epidemioloji vəziyyət nəzarətə götürülməlidir.“Virusa yoluxaraq reanimasiyaya yerləşdirilənlərin sayı durmadan artır, bu da öz növbəsində digər insanlar üçün sosial və tibbi xidmətlərə məhdudiyyətlərin olmamasına gətirib çıxarır”, - deyə Krista Kiuru bildirib.Bu arada, Finlandiyadakı reanimasiya şöbələri artıq yüksək xəstə sayı ilə işləmək məcburiyyətindədir. Yeni koronavirus xəstələrini yerləşdirmək üçün klinikalar təcili olmayan əməliyyatları ləğv etməli və xəstələri başqa müalicə müəssisələinrə köçürməli olur.xeber100.com

Noyabr 26, 2021 2:56

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində virusəleyhinə qaydaları sərtləşdirmək niyyətindədir.Azərtac xəbər verir ki, bundan sonra müəssisələrin və ticarət obyektlərinin əksəriyyətinə giriş yalnız maska və vaksinlənmə sertifikatı vasitəsilə olacaq. Əvvəllər ölkədə bu qayda fəaliyyət göstərməyib, yəni vətəndaşlar maskanı məcburi deyil, könüllü şəkildə taxa bilərdi. İndi isə cansıxıcı statistika hökuməti daha sərt tədbirlərə əl atmağa məcbur edib.Yeni qaydalara görə, çexlərin əksəriyyəti həftədə dörd gün evdən işləyəcək və hələlik belə hal dekabrın ortalarınadək davam edəcək.Qeyd edək ki, bir müddət əvvəl ölkə hökuməti bütün tibb işçilərinin peyvəndlənməsini bir vəzifə kimi irəli sürüb.xeber100.com

Noyabr 22, 2021 3:23

COVID-19-un qurbanlarının sayı 67 nəfər artaraq 132 min 618-ə yüksəlib

İtaliyada ötən 24 saatda COVID-19-un qurbanlarının sayı 67 nəfər artaraq 132 min 618-ə yüksəlib.Ölkədə koronavirusa yoluxanların sayı isə 8569 nəfər artaraq ümumilikdə 4 milyon 835 min 435-ə çatıb.Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 595 min 812 test icra olunub. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 106 min 920 nəfərdir. Virusdan sağalanların sayı isə 4569 nəfər artaraq 4 milyon 595 min 897 olub.Keçən il dekabrın 27-dən indiyədək İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində 91 milyon 468 min 931 nəfər peyvənd olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı isə 45 milyon 274 min 174 nəfərdir.xeber100.com

Noyabr 12, 2021 2:31

Fransa Birinci Dünya müharibəsinin başa çatmasının 103-cü ildönümünü qeyd edib

Fransa Birinci Dünya müharibəsinin başa çatmasının - Barışıq Gününün 103-cü ildönümünü qeyd edib.Azərtac xəbər verir ki, “Naməlum əsgərin” qəbri önündə keçirilən rəsmi tədbirdən sonra Fransa Prezidentinin iştirakı ilə cari il oktyabrın 12-də vəfat etmiş qurtuluşun sonuncu üzvü Über Jermənin xatirəsi anılıb. Xatırladaq ki, “Barışıq” müqaviləsi 1918-ci il noyabrın 11-də səhər saat 5:20-də Uazda “Compiegne” meşəsində imzalanmış və həmin gün saat 11-dən qüvvəyə minmişdir. “Barışıq“ müqaviləsi Böyük Britaniyanın təmsilçisi Admiral Vemis, Almaniyanın təmsilçisi Matiyas Erzbergerlə müzakirələrdən sonra Müttəfiqlərin Ali Baş Komandanı kimi marşal Ferdinand Foş tərəfindən imzalanmışdır. Müvəqqəti xarakter daşıyan bu sənəd 33 günlük atəşkəsi nəzərdə tuturdu. Birinci Dünya müharibəsi rəsmən 1919-cu il iyunun 28-də imzalanıb.xeber100.com

Noyabr 12, 2021 2:27

Noyabrın 12-də 5 bal gücündə zəlzələ baş verib

Noyabrın 12-də Yaponiyanın cənub sahillərində 5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların Miyako adasındakı Hirara şəhərindən 198 kilometr cənub-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

Noyabr 12, 2021 2:21
    Page 25 of 299« First«...1020...2324252627...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az