30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avstraliya parlamentinin binası COVID-19 səbəbindən bağlanıb

Avstraliya federal parlamentinin binası cari həftə iclaslardan birinin iştirakçısının koronavirus testinin nəticəsinin pozitiv çıxması ilə əlaqədar ziyarətçilər üçün bağlanıb.Azərtac xəbər verir ki, bu barədə dekabrın 5-də SBS telekanalı məlumat yayıb.Bildirilir ki, koronavirusa yoluxan əməkdaş “Yaşıllar” Partiyasının lideri Adam Bandtın rəhbərlik etdiyi işçilərdəndir. Qeyd edilir ki, həmin şəxs koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edib.Telekanal “Yaşıllar” Partiyasının nümayəndəsinə istinadla qeyd edib ki, partiyanın ötən həftə Kanberrada olan digər əməkdaşlarının koronavirus testi neqativ çıxıb.Binaya giriş üçün icazə yalnız parlamentin məsafədən işləməsi mümkün olmayan əməkdaşlarına veriləcək. Həmin əməldaşlardan parlament daxilində mütləq tibbi maska taxmaları və sosial məsafəni gözləmələri tələb ediləcək.Telekanalın bildirdiyinə görə, ötən həftə Avstraliyanın Baş naziri Skott Morrison və müxalifətin lideri Entoni Albanes də parlamentdə olublar.xeber100.com  

Dekabr 5, 2021 1:58

ABŞ və Rusiya prezidentləri videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar

ABŞ və Rusiya prezidentləri dekabrin 7-də videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar.Bu barədə Reuters agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, Co Baydenin Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti və digər məsələlərin geniş spektrini müzakirə etməsi nəzərdə tutulur. Amerika lideri xüsusən RF-nin Ukrayna sərhədi yaxınlığında hərbi aktivliyindən narahatlığını bəyan etməyi planlaşdırır.Rusiya KİV-ində yayılan xəbərlərə görə, danışıqların vaxtı barədə məlumat Kreml tərəfindən təsdiqlənib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, videozəng axşam saatlarında baş tutacaq və danışıqların nə qədər çəkəcəyini prezidentlər özləri müəyyənləşdirəcəklər. RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər ikitərəfli münasibətlərdəki qeyri-məqbul vəziyyəti müzakirə edəcəklər və beynəlxalq gündəliyin aktual məsələlərinə toxuna bilərlər. Bu sıraya Əfqanıstan, İran, Liviyada vəziyyət və Ukraynadaxili böhran, habelə pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemləri daxil ola bilər.xeber100.com

Dekabr 4, 2021 2:05

Koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib

Hazırda Almaniyada koronavirusla bağlı yaranan vəziyyət pandemiyanın başlanğıcından bəri ən ciddi səviyyədədir. Bu səbəbdən sosial təmaslar daha da azaldılmalıdır.Azərtac xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri vəzifələrini icra edən Yens Şpan Berlində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə artıq 100 mindən çox insan koronavirusdan ölüb. Epidemiya dövrü ərzində ilk dəfə olaraq 100-dən çox pasiyent digər regionların reanimasiya şöbələrinə köçürülüb.“Yoluxma dalğasının yalnız Bavariya və Saksoniya ilə məhdudlaşdığını hesab edənlər yanılır. Sosial təmaslar daha da azaldılmalıdır”, - deyə Yens Şpan bildirib.Robert Kox İnstitutunun məlumatına əsasən, hazırda Almaniyada intensiv terapiya şöbələrində müalicə alan koronavirus xəstələrinin sayı 4 minə çatıb və bu rəqəmlər artmağa davam edir.xeber100.com

Noyabr 26, 2021 3:10

Finlandiya hökuməti yeni məhdudiyyətlər hazırlayır

Finlandiyanın ailə işləri və sosial xidmətləri naziri Krista Kiuru pisləşən epidemioloji vəziyyətə cavab olaraq məhdudiyyətlərin təqdim ediləcəyini elan edib.Nazirin sözlərinə görə, məqsəd tam peyvənd olunmuş, sağalmış və ya koronavirusa görə testi mənfi çıxmış hər kəsə verilən koronavirus şəhadətnaməsinin istifadə yerlərini genişləndirməklə, peyvənd olunmamış şəxslərə tətbiq edilən məhdudiyyətlərlə virusun qarşısını almaqdır.Krista Kiuru vurğulayıb ki, ölkədə ciddi məhdudiyyətlərə əl atmamaq üçün epidemioloji vəziyyət nəzarətə götürülməlidir.“Virusa yoluxaraq reanimasiyaya yerləşdirilənlərin sayı durmadan artır, bu da öz növbəsində digər insanlar üçün sosial və tibbi xidmətlərə məhdudiyyətlərin olmamasına gətirib çıxarır”, - deyə Krista Kiuru bildirib.Bu arada, Finlandiyadakı reanimasiya şöbələri artıq yüksək xəstə sayı ilə işləmək məcburiyyətindədir. Yeni koronavirus xəstələrini yerləşdirmək üçün klinikalar təcili olmayan əməliyyatları ləğv etməli və xəstələri başqa müalicə müəssisələinrə köçürməli olur.xeber100.com

Noyabr 26, 2021 2:56

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində virusəleyhinə qaydaları sərtləşdirmək niyyətindədir.Azərtac xəbər verir ki, bundan sonra müəssisələrin və ticarət obyektlərinin əksəriyyətinə giriş yalnız maska və vaksinlənmə sertifikatı vasitəsilə olacaq. Əvvəllər ölkədə bu qayda fəaliyyət göstərməyib, yəni vətəndaşlar maskanı məcburi deyil, könüllü şəkildə taxa bilərdi. İndi isə cansıxıcı statistika hökuməti daha sərt tədbirlərə əl atmağa məcbur edib.Yeni qaydalara görə, çexlərin əksəriyyəti həftədə dörd gün evdən işləyəcək və hələlik belə hal dekabrın ortalarınadək davam edəcək.Qeyd edək ki, bir müddət əvvəl ölkə hökuməti bütün tibb işçilərinin peyvəndlənməsini bir vəzifə kimi irəli sürüb.xeber100.com

Noyabr 22, 2021 3:23

COVID-19-un qurbanlarının sayı 67 nəfər artaraq 132 min 618-ə yüksəlib

İtaliyada ötən 24 saatda COVID-19-un qurbanlarının sayı 67 nəfər artaraq 132 min 618-ə yüksəlib.Ölkədə koronavirusa yoluxanların sayı isə 8569 nəfər artaraq ümumilikdə 4 milyon 835 min 435-ə çatıb.Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 595 min 812 test icra olunub. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 106 min 920 nəfərdir. Virusdan sağalanların sayı isə 4569 nəfər artaraq 4 milyon 595 min 897 olub.Keçən il dekabrın 27-dən indiyədək İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində 91 milyon 468 min 931 nəfər peyvənd olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı isə 45 milyon 274 min 174 nəfərdir.xeber100.com

Noyabr 12, 2021 2:31

Fransa Birinci Dünya müharibəsinin başa çatmasının 103-cü ildönümünü qeyd edib

Fransa Birinci Dünya müharibəsinin başa çatmasının - Barışıq Gününün 103-cü ildönümünü qeyd edib.Azərtac xəbər verir ki, “Naməlum əsgərin” qəbri önündə keçirilən rəsmi tədbirdən sonra Fransa Prezidentinin iştirakı ilə cari il oktyabrın 12-də vəfat etmiş qurtuluşun sonuncu üzvü Über Jermənin xatirəsi anılıb. Xatırladaq ki, “Barışıq” müqaviləsi 1918-ci il noyabrın 11-də səhər saat 5:20-də Uazda “Compiegne” meşəsində imzalanmış və həmin gün saat 11-dən qüvvəyə minmişdir. “Barışıq“ müqaviləsi Böyük Britaniyanın təmsilçisi Admiral Vemis, Almaniyanın təmsilçisi Matiyas Erzbergerlə müzakirələrdən sonra Müttəfiqlərin Ali Baş Komandanı kimi marşal Ferdinand Foş tərəfindən imzalanmışdır. Müvəqqəti xarakter daşıyan bu sənəd 33 günlük atəşkəsi nəzərdə tuturdu. Birinci Dünya müharibəsi rəsmən 1919-cu il iyunun 28-də imzalanıb.xeber100.com

Noyabr 12, 2021 2:27

Noyabrın 12-də 5 bal gücündə zəlzələ baş verib

Noyabrın 12-də Yaponiyanın cənub sahillərində 5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların Miyako adasındakı Hirara şəhərindən 198 kilometr cənub-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

Noyabr 12, 2021 2:21

Çexiyanın Baş nazirinin rəhbərlik etdiyi hökumət istefa verib

Çexiyanın Baş naziri Andrey Babişin rəhbərlik etdiyi hökumət istefa verib.Çexiya KİV-ri xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri jurnalistlər üçün təşkil olunan mətbuat konfransında məlumat verib.“Bununla əlaqədar respublika Prezidenti Miloş Zemana kabinetimizin istefası barədə yazılı müraciət göndərdim. Onun yeni kabinet formalaşana qədər bizə tapşırıq verəcəyini gözləyirəm”, - deyə hökumət başçısı bildirib.Bir müddət öncə Çexiyanın yeni parlamentinin deputatları iclas keçirərək rəhbər orqanların nümayəndələrini seçiblər.Andrey Babiş oktyabrda parlamentin aşağı palatasına keçirilən seçkilərdə məğlubiyyətə uğrayan “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatını təmsil edir. Yeni kabineti isə liberal Demokratik Vətəndaş Partiyasının sədri, “Birlikdə” koalisiyasının lideri Petr Fiala formalaşdıracaq.Qeyd edək ki, Çexiya Prezidenti Miloş Zeman hazırda Mərkəzi Hərbi Hospitalda müalicə olunur. O, bir müddət öncə reanimasiyadan palataya köçürülüb. Lakin həkimlər hələlik dövlət başçısının vəziyyətini vəzifələrini yerinə yetirmək qabiliyyəti kontekstində dəqiq qiymətləndirə bilməyib. Buna baxmayaraq, Miloş Zeman həm Andrey Babiş, həm də Petr Fiala ilə telefonla danışıb.xeber100.com  

Noyabr 11, 2021 11:30

Noyabrın 4-də İndoneziyanın şimalında 5,7 bal gücündə zəlzələ olub

Noyabrın 4-də İndoneziyanın şimalında 5,7 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin Amahay yaşayış məntəqəsindən 65 kilometr cənub-qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com

Noyabr 4, 2021 12:05
    Page 27 of 301« First«...1020...2526272829...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az